Suraxanı
rayonunda bu ilin ilk rübünə yekun vurulmuşdur
Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans
zalında keçirilən yığıncaqda 2011-ci ilin ilk
rübündə rayonun sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələr
geniş müzakirə edilmişdir.İcra hakimiyyətinin
başçısı yanında Şura üzvlərinin,
ictimaiyyət nümayəndələrinin, idarə və
müəssisələrin, hüquq-mühafizə
orqanlarının rəhbərlərinin iştirakı ilə
keçirilən yığıncaqda hesabat məruzəsi ilə
çıxış edən başçı İlqar Abbasov
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin
2011-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
yığıncaqdakı nitqinin bəzi məqamları üzərində
geniş dayanmışdır.
Dövlət
başçısının Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı verdiyi tövsiyə və
tapşırıqların Bakı şəhərində, o
cümlədən Suraxanı rayonunda böyük canlanmaya,
abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin
həyata keçirilməsinin intensivliyinə səbəb
olduğu tədbir iştirakçılarının diqqətinə
çatdırılmışdır.
Natiq
bildirmişdir ki, "2011-ci il ərzində Suraxanı
rayonunda həyata keçirilməsi nəzərdə
tutulmuş yerli Proqramların iş qrafiki" hazırlanaraq təsdiq
edilmiş,həmin qrafikə uyğun olaraq "Nümunəvi
abad məhəllələrin salınması",
"Mövcud parkların yenidən qurulması və yeni
parkların salınması", "Nümunəvi idman
meydançalarının salınması", "Əhalinin
bəzi sosial problemlərinin həll olunması", "Vətəndaş
mərasimləri binalarının əsaslı təmiri və
yenilərinin tikintisi", "Şəhid xatirə komplekslərinin
əsaslı təmiri və yenilərinin tikintisi" və
"Xüsusi layihələr" proqramlarının
icrasına başlanılmışdır. "Atəşgah
məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun
konservasiya və bərpası üçün layihə-smeta
sənədlərinin hazırlanması, ərazidə arxeoloji
tədqiqat işlərinin aparılması, "Atəşgah"
tarixi muzey mərkəzinin yaradılması, Heydər Əliyev
prospektini "Atəşgah" məbədi ilə birləşdirən
S.Bəhlulzadə və V.Balandin küçələrində
təmir- abadlıq işləri davam etdirilmişdir.
Başçı göstərmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evində olmuşdur. Həmin gün Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında iştirak etmişdir. Tibb ocağı müasir standartlara uyğun tikilmiş və ən son avadanlıqla təchiz olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2 nömrəli uşaq evinə və Reabilitasiya Mərkəzinə "Hyundai" markalı avtobuslar hədiyyə etmişdir.
Bu ilin mart aylnda respublika Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə qəsəbə və kəndlərdə olan problemlərin həllinə, abadlıq və quruculuq işlərinə, bununla əlaqədar xüsusi proqramın hazırlanmasına dair tapşırıqlar vermiş, onların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.
Martın 31-də Prezident Suraxanı rayonuna gələrək Bülbülə qəsəbəsində görülən işlərlə, həmçinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.Dövlət başçısını sevinclə qarşılayan Bülbülə sakinləri digər məsələlərlə yanaşı , Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını xahiş etmiş, problemin həlli üçün vəziyyətlə yerində tanış olduqdan sonra cənab Prezident yeni yolun çəkilməsinə dair göstəriş vermişdir.Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində yüksək keyfiyyətlə yerinə yetirilmiş, cəmi 11 gün sonra Bülbülə qəsəbəsini Heydər Əliyev prospekti ilə birləşdirən müasir standartlara uyğun yeni əlavə yol istifadəyə verilmişdir. Prezident İlham Əliyev həmin mərasimdə iştirak etmiş, görülmüş işlər qəsəbə sakinlərinin böyük sevincinə səbəb olmuşdur.Bülbülə sakinlərinin digər xahişini nəzərə alan dövlət başçısı Bülbülə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılmasına dair müfaviq sərəncam imzalamışdır.
Göstərilən dövr ərzində rayon icra hakimiyyətit başçısı tərəfindən bu ilin birinci rübündə Suraxanı rayonunda icra strukturlarına müraciət edənlərin sayı xeyli artmışdır. Təkcə icra hakimiyyətinin başçısına 552 nəfər müraciət etmişdir. Həmin müraciətlərin çoxunda sosial problemlərin həllinə daha çox üstünlük verilir, adamların içməli suya, nəqliyyat və mənzil problemlərinə ehtiyacları olduğu açıq-aydın hiss olunur. Ona görə də belə müraciətlərin həllinə ciddi təşəbbüskarlıq göstərilir, sakinlərin ərizə və şikayətlərinə dərhal cavab verilir. Bu səbəbdən son aylar ərzində daha yuxarı instansiyalara gedən şikayətlərin sayı xeyli azalmışdır.
Şuranın geniş iclasına yekun vuran rayon icra hakimiyyəti başçısı İlqar Abbasov xüsusi vurğulamışdır ki, rayon sakinləri və əmək kollektivləri Suraxanı rayonunun inkişafına hərtərəfli dəstək verən, diqqət və qayğı göstərən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, həmişə olduğu kimi, bu il üçün də müəyyən olunmuş işlərin uğurla yerinə yetirilməsini, ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsini təmin edəcəklər.
Yığıncaqda rayondan Milli Məclisə deputat seçilmiş Ağacan Abıyev və Sevinc Fətəliyeva iştirak edirdilər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 23 aprel.- S. 7.