Nəsimi rayonunda Çernobıl qəzasının 25 - ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 25 il ötür. Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, 1986 - cı il aprelin 26 - da Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza çox sayda insanın faciəsinə çevrildi. Bu hadisə milyonlarla insanın ev - eşiyindən didərgin düşməsinə, on minlərlə insanın ömürlük şikəst olmasına səbəb oldu.

Həmin günlər qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlərdə 7 min azərbaycanlı da iştirak etmişdir. Natiq bildirdi ki, bu ağır və təhlükəli işlərdə 139 nəfər Nəsimi rayon sakini də iştirak etmişdir. Onlardan 24 - ü artıq dünyasını dəyişmişdir. Qəzanın nəticələrinin aradan qaldırılması zamanı sağlamlığını itirmiş insanlar və həyatdan getmiş soydaşlarımızın ailələrinin qayğı və problemləri daim dövlətimizin diqqət mərkəzindədir.

Ümummilli liderimiz Heydər Əliyev 1993 - ildə qəzanın ləğvində iştirak etmiş həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında sərəncam imzalamışdır. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş insanların problemlərinin həllinə yönəlmiş bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Tədbir iştirakçıları dünyasını dəyişmiş Çernobıl əlillərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Çernobıl Əlilləri İttifaqı Nəsimi Rayon şöbəsinin sədri Xələf Həsrətov və Respublika Çernobıl Əlilləri İttifaqı sədrinin müavini Eldar Sultanov çıxış edərək ölkəmizdə çernobılçılara göstərilən böyük diqqət qayğıdan danışdılar və buna görə dövlət başçımız cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Onlar bu istiqamətdə rayon rəhbərliyinin fəaliyyətinixüsusi qeyd etdilər.

Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 115 nəfər rayon sakininə maddi yardım verildi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 27 aprel.- S. 10.