Nizami Gəncəvi - 870. Gəncə, Nizami prospekti...

 

Dünənə qədər Nizami küçəsi kimi tanınan bu ünvanda, eləcə şəhərin digər yerlərində son yarım ildə görülən abadlıq-quruculuq işləri gəncəlilərin ürəyindən xəbər verir

 

Nizami prospekti kimi Gəncədə onlarca ünvan var. Hamısında da gedir. Özü əməlli-başlı. Küçələrə bardür düzülür, kommunikasiya xətləri yerin altına salınır, yaşayış, inzibati-iaşə obyektləri yenidən qurulur, fasadlar təzələnir, qədim binalar, memarlıq nümunələri öz əvvəlki görkəminə qaytarılır, milli elementlərdən istifadə olunur, təzə tikililər ucaldılır sairə. Bir deyil, beş deyil. Haradan, hansı işdən yazmaq, mövzu seçmək çətindir. Rəsmi bir qəzetin müxbiri kimi deyil, şəhər sakini kimi tam səmimi deyirəm: Gəncədə bu gün həyata keçirilən işlər adamda qürur iftixar hissi oyadır! Şəhərin yaxın bir-iki ilə necə dəyişəcəyini gözlərin önünə gətirir istər-istəməz şairin bu misrasını xatırlamalı olursan: "İndi bu mən, bu sən, bu da ki, Gəncə".

 

...Şəhərin Nizami prospekti Gəncənin ən uzun küçəsidir. Bakı istiqamətindən şəhərə girişdən başlanan prospekt təyyarə limanına dönən yola kimi uzanır. Prospekt şəhərin mərkəzindən keçir. Bir sıra mühüm mədəni-maarif müəssisələri, elm, təhsil, səhiyyə ocaqları, ictimai-iaşə obyektləri əlbəttə, ilk növbədə, dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi burada yerləşir. Əslində, lap bu yaxınlaradək Nizami prospektinin haradan başlanması, harada qurtarması bir qədər anlaşılmaz idi. Şəhərdə abadlıq işlərinə başlanan kimi buna aydınlıq gətirildi o, xeyli uzadıldı, genişləndirilməyə başlandı. Başqa cür ola da bilməzdi. Axı Nizami deyəndə Gəncə, Gəncə deyəndə Nizami yada düşür.

Bir məsələni qeyd etmək istərdik ki, şəhər rəhbərliyi Nizami Gəncəvi irsinin təbliğinə xüsusi həssaslıqla yanaşır. Elə müşavirə, toplantı, görüş yoxdur ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Nizami Gəncəvidən söz salmasın, onunla bağlı şəhərdə həyata keçirilən keçiriləcək işlərdən danışmasın. Ölməz şairlə bağlı irəli sürülən maraqlı təşəbbüs təkliflər geniş müzakirə mövzusu olur, tədbirlər müəyyənləşdirilir, onların icrası ciddi nəzarətə götürülür, hesabatlar dinlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Gəncədə Nizami irsini öyrənən mərkəzin yaradılması burada 70 nəfərdən çox elmi işçinin çalışacağı xəbəri həyata keçirilən bu cür silsilə tədbirlərdəndir. Hazırda bu istiqamətdə lazımi işlər görülür.

Gələn ay Nizami Gəncəvinin 870-ci ildönümüdür. İndi nəinki Gəncədə, Azərbaycanın hər yerində, o cümlədən Rusiyanın Sankt-Peterburq şəhərində, Türkiyədə, İranda, Özbəkistanda digər ölkələrdə bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə hazırlıq görülür. Təbii ki, bu tədbirlərin beşiyi Gəncə şəhəri olacaq. Elə Nizami prospektini başdan-başa gəzib baxmaq dediklərimizin əyani sübutudur.

...Fotoqraf Talıb İsmayılov obyektivini hara tuşlayırdı, orada mütləq maraqlı, diqqətçəkən məqamla qarşılaşırdı. Ona görə bu foto-reportajımızda Nizami prospektində gedən işlərlə oxucuları az da olsa tanış etməyə çalışacağıq.

Qeyd etdiyimiz kimi, şəhərin giriş hissəsi indi xeyli irəli çəkilib. Elə simvolik giriş qapıları da artıq burada inşa olunmağa başlayıb indiyədək xeyli torpaq qazıntı, hamarlama, tikinti-quraşdırma işləri görülüb. Nizami Gəncəvinin məqbərəsindən buradək uzanacaq ikitərəfli istinad divarları yüksək sürətlə, həm çox keyfiyyətlə, milli ornamentlərlə bəzədilməklə inşa olunur. Divarlarda ölməz şairin əsərlərindən fraqmentlər həkk olunacaq.

Məqbərənin özü onun meydanı, ərazisi əsaslı təmir olunur yenidən qurulur (onun bir neçə maketinin şəklini təqdim edirik - H.Q.). Burada işıqlandırma sistemi elə qurulacaq ki, ən uzaq məsafədən belə hər bir kəs dahi şairin məqbərəsinə yaxınlaşdığını hiss etsin. Digər tərəfdən, artıq məqbərəyədək olan məsafədə Nizami Gəncəvi haqqında əyani təsəvvür almaq mümkün olacaq. Prospektin genişləndirilməsi buradakı yaşayış binalarının, digər tikililərin fasadlarının zövqlə yenidən qurulması ona xüsusi gözəllik əzəmət gətirəcək. "Hərbi şəhərcik" deyilən ərazi öz görkəmini dəyişir. Buradakı eybəcər, primitiv tikililər götürülüb, milli ornamentli divarlar hörülüb son tamamlama işləri görülür. Ətrafdakı yaşayış binalarının hamısının çardaq örtükləri dəyişdirilib, səliqə-sahmana salınıb. Qanunsuz, zövqsüz, təhlükəli artırmalar ləğv olunub. İndi bu binaları tanımaq olmur. Şəkildəki dördmərtəbəli yaşayış binasını cəmi bir ay əvvəl kim görsəydi, inanmazdı ki, vaxtsa belə görkəm alacaq. Artıq o biri binalar da tezliklə bu gözəlliyə qovuşacaq. Yevlax avtovağzalı, N.Nərimanov prospektinin başlandığı ərazi genişləndirilib, böyük abadlıq işləri aparılıb. Bir qədər aşağıda Gəncə Dövlət Universitetinin qarşısındakı ərazidə, Gəncəçayın sağ sahilində Bayraq meydanı inşa olunur. Bakı şəhərindən sonra ən hündür Dövlət bayrağı Gəncədə dalğalanacaqdır. Bayrağın uzunluğu 50, eni 25 metr olacaqdır. Hündürlüyü 4 metrə çatacaq postament qranitlə işlənəcək. Qranit lövhənin üzərində Azərbaycanın Dövlət himni gerbi əks olunacaq. Ərazidə abadlıq, yenidənqurma işləri aparılacaq, qranit lövhələr döşənəcək, oturacaqlar qoyulacaq, dekorativ gül kolları ağaclar əkiləcək. Burada müasir bir fəvvarənin tikilməsi nəzərdə tutulub.

Bir qədər aralıda, prospektin Gəncəçay körpüsü üzərindən keçən hissəsindən 80-ci illərin əvvəllərində ucaldılmış Nizaminin "Xəmsəsi" görünür. Lap bu yaxınlaradək həmin sənət nümunələri görünmürdü, az qala körpünün üstündə tikilmiş mağazalar buna imkan vermirdi. İndi onlar başqa əraziyə köçürülüb "Xəmsə" lap uzaqdan diqqət cəlb edir. "Xəmsə"də onun ərazisində aparılacaq abadlıq, yenidənqurma işləri bu yerlərin görkəmini dəyişəcək.

Şəhərin mərkəzində, Nizami prospektində yerləşən binaların, o cümlədən Mərkəzi Univermağın, onun ətrafının tamamilə yenidən qurulması da maraq doğurur əhali tərəfindən razılıqla qarşılanır. Bu sətirlərin müəllifi Nizami prospektində, 30 ildən çox yaşadığı bir dəfə əl gəzdirilmədiyi beşmərtəbəli nimdaş binanın tezliklə tamamilə başqa görkəmdə olacağı günü səbirsizliklə gözləyir, təbii ki, başqa sakinlər kimi şəhər rəhbərliyinə irəlicədən dərin minnətdarlığını bildirir.

Buradakı yöndəmsiz qaz borularından, digər kommunikasiya xətlərindən əsər-əlamət qalmayıb. Doğrudur, hələ görüləsi işlər az deyil. Amma bir fakt razılıq doğurur ki, nəinki Nizami prospektində, şəhərin hər yerində başlanan işlərin sürətində bir an belə ləngimə yoxdur. Qarşıya belə bir vəzifə qoyulub: başlanıbsa, yubadılmadan başa çatdırılmalıdır.

Şəhərin Şəmkir rayonu istiqamətindən girişi tamamilə yeni görkəm alır. Heydər Əliyev parkı da Nizami prospektinə açılır. İndi bu ərazi o qədər genişləndirilib ki, baxanda adamın ürəyi açılır. Fotoqraf bu rakusdan da kadr götürdü yəqin ki, oxucu Gəncənin o biri tərəfdən girişinin necə gözəl olduğunu təsdiqləyər.

...Təkcə Nizami prospektində aparılan işlərdən, özü hələ çox cüzi hissəsindən söhbət açdıq. Amma bu da kifayətdir deyək ki, Gəncə hər gün, hər an dəyişir. Gəlin bizi bu gözəlliyə qovuşduranlara dəstək olaq, yaxşıya yaxşı, pisə-pis deyək. Onsuz da zaman öz sözünü deyəcək deyir. Necə ki, dahi Nizami neçə əsr bundan əvvəl belə deyib:

Quyuya salsan da yaxşılığı, bil,

Yenə qayıdacaq, o itən deyil.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 17  avqust.- S. 4.