Binəqədi
rayonunda bu ilin birinci rübünün yekunları müzakirə
olunmuşdur
Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı yanında şuranın bu ilin birinci
rübünün sosial-iqtisadi yekunları və qarşıda
duran vəzifələrlə bağlı hesabat
yığıncağı keçirilmişdir.Rayon icra
hakimiyyətinin başçısı Alı Qocayev
bildirmişdir ki,Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında dövlət başçımız
göstərmişdir ki, Azərbaycan son illərdə
sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə
etmişdir.Belə ki,bu ilin üç ayı ərzində
respublikada iqtisadi artım 1,6 faiz,qeyri- neft sektorunda 5,6 faiz, sənaye
istehsalında 0,3 faiz artım olmuşdur.Sevindirici haldır
ki,sözügedən dövrdə qeyri-neft sənayesi 5,6 faiz
artmışdır.Azərbaycan dövlətinin valyuta
ehtiyatları artıq 34,2 milyard manata bərabərdir.
Respublikada orta aylıq əməkhaqqı 340 manat səviyyəsindədir.
Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz
onu göstərir ki, Azərbaycan iqtisadi cəhətdən
dinamik inkişaf edir.
Hesabat məruzəsi ilə çıxış edən başçının müavini Vüsal İsmayılov vurğulamışdır ki, Prezident sözügedən müşavirədə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının hazırlandığını qeyd etmişdir. Eyni zamanda, bu problemlərin həllində operativlik məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manat,o cümlədən,rayonun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının abadlaşdırılması üçün 1milyon manat və Xocəsən qəsəbəsində 103 saylı ümumtəhsil məktəbinin 640 şagirdlik əlavə tədris korpusunun tikintisi üçün 1 milyon manat ayrılmışdır. Rayonun makroiqtisadi göstəriciləri barədə danışan natiq qeyd etmişdir ki, 2010-cu ilin yanvar-mart aylarında rayon üzrə 31 milyon 9 yüz 20 min 700 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bununla yanaşı, yanvar-mart aylarında istehlakçılara 32 milyon 651 min 500 manatlıq və ya bütün sənaye istehsalından 2 faiz çox sənaye məhsulu göndərilmişdir. Əlbəttə, bu göstərici yaxşıdır, lakin sənaye məhsulunun istehsalının daha da artırılması sahəsində lazımi tədbirlərin həyata keçirilməsinə nail olunmalıdır. Natiq bildirmişdir ki, sənaye sahəsində işləyən işçilərin orta aylıq əməkhaqqı 340 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Bu sahədə çalışan işçilərin sayı 4351 nəfər olmuşdur.
Nəqliyyat xidmətlərinin yüksəldilməsi sahəsində müvafiq işlər görülmüşdür. Ölkə Prezidentinin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncamına əsasən, bu sahəyə daim diqqət göstərilir, yeni magistral yollar çəkilir, yeni yol qovşaqları beynəlxalq standartlara cavab verəcək səviyyədə qurulur. 2011-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 4 milyon 339 min 300 manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 dəfə artmışdır.Rabitə xidmətlərində isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artım müşahidə olunmuşdur.
V.İsmayılov bildirmişdir ki, müşavirədə möhtərəm Prezident sahibkarlığın inkişafı üçün dövlət tərəfindən kreditlərin verilməsi hesabına özəl sektorun məhsul istehsalındakı payının xüsusi çəkisinin artdığını qeyd etmiş və bu sahəyə diqqətin daim göstərildiyini vurğulamışdır. Əgər Binəqədi rayonunun göstəricilərinə diqqət yetirsək sahibkarlığın inkişaf dinamikasının yüksələn xətt üzrə artdığını müşahidə etmiş olarıq.
Cənab Prezident müşavirədə əmək haqlarının və pensiyaların yenidən artırılacağını qeyd etmişdir. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta əmək haqqı cari ilin yanvar-mart aylarında 19,9 faiz çoxalaraq 335 manat 10 qəpik olmuşdur. Sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı yanvar-mart aylarında 335 manat 10 qəpik, tikinti kompleksində 369 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artmışdır.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. 2011-ci ilin yanvar-mart aylarında istehlak bazarı dinamik inkişaf etmiş və rayon əhalisinə 826 milyon 67 min 300 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz çox geniş çeşiddə istehlak malları satılmışdır. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin xüsusi çəkisi müvafiq olaraq 81,8 faiz və 18,2 faiz təşkil etmişdir. İcra başçısının müavini rayonda elektrik enerjisi, təbii qaz və su təchizatının vəziyyəti, aparılan tikinti, abadlıq və bərpa işləri barədə də ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rayonun 7,8-ci mikrorayonlarında, Azadlıq prospekti 14,1, 2,16,18,24,30,36 ünvanlarında, Biləcəri, Rəsulzadə və Sulutəpə qəsəbələrində, Dərnəgül və Xutor yaşayış massivlərində 6 ədəd transformator quraşdırılmış 8 ədəd mövcud transformator yenisi ilə əvəz olunmuşdur. Rayon ərazisində müxtəlif ünvanlarda 10-500 poqonometr elektrik kabel xətləri yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə, bir neçə ünvanda yeni hava xətləri çəkilmiş, yağ və vakkim açarları dəyişdirilmişdir. Eyni zamanda, 200-dən çox abonentin sayğaclaşma işləri aparılmışdır. Rayonda təbii qaz təchizatı ilə bağlı cari ilin yanvar-mart aylarında bir sıra işlər görülmüşdür. Belə ki, 2200 poqonometr yeni qaz xətti çəkilmiş, 3200 ədəd köhnə tipli qaz sayğacları fərdi yaşayış evlərinin həyətlərindən çıxarılaraq "Smart-kart" tipli yeni qaz sayğacları ilə əvəz olunmuşdur.
Hesabat dövründə əhalinin içməli su ilə təchizatı sahəsində müəyyən işlər görülmüşdür. Biləcəri qəsəbəsinin İ.Kərimov küçəsində 15 poqonometr uzunluğunda, A.Zeynallı, M.Mikayılov küçələrində 100 poqonometr uzunluğunda su boruları dəyişdirilmişdir. Eyni zamanda, Hərbi şəhərcikdə, 9-cu mikrorayondakı Mir Cəlal küçəsində, Xırdalan dairəsində və 7-ci mikrorayonda müxtəlif diametrdə 875 poqonometr boru yenisi ilə əvəz olunmuşdur.
Məruzəçi həmçinin vurğulamışdır ki, hesabat dövründə Məşğulluq Mərkəzinə 563 nəfər müraciət etmişdir. Onlardan 304 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. Hesabat dövründə qeydiyyata alınanlardan 90 nəfər şaxtaran vətəndaş müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur. Yanvar-mart ayları ərzində 37 nəfərə işsizlik statusu verilmişdir.
2011-ci ilin 1-ci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 32644 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 21881 nəfəri yaşa görə, 2717 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2011-ci ilin I rübündə yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 152,3 manat olmuşdur. Eyni zamanda, pensiya və müavinətlərin təyinatının avtomatlaşdırılması sahəsində də müvafiq işlər görülmüşdür.
Natiq çıxışında abadlıq, quruculuq işləri, korrupsiya ilə bağlı ciddi mübarizə aparılması, bələdiyyələrin, qəsəbə nümayəndəliklərinin fəaliyyəti, rayonun demoqrafik vəziyyəti barədədə məlumat vermişdir.
Sonda V.İsmayılov bir daha vurğulamışdır ki, rayon ictimaiyyəti bundan sonra da Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək keyfiyyətlə və vaxtında yerinə yetirəcəklər.
Hesabat yığıncağında Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, DSMF-nin rayon şöbəsinin müdiri N.Məhərrəmov və başqaları çıxış etmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 19 aprel.- S. 6.