Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyənin bu istiqamətdəki siyasəti

 

(əvvəli qəzetin 5 avqust 2011-ci il tarixli sayında)

 

Ancaq 2009-cü il oktyabrın 10-da Surixdə Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılmasını özündə əks etdirən protokolların imzalanmasından sonra Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmən bəyan etdiyi sözlər qardaş dövlətin Azərbaycanın milli maraqlarına zidd olacaq qərar qəbul etməyəcəyinə olan inamı daha da artırdı: "Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını azad etməsə, protokolların parlamentdə təsdiqlənməsi mümkün olmayacaq". Türkiyənin dövlət rəsmiləri Azərbaycanla münasibətləri yüksək qiymətləndirərək bəyan etmişlər ki, "Azərbaycan strateji ortağımızdır qardaş ölkənin milli maraqlarına zidd olaraq hər hansı bir addım atmayacağıq".

Ermənistan - Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, "Azərbaycan bundan sonra da danışıqlar prosesində, bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir".

Nəticədə, 2010-cu il aprel ayının 22-də Türkiyəyə təzyiqlərin səmərəsiz qaldığını görən Ermənistan tərəfi Sürixdə imzalanmış protokolların müzakirəsinin dondurulması haqqında qərar qəbul etdi.

2010-cu il mayın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin qətiyyətli addımlarının davam etdiriləcəyini bildirərək qeyd etmişdir: "Azərbaycanın bu probleminə qardaş Türkiyənin əhəmiyyət verməməsi mümkün deyildir".

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasiiqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək demişdir: "Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edirbütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir".

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdə hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir.

Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Azərbaycana səfəri zamanı imzalanmış "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" nin imzalanması mühüm əhəmiyyət kəsb edir.

Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir: "Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edirbundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edəcəkdir". Türkiyə Prezidenti Abdullah Gül də müqavilənin zəruriliyini və əhəmiyyətli olduğunu vurğulayaraq demişdir: "Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı nəzərdə tutur".

Belə ki, bu müqavilə hər iki dövlətin üzərinə təkcə ikitərəfli münasibətlərin bütün sahələrində yüksək səviyyəyə qalxması və istənilən məsələdə vahid mövqedən çıxış etməsi deyil, eləcə də bir-birinin marağına zidd siyasət yürütməməsi kimi daha mühüm öhdəliklər də qoyur. Bu səbəbdən Ermənistanın Türkiyəyə qarşı dövlət səviyyəsində qaldırılan soyqırımı və ərazi iddiaları aradan qalxmadan Türkiyənin işğalçı dövlətlə sərhədlərini açması həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarına ziddir.

Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadienerji imkanlarından, eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayaniki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neftqaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.

2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə - Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək dedi: "Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimizbugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir". Bununla yanaşı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar danışıqların son durumu haqqında müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı İlham Əliyev Türkiyəyə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövlətinin minnətdar olduğunubunu çox yüksək qiymətləndirdiyini bildirdi.

Baş nazir Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək bildirdi: "Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçündür. Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirikbundan sonra da təqib etməkdə davam edəcəyik".

Eyni zamanda, Baş nazir hazırda Dağlıq Qarabağ ərazisinin işğal edildiyini və işğalçıların məlum olduğunu qeyd etməklə yanaşı, bunun BMT tərəfindən də təsdiq edildiyini, eləcə də bu məsələnin həll edilməli olduğunu diqqətə çatdıraraq bildirdi: "Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur".

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi birgə mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyanın gənc zabitlərin ilk ordu konfransında erməni gəncliyinə xitabən "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağı azad etmək də sizin öhdənizə düşür" bəyanatına münasibət bildirərkən qeyq etmişdir ki, əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir: "Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran vəziyyətindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə vəziyyətdə, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir". Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olan Ermənistan rəhbərlərinin real dünyada yaşamadıqlarını, özlərinin yaratdığı xülya dünyasında yaşadıqlarını bildirərərək, onlara yuxudan oyanmağı, real dünyaya qayıtmağı və özlərini Türkiyə ilə heç olmasa, müqayisə etməyi tövsiyə etdi.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalı olduğunu vurğulayaraq dedi: "Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq". fikirlər, hər iki dövlətin təkcə ikitərəfli münasibətlərin bütün sahələrində yüksək səviyyəyə qalxması və istənilən məsələdə vahid mövqedən çıxış etməsi deyil, eləcə də heç zaman bir-birinin marağına zidd siyasət yürütməməsi kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

beynəlxalq münasibətlər və xarici siyasət

kafedrasının dosenti, siyasi elmlər üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 7 avqust.- S. 3.