Ekoloji problemlərin həllinə diqqət artırılır

 

Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyində altı ayın yekunları müzakirə olunmuşdur

 

Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir. Son illər ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.

Respublika Prezidentinin daimi diqqəti və himayəsi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.Bu tədbirlər barədə mütəmadi olaraq məlumat verilir.

Müşavirədə çıxış edənlər son vaxtlar ekoloji problemlərin həlli istiqamətində çox ciddi irəliləyişlərin olduğunu diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, 2011-ci ilin 6 ayı ərzində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamına əsasən, 45 min əhalisi olan 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və hazırda işlər davam etdirilir.

Bakı və onun ətraf ərazilərində yaşıllıqların salınması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də müvafiq işlər görülmüş, magistral avtomobil yollarının kənarlarında ümumilikdə, 170 hektar sahədə 206 780 ədəd ağac və kol cinsləri əkilmişdir.

Meşələrin artırılması və bərpası istiqamətində 1335 hektar sahədə meşə əkini və səpini, 15893 hektar sahədə xidmət, 13636 hektar sahədə suvarma işləri aparılmış, 14284 kq toxum tədarük edilmişdir. 49,34 hektar sahədə toxum səpilmiş, 38,98 hektar sahədə 1495 min ədəd toxmacar, 22 hektar sahədə 1089 min ədəd çilik basdırılmış, eyni zamanda 1372 hektar sahədə torpaq hazırlığı işləri aparılmışdır.

Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1001 akt və 325 protokol tərtib olunmuş, 469 icrası məcburi olan müddətli "Məcburi göstəriş" verilmiş, hüquq-mühafizə orqanlarına göndərilmiş 61 işdən 18-nə, məhkəmələrə göndərilmiş 90 işdən 32-nə, məhkəmə icraçılarına göndərilmiş 257 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür. Keçən müddət ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində işlər davam etdirilmişdir. Hazırda, ölkəmizdə ümumi sahəsi 880975,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində nərə balıqartırma zavodlarında balıqartırma mövsümünə hazırlıq işləri ilə yanaşı, törədici balıqların tədarük edilməsi məqsədilə balıq ovlayan şirkətlərlə müvafiq müqavilələr bağlanmış, eyni zamanda, alınacaq sürfələrin və körpələrin canlı yem orqanizmləri ilə təmin edilməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülmüşdür. Qanun pozucularından 4 ədəd qayıq, 52 ədəd tor, 435 müxtəlif növ balıq götürülmüş, bioloji resurslara vurulmuş ziyanla bağlı 29696 manat məbləğində iddia qaldırılmışdır.

Ümumilikdə 2011-ci il üçün 434,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin (20,1 mln ədəd nərəcinsli, 175,0 min ədəd qızıl balıq, 414,0 mln ədəd çəki kimi balıq növləri) Kür çayına, Kür çayının dənizə qovuşan hissəsinə, eyni zamanda su anbarlarına buraxılışı proqnozlaşdırılır.

Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılması davam etdirilmişdir. Belə ki, Hidrometeoroloji Kompyuter Şəbəkəsi (HKŞ) yaradılmış, müşahidə məlumatlarının mübadiləsi üçün müasir İT və GSM texnologiyaları tətbiq olunmuşdur. Respublikanın ərazisi üçün tərtib olunmuş yarımsutkalıq, sutkalıq və ikisutkalıq meteoroloji proqnozların özünü doğrultması 89-95 faiz olmuşdur.

Ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, eləcə də ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazası yaradılmış, operativrejim məlumatlar hazırlanaraq yayılmışdır.

Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində, səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) aparılmışdır.

Ölkə ərazisində torpaqların fon tərkibinin neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədilə aparılan monitorinqlər davam etdirilmişdir. Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə aparılmışdır.

Xəzər dənizinin Azərbaycan sektorundaonun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə 533 (90-ı dənizdə olmaqla) monitorinq keçirilmiş, axarlardan götürülmüş 1542 su, qrunt, qazma məhlulu və şlam nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikolojimikrobioloji tədqiqatlar aparılmışdır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quraşdırılmış 17 modul tipli su təmizləyici qurğunun fəaliyyətinə cari ildə də mütəmadi olaraq laborator nəzarət həyata keçirilmiş, qurğuların effektli işləməsini öyrənmək məqsədilə onların giriş və çıxışından nümunələr götürülərək müvafiq təhlillər aparılmışdır.

Ötən illərdə olduğu kimi cari ilin 6 ayı ərzində də yay mövsümü ilə əlaqədar Respublika GigiyenaEpidemiologiya Mərkəzi ilə birgə çimərlik və ona yaxın ərazilərdə monitorinqlər keçirilmişnazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə mikrobioloji baxımdan çirklənmənin qarşısı alındığı müşahidə olunmuşdu. Azərbaycanın Böyük Qafqaz hissəsinin cənub yamacında, Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikası və cənubi Xəzəryanı dağlıq ərazilərdə geoloji-axtarış işləri davam etdirilmişdir.

2010-cu ildə Şəmkir rayonu ərazisində nüvə geofiziki tədqiqatları nəticəsində ilk dəfə platin qrupu metalların köklü yatağının olduğu aşkarlanmışdır. Bu nəticə Azərbaycan geoloqlarının son dövrlərdə əldə etdiyi ən parlaq nailiyyətlərdəndir. Qeyd olunan yatağın sənaye əhəmiyyətinin qiymətləndirilməsi məqsədi ilə layihə-smeta sənədləri tərtib edilmişçöl işlərinə başlanılmışdır.

Respublikanın bir sıra rayonlarında irimiqyaslı geoloji-planalma işləri həyata keçirilmiş, bir çox faydalı qazıntıların dəqiq axtarışı üçün perspektivli sahələr ayrılmış və yeni filiz zonaları müəyyənləşdirilmişdir.

Seysmoaktiv bölgələrdə (əsasən Abşeron və Şamaxı-İsmayıllı bölgələrində) seysmogeodinamikgeofiziki sahələrdə müşahidələr təşkil olunmuş, zəlzələlərin uzun və qısamüddətli proqnozlaşdırılması həyata keçirilmişdir.

2011-ci ilin 6 ayı ərzində ekoloji ekspertiza rəyinin verilməsi üçün 2710 müraciət daxil olmuşdur. Bu müraciətlərin böyük əksəriyyəti respublikada sahibkarlığın inkişafı ilə əlaqədar olaraq ayrı-ayrı fizikihüquqi şəxslər, dövlət təşkilatları və vətəndaşlar tərəfindən edilmişdir. Daxil olmuş müraciətlərə vaxtında baxılaraq icraları təmin olunmuşdur.

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi layihələrinin ekspertizası üzrə 6 ay ərzində 9 layihəyə və 8 Texniki İqtisadi Əsaslandırma sənədinə baxılmış və müvafiq tələblər müəyyənləşdirilməklə razılaşdırılmışdır.

Hazırda bu istiqamətdə işlər uğurla davam etməkdədir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 5 avqust.- S. 7.