Yeni yerlərinin yaradılması siyasəti uğurla davam etdirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması son nəticədə yeni iş yerlərinin yaradılmasına dinamik xarakter vermiş, əhalinin sosial rifahının daha da yaxşılaşmasına gətirib çıxarmışdır.

Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu danılmazdır. Hazırda ikinci regional Dövlət Proqramında nəzərdə tutulan bütün təxirəsalınmaz layihələr öz həllini tapır. Hər il onların həllinə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin başa çatması nəzərdə tutulur.

Hazırda Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu davam edir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulub. Sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf edib. Bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda cəmləşib.

Bu gün ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır və qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir. Mütəxəssislərin bildirdiyinə görə, bu ilin əvvəlinə ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil etmişdir və 2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. Eyni zamanda, son illər ərzində ölkəmizdə 1 milyona yaxın yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə vermiş, digər tərəfdən, əməkhaqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması, onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması kimi amillər bu uğurun əldə edilməsində mühüm rol oynamışdır.

Ötən 8 ildə ölkə başçısının imzaladığı sosial-iqtisadi inkişaf proqramlarının icrası, yeni şəraitə adekvat islahatlar kursunun aparılması respublikamızın bugünkü uğurlarını şərtləndirmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır.

Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən illərdə Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizmmüasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu baxımdan son illərdə regional inkişafqeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar.

2003-2010-cu illərdə və hazırda Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən Prezident İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir. Prezident İlham Əliyev bildirmişdir: "İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. İqtisadiyyatmız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir...Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadisosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır".

Bazar iqtisadiyyatının ən vacib atributlarından hesab edilən sahibkarlığın dinamik inkişafı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olaraq qalır. Bu kontekstdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlığın bütün növləri indi sürətli tərəqqi yolundadır. İstehsal, sənaye, aqrar, ticarət, xidmət, maliyyə, sığorta kimi sahibkarlıq növləri ötən illərlə müqayisədə inkişaf tempini daha da artırıb, məcmu istehsal həcmini və xidmət səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldib. Bunun nəticəsidir ki, artıq ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl sektorun payı davamlı olaraq artır, bu sahədə sahibkarlıq institutu aparıcı qüvvəyə çevrilir. Bu, eyni zamanda ölkədə yeni yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb, onların iqtisadi inkişaf prosesində oynadıqları rol daha da yüksəlib. Cari ilin ilk yarısının sosial-iqtisadi yekunlarına da nəzər salmaqla bunun real mənzərəsini görmək mümkündür. Sözügedən dövr ərzində sahibkarlığın inkişafı üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb, bu sahədə fəaliyyət göstərənlərə yenə böyük diqqət və qayğı duyulub. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir". Cari ilin ilk yarısında ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında ciddi artım baş verib. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində hüquqifiziki şəxslərin sayı daha da çoxalıb. Statistik rəqəmlərdən belə aydın olur ki, hesabat dövrü ərzində ölkəmizdə 2841 hüquqi şəxs qeydiyyatdan keçib. Onların 209-u dövlət mülkiyyətinə, 2354-ü xüsusi mülkiyyətə, 205-i tam xarici investisiyalı, 69-u isə birgə müəssisələrə aid olub. Yaradılan yeni müəssisələrin 50,7 faizi Bakıda, 10,6 faizi Aran, 7,8 faizi Abşeron və 7,1 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Bu da sahibkarlığın, eləcə də ümumi iqtisadi inkişafın bütün Azərbaycan üzrə proporsional qaydada paylanmasının daha bir bariz göstəricisi hesab edilə bilər.

Hüquqi şəxslərlə yanaşı, hesabat dövründə qeydiyyatdan keçən fiziki şəxslərin sayında da ciddi artım yaşanıb. 2011-ci ilin yanvar-iyun aylarında 26238 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb. Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, fiziki şəxslərin qeydiyyat proseduru daha da asanlaşdırılaraq müasir dünya standartlarına uyğunlaşdırılıb. Prezident İlham Əliyevin 23 may 2011-ci il tarixdə imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar və vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaq məqsədilə görülən tədbirlər bu sahədə əsl inqilabi dönüş yaradıb. Artıq cari ilin iyul ayının 1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-layn rejimində qeydiyyata alınmasına başlanılıb. Beləliklə, vergi ödəyicilərinin on-layn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılması, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxtmaddi resurs sərfiyyatının azaldılmasına geniş imkanlar açır.

Bütün bunlar bir daha sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının real təzahürü kimi çıxış edir. Sahibkarların maliyyə ehtiyacının qarşılanması məqsədilə onlara güzəştli kreditlərin verilməsi prosesinin davamı öz müsbət nəticələrini verməkdədir. Cari ilin ilk altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 823 sahibkarlıq subyektinə 72 milyon manat həcmində güzəştli kredit ayrılıb. Bu vəsaitin 72 faizi respublikanın regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür. Vəsaitlərin 70 faizindən çoxu aqrar sektorun inkişafına yönəldilib. Ayrılan kreditlər hesabına yaradılan yeni yerlərinin sayı 3500 olub. Bir mühüm faktı da qeyd etmək lazım gəlir ki, ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və kreditlərin məbləği 1,5 dəfə, yeni yerlərinin sayı isə 1,6 dəfə artıb.

Qeyd edilənlər bundan sonra da ümumi iqtisadi inkişafda sahibkarların xüsusi çəkisinin artan xətt üzrə inkişaf edəcəyini göstərir. Çünki ölkədə artıq sahibkarlıq institutunun dinamik tərəqqisi üçün möhkəm baza yaradılıb və bu da daha çox sayda sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqifiziki şəxslərin olacağını göstərir. Digər tərəfdən o da olduqca önəmli amildir ki, Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə köklü islahatlar aparılıb və bu proses indidavam etməkdədir.

Sözügedən siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam etdirilir. Çünki ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların tərəqqisinin sürətləndirilməsi sahəsində özəl sektorun əhəmiyyəti olduqca böyükdür. Əldə olunan nailiyyətlər isə məqsədyönlü dövlət siyasəti nəticəsində özəl sektorun dinamik yüksəliş mərhələsində olduğunu aydın göstərir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 4 avqust.- S. 4.