Azərbaycanın bank sistemi dinamik inkişaf edir

 

Azərbaycan hazırda dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir.

 

Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliev tərəfindən qoyulan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Dinamik inkişaf ölkənin bank sektorunda da özünü büruzə vermiş, iqtisadiyyatı qlobal maliyyə böhranının fəsadlarından qorumuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) çərçivəsində 5 istiqamətdə - makroiqtisadi sabitlik iqtisadi artım, məşğulluq siyasəti əhalinin sosial müdafiəsi, insan kapitalının inkişafı sosial tərəqqi, institusional siyasət səmərəli idarəetmə, iştirak monitorinq istiqamətlərində məsələlərin reallaşdırılması nəzərdə tutulur.

Birinci istiqamət üzrə büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, vergilərin yığım səviyyəsinin artırılması, xarici-iqtisadi fəaliyyətdə tarif qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. 2011-2015-ci illərdə dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları işinin səmərəliliyinin artırılması, monitorinq sisteminin təkmilləşdirilməsi, elektron satınalmaların təşkili ilə əlaqədar tədbirlərin görülməsi, yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakının dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Eyni zamanda 2016-cı ilədək müəssisə təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin başa çatdırılması da həmin tədbirlər sırasında özünə yer almışdır.

Bundan başqa, inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə metodlarından fəal istifadə olunması, strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsi, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması üzrə tədbirlər görüləcəkdir.

Azərbaycanın bank sektorunun daha da inkişafı üçün 2011-2015-ci illərdə bank sisteminin kapitallaşmasının davam etdirilməsi, bank nəzarətinin təkmilləşdirilməsi, bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması, bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi, ipoteka kreditləşdirilməsi mexanizminin sadələşdirilməsi planlaşdırılır.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün vahid qanunun (2011-2012-ci illər), sekyuritizasiya haqqında qanunvericilik bazasının (2011-2013-cü illər) hazırlanması, yerli şirkətlərin Bakı Fond Birjasının listinqinə çıxarılması üçün münbit şəraitin yaradılması, institusional investorların formalaşdırılmasının təşviq edilməsi, yeni maliyyə alətlərinin buraxılışının stimullaşdırılması nəzərdə tutulur. 2011-2013-cü illərdə sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, 2011-2015-ci illərdə sığorta işinin təşviqi üzrə tədbirlərin gücləndirilməsi planlaşdırılır.

Mütəxəssislərin fikrincə, son on ilin inkişaf nəticələrinə görə ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət keyfiyyət inkişafına nail ola bilmişdir. İqtisadi artımın 4 dəfə, ixracın 15 dəfə, valyuta ehtiyatlarının 31 dəfə artması bunun bariz göstəriciləridir. Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə olunmuşdur - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olmuşdur. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artmışdır. Mərkəzi Bank ölkənin iqtisadi inkişafına işgüzar infrastrukturuna dəstək verən onlarla strateji layihə həyata keçirmişdir. Bir çox inkişaf institutları (ipoteka, əmanətlərin sığortlanması fondu, kart prosessinq mərkəzi, maliyyə monitorinqi xidməti s.) yaradılmışdır.

Mərkəzi Bank bütövlükdə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya kimi uzunmüddətli strateji bir xəttin həyata keçirilməsində əsas rol oynayır. Bu ilin ötən ayları ərzində Mərkəzi Bank bank sektorunda maliyyə sabitliyinin qorunması idarə olunması, habelə maliyyə sektorunun inkişafının təşviqi potensialının artırılması, nağd pul dövriyyəsinin təşkili tənzimlənməsinin beynəlxalq standartlaşmasının təmin edilməsi istiqamətində mühüm tədbirlər reallaşdırmışdır. Həmçinin 2011-ci ilin prioritetləri sırasında ödəniş sisteminin arxitekturasının modernləşdirilməsi, elektron hökumət konsepsiyası ilə bağlı hökumət tərəfindən təsdiq olunmuş bütün proqramlara Mərkəzi Bankın fəaliyyətinin daha geniş inteqrasiyası da yer almışdır.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Bir neçə il bundan əvvəl bütün dünyanı sarsıdan qlobal böhranın təsirlərindən qorunmaq üçün Milli Bank bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Belə ki, adıçəkilən bank qlobal böhran şəraitində milli sahibkarlar ordusunun ciddi ziyan çəkməməsi, ilk növbədə, hökumətin dünyadakı neqativ proseslərə çevik reaksiya əsasında müəyyənləşdirdiyi antiböhran siyasətini uğurla reallaşdırmışdır. Bankların dəstəklənməsi daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi bu tədbirlərin yalnız bir qismidir.

Həyata keçirilən tədbirlər həm bank sisteminə ictimai etimadın, sistemin sağlamlığı dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönəlmişdir. İqtisadi subyektlərin banklara inamını qorumaq daha da artırmaq mühüm vəzifələrdən biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdirilmişdir. Mərkəzi Bank antiböhran siyasətinin həyata keçirilməsində öz mandatı çərçivəsində iştirak etmiş, əsas diqqət üç əsas məqsədin reallaşmasına istiqamətlənmişdir. Bunlardan birincisi, makroiqtisadi sabitliyin qorunması, ikincisi, bankların sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunması, üçüncüsü isə iqtisadi artımın yüksək məşğulluğun dəstəklənməsi olmuşdur. Ötən dövrdə makroiqtisadi tarazlığın dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul məzənnə siyasəti uğurla həyata keçirilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 12 avqust.- S. 3.