"Azərbaycan
dəmiryolçusu" qəzetinin 80 illik
yubileyi qeyd olundu
Bu günlərdə
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
və Dəmiryolçuların Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin
orqanı olan "Azərbaycan dəmiryolçusu"
qəzetinin 80 illik yubileyi
tamam oldu. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası, Azərbaycan Jurnalistlər
Birliyi və kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə yubiley tədbiri keçirildi.
Tədbiri
giriş sözü ilə "Azərbaycan Dəmir
Yolları" QSC "Təsərrüfat İdarəsi"
MMC-nin rəisi Seymur Əhmədov açaraq cəmiyyətin
rəhbərliyi adından qonaqları salamladı.
Sonra
"Azərbaycan dəmiryolçusu"nun redaktoru Vasif
Süleyman qəzetin fəaliyyəti ilə bağlı məlumat
verdi. Qeyd olundu ki, Azərbaycan dəmir yolunun mətbu
orqanı "Azərbaycan dəmiryolçusu" qəzeti
ölkənin ən qocaman mətbuat orqanlarından biridir. 2011-ci
ilin mart ayında qəzetin fəaliyyətə
başlamasının 80 ili tamam oldu. "Azərbaycan dəmiryolçusu"
qəzeti 1931-ci ilin mart ayında "Zərbəçi"
və "Udarnik" adları ilə Azərbaycan və rus
dillərində fəaliyyətə başlayıb. 1937-ci ildə
qəzetlərin adı müvafiq olaraq dəyişdirilib
"Bolşevik yolu" ("Bolşeviski put") olub. Həmin
vaxt qəzet Zaqafqaziya Dəmir Yolunun Bakı və Gəncə
siyasi şöbələrinin orqanı olub. 1945-ci ildə rus
dilində çıxan qəzetin adı dəyişdirilib
"Jeleznodorojnik Azerbaydjana" olub. 1949-cu ildə isə
"Bolşevik yolu", "Azərbaycan dəmiryolçusu"
adlanıb və Azərbaycan dəmir yolunun tarixi salnaməsini
yazıb.
"Azərbaycan
dəmiryolçusu" qəzeti 80 illik fəaliyyəti dövründə
respublika polad magistralının aynası rolunu
oynamışdır. Bu missiya indi də uğurla davam etdirilir.
Belə ki, redaksiya əmədaşları "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyətində həyata
keçirilən iqtisadi islahatlar, dəmiryolçuların
istehsalat nailiyyətləri, bu və ya digər sahədə
mövcud olan qayğılar barədə həm "Azərbaycan
dəmiryolçusu" qəzetində, həm də ölkənin
digər mətbuat orqanlarında oxuculara orerativ məlumat
verirlər.
Azərbaycan
Dəmiryolçularının Müstəqil Həmkarlar
İttifaqı Respubulika Komitəsinin sədr müavini
Loğman Rəhimov MHİRK-nin təbriklərini
çatdırdı.
Mühəndis
Hüseyn Quliyev "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun
redaksiya kollektivinə təbrikini oxudu.
Azərbaycan
Mətbuat Şurasının icraçı direktoru, əməkdar
jurnalist Rəhim Hüseynzadə çıxış edərək
yaradıcı kollektivi təbrik etdi və MŞ-nin diplomunu qəzetin
redaktoruna təqdim etdi.
Qəzetin
əməkdaşı Ziya Zakiroğlu Ukrayna Dövlət Dəmir
Yolu Nəqliyyatı Akademiyasının rektoru Nikolay Dankonun
"Azərbaycan dəmiryolçusu" qəzetinin 80 illik
yubileyi münasibətilə "Azərbaycan Dəmir
Yolları" QSC-nin sədri Arif Əsgərova
ünvanladığı təbrik məktubunu oxudu.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 8.