Azərbaycan-Rumıniya
əməkdaşlığı bütün
sahələrdə uğurla
inkişaf edir
Tərəflər strateji xarakterli
münasibətlərdə mükəmməl nəticələrə
imza atıblar
Bu gün aramızda
iqtisadi sahədə yaxşı perspektivlər
açılır. Əminəm ki, siyasi əlaqələrimizin
güclü olması
həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli
fəaliyyəti üçün
müsbət rol oynayır və oynayacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bu gün hökumətlər
səviyyəsində sənədlərin
imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsində
imzalanmış sənəd
əlaqələrimizdə böyük bir sıçrayış deməkdir. Azərbaycan ilə
əməkdaşlıq etmək
bizim üçün
çox əhəmiyyətlidir.
Trayan BESESKU,
Rumıniya Prezidenti
Bu gün Azərbaycan
Respublikası regionun və dünyanın bütün ölkələri
ilə qarşılıqlı
səmərəli və
milli maraqlarımıza
uyğun olaraq sıx əməkdaşlıq
edir. Bu əməkdaşlıq
əlaqələrimiz daha
çox Avropa ölkələri ilə qurulmuşdur. Mövcud münasibətlərin
təməlinin 1993-cü ilin
yayından sonra qoyulması da bir tarixi faktdır.
Avropanın bütün ölkələri
ilə olduğu kimi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli
əməkdaşlığın əsas tezisləri bilavasitə ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş və həmin siyasi kurs üzərində
inkişaf etdirilən
münasibətlər öz
müsbət nəticələrini
daim vermişdir. Polşa,
Bolqarıstan, Macarıstan,
Rumıniya, Çexiya,
Slovakiya və başqa Mərkəzi və Şərqi Avropa dövlətlərinin
mühüm geostrateji,
iqtisadi, siyasi mövqelərini, beynəlxalq
və regional siyasətdə
həyata keçirdikləri
strateji kursu bütün incəliklərinə
qədər dəqiq qiymətləndirən Heydər
Əliyev bu ölkələrlə əməkdaşlığın
yaradılması üçün
konkret addımlar atmışdır. Ulu öndər
həmin addımların
fəal siyasi kursa çevrilməsi üçün gərək
olan bütün siyasi-diplomatik tədbirlərin
uğurlu icrasını
təmin etmiş və Azərbaycanı Avropanın fəal tərəfdaşına çevirmişdir.
Azərbaycanla Rumıniya arasındakı
hərtərəfli əməkdaşlıq
ötən əsrin
son onilliyində xüsusi
məcraya yönəldilsə
də, bu ölkələr arasındakı
daha sıx və intensiv tərəfdaşlıq münasibətləri
2003-cü ilin payızından
sonra formalaşdırılmışdır. Rumıniya daim
beynəlxalq tribunalardan
Azərbaycanın mövqelərini
dəstəkləmiş, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
üçün aparılan
müzakirələrin hamısında
rəsmi Bakının
yanında olmuşdur.
Azərbaycan dövləti isə
Xəzərin Azərbaycan
sektorundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya
bazarına çıxarılması
üçün müəyyən
etdiyi strategiyada Rumıniya ilə əməkdaşlığa xüsusi
önəm vermişdir.
Xəzər-Qara dəniz
hövzəsi ölkələri
arasında təşkil
edilən elə bir enerji sammiti
və ya beynəlxalq tədbir ola bilməz
ki, orada Azərbaycan və Rumıniya təmsil olunmasın. Ölkələrimiz arasındakı bu
sıx əməkdaşlığı
dövlət başçılarının
qarşılıqlı səfərləri
daha da genişləndirir.
Rumıniya Prezidenti Trayan Beseskunun aprelin 18-də Azərbaycana rəsmi səfərə gəlməsi,
səfər çərçivəsində
çoxşaxəli müzakirələrin
aparılması, bir neçə mühüm sənədin imzalanması
və tərəfləri
maraqlandıran görüşlərin
reallaşdırılması əməkdaşlığımızın yeni mərhələsi kimi qiymətləndirilir. Dövlət
başçılarının təkbətək görüşlərində
və geniş tərkibli danışıqlarda
əldə olunan razılaşmalar uğurlu
perspektivdən xəbər
verir: "Münasibətlərimiz
strateji xarakter daşıyır. Bütün sahələrdə
əməkdaşlıq çox
uğurla aparılır.
Bu gün sizinlə təkbətək görüşdə
bütün bu məsələləri geniş
müzakirə etdik və bir daha
gördük ki, Rumıniya-Azərbaycan əlaqələri
ən yüksək zirvədədir" - deyə
mövcud əməkdaşlığı
qiymətləndirən Prezident
İlham Əliyev daha yüksək zirvələrin qabaqda olduğunu söyləyir:
"Əminəm ki, sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli
töhfə verəcəkdir".
Cənab Trayan Besesku isə əməkdaşlığın sabahını qiymətləndirmək
üçün dünəni
yada salmağı vacib sayır: "Zənnimcə, bizim çox müfəssəl
əlaqələrimiz var. Bu da ötən səfərlər zamanı
müzakirə edilmiş
məsələlərin həyata
keçməsi ilə
əlaqədardır. Bu səbəbdən biz növbəti
görüşlərimizə böyük əminliklə
baxırıq".
Rumıniya Prezidentinin Bakı səfəri çərçivəsində
dövlət başçılarının
imzaladığı strateji
tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı ilə yanaşı iki saziş və bir protokol
imzalanmışdır. Kənd təsərrüfatı
sahəsində əməkdaşlıq
haqqında saziş bu ölkələrin qarşılıqlı əməkdaşlığının
genişləndirilməsindən xəbər verir. Çünki əvvəllər Azərbaycan-Rumıniya əməkdaşlığı
daha çox enerji sektoruna aid olurdu. Elə səhiyyə nazirlikləri
arasındakı saziş
də münasibətlərimizin
cəmiyyət həyatının
bütün sahələrini
əhatə etməsinin
göstəricisi kimi qiymətləndirilir. Xarici işlər
nazirliklərinin arasında
imzalanan Əməkdaşlıq
Protokolu isə son iyirmi ildə - Rumıniya Azərbaycanın
dövlət müstəqilliyini
1991-ci ilin dekabr ayında tanımış
və bizimlə siyasi-diplomatik əməkdaşlığa
daim böyük önəm vermişdir - əldə edilmiş diplomatik təcrübənin
daha da təkmilləşdirilməsi
baxımından əhəmiyyətlidir.
Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki,
bu gün Azərbaycanla Rumıniya arasında enerji sahəsində əməkdaşlıq
durmadan inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac olunur. Azərbaycan Dövlət
Neft Şirkəti Rumıniyada fəaliyyətini
genişləndirir. Qaz sahəsində
əməkdaşlıq etmək
üçün potensial
vardır. 2011-ci ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" üzrə bəyannamə
imzalanmışdır. Avropanın enerji təhlükəsizliyi
məsələlərinin bir
hissəsi məhz adı çəkilən
bəyannamə əsasında
Azərbaycan tərəfindən
həll ediləcəkdir.
Rumıniya-Azərbaycan əlaqələri bu kontekstdən də əhəmiyyətlidir.
Yada salaq ki, Rumıniya
həm Nabukko layihəsinin reallaşdırılması
üçün ən
çox səylər
göstərən ölkədir,
həm də AGRİ layihəsinin təşəbbüskarıdır.
Bütün bunları
əsas götürən
Prezident İlham Əliyev mətbuat üçün verdiyi bəyanatda daha önəmli olan bir məsələyə toxunur: "Mən ümid edirəm ki, Rumıniya-Azərbaycan
əlaqələri Azərbaycan-Avropa
İttifaqı əlaqələrinə
də güclü təsir göstərəcəkdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında
"Şərq Tərəfdaşlığı"
çərçivəsində əməkdaşlıq qurulmuşdur.
Eyni zamanda enerji sahəsində əməkdaşlığın
gözəl perspektivləri
vardır. Avropa İttifaqı
ilə Azərbaycan arasında bütün başqa sahələrdə
əlaqələrin inkişafı
üçün gözəl
şərait vardır".
Rumıniya Prezidentinin Bakı səfəri çərçivəsində
reallaşdırılan bütün
görüş və
müzakirələr maraqlı
idi. Ancaq dövlət
başçılarının ali ordenlərlə
təltif olunması mərasimi daha unudulmaz və yaddaqalan idi. Azərbaycan Prezidenti İlham Əliyev rumıniyalı həmkarını
Azərbaycan dövlətinin
ən ali
mükafatı olan
"Heydər Əliyev"
ordeni ilə təltif edərkən söylədi ki, siz bu əlaqələrin
inkişafı üçün
böyük xidmətlər
göstərmisiniz və
Azərbaycan xalqı sizi çox yaxşı tanıyır.
Dost ölkənin Prezidenti Trayan Besesku isə Azərbaycan dövlət başçısının Rumıniyanın
"Sadiq Xidmət"
milli ordeninin Böyük Xaç ranqı ilə təltif olunduğunu bildirdi. Bildirildi ki, bu təltif
Rumıniyada dövlət
başçılarına verilən
ən ali
mükafatdır və
Prezident İlham Əliyevdən əvvəl
bu mükafata cəmi bir nəfər
layiq görülüb.
Xatırladaq ki, "Sadiq
Xidmət" milli ordeni əvvəllər
"Rumıniya Ulduzu"
ordeni ilə təltif olunmuş şəxslərə verilir.
Prezident İlham Əliyev
2004-cü ildə Rumıniyaya
rəsmi səfəri
zamanı məhz
"Rumıniya Ulduzu"
ordeni ilə təltif olunmuşdu.
Zaman göstərir
ki, Azərbaycanın xarici siyasəti böyük uğurlarla nəticələnir və
ölkəmizin dostları
günü-gündən çoxalır. Rumıniya Azərbaycanın
məhz belə - daim dostcasına yanında olan tərəfdaşı, siyasi,
diplomatik, iqtisadi, mədəni sahələrdə
inanılmış, etibarlı
partnyorudur.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 20 aprel.- S. 3.