Dünya mətbuatı
Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumundan yazır
Azərbaycanın Birləşmiş
Ərəb Əmirliklərindəki səfirliyindən verilən
məlumata görə, Bakıda keçiriləcək forumla
bağlı "Əl-İttihad" qəzetinin 4 aprel
sayında geniş məqalə dərc olunub. Məqalədə
bildirilir ki, "Müasir dünyada mədəniyyətlərin
müxtəlifliyi və dialoq fəlsəfəsi"
başlığı altında keçiriləcək forumda
bir neçə ölkənin dövlət
başçısı, ayrı-ayrı ölkələrdən
nazirlər və yüksək çinli dövlət rəsmiləri,
o cümlədən, Avropa, Asiya və Afrikadan
tanınmış mütəfəkkir, filosof, elm, mədəniyyət,
incəsənət və din xadimləri, eləcə də
siyasətçiləri iştirak edirlər.
"Forumun
birinci sessiyasının proqramına "dünyanın
bölünməməsi", yaxud da "sivilizasiyaların
dialoquna sərhəd yoxdur" mövzulu əsas toplantı,
eləcə də, "müasir dünyada dialoq fəlsəfəsinin
idrakına dair" və "mədəniyyətlər və
qloballaşmanın müxtəlifliyi: standart fikirlərdən
azad olmaq üçün dialoq səyləri" mövzusunda
iki dəyirmi masa, həmçinin, Avropa və Asiya qitələri
fəlsəfə institutları birliyinin direktorlarının
xüsusi toplantısının keçirilməsi daxildir.
Mədəniyyət,
təsviri incəsənət və irslə bağlı
toplantı Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi ilə Avropa Şurasının, dinlərarası
dialoqla bağlı toplantı isə Avropa Şurasının
Şimal - Cənub Mərkəzinin patronajlığı
altında keçirilir.
BMT nəzdində
fəaliyyət göstərən "Sivilizasiyaların
birliyi" qurumu tərəfindən "Müasir medianın
mədəniyyətlər arasında dialoqun yayılması
işində rolu" və "Mədəniyyətlərarası
dialoqun müasir inkişaf prosesində rolu"
mövzularını əhatə edəcək toplantı
keçiriləcək, həmçinin, YUNESKO tərəfindən
isə "Qadınların mədəniyyətlərarası
dialoqda rolu" başlıqlı toplantı təşkil
olunacaqdır.
Tədbir
çərçivəsində Avropa Şurası, BMT
yanında "Sivilizasiyaların bloku" ofisi, YUNESKO, Avropa
Şurası Şimal - Cənub Mərkəzinin nümayəndələri
ilə Azərbaycan tərəfi arasında mədəniyyətlərin
yayılması ilə bağlı tərəflərin plan və
layihələri, eləcə də, təşəbbüslərini
əks etdirəcək toplantının keçirilməsi barədə
məlumat verilir.
Həmçinin,
"Sivilizasiyalar birliyi" İKT Gənclər Forumu və
Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü
ilə "Gənclər sivilizasiyaların birliyi
uğrunda" adlı beynəlxalq hərəkatın təsis
edilməsi kimi bəzi konkret tədbirlərin görülməsi
də planlaşdırılır".
Məqalədə
vurğulanır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva 2007-ci ildə mədəniyyətlər
arasında mövcud olan və həll edilməyən problemlərin
aradan qaldırılması məqsədilə beynəlxalq
münasibətlər sistemindəki böyük əhəmiyyətə
malik məsələlərə, eləcə də, mədəniyyətlər
və sivilizasiyalar arasındakı əlaqə ilə
bağlı mövcud məsələlərə diqqətin
ayrılması üçün bu hərəkatın təsis
edilməsi ilə bağlı təklif irəli
sürmüşdü.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 8 aprel.- S. 5.