Gəncə səhiyyəsi: əsas hədəf yüksək dünya standartlarıdır

 

Gəncədəki tibb müəssisələri tədricən öz görkəmini dəyişir, burada aparılan abadlıq-quruculuq işləri hamının diqqətini cəlb edir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, kadrların hazırlanması, müayinə və müalicə işinin müasir tələblərə uyğunlaşdırılması tibbi xidmətin keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmışdır. Əvvəllər Bakı şəhərinə və digər ölkələrə üz tutanlar indi Gəncənin özündə yaradlmış şəraiti görüb burada müayinə və müalicə olunmağa üstünlük verirlər. İstər stasionar, istərsə də ambulator müalicə almaq üçün lazımi şərait yaradılıb. Artıq bir sıra tibb müəssisələri əsl nümunə mərkəzlərinə çevrilib. Şəhərdə keçirilən müxtəlif təcrübə mübadilələri, seminarlar, elmi-nəzəri konfranslar getdikcə ənənə şəklini alır.

 

Son aylar isə fəallaşma daha qabarıq hiss olunur. Şəhərdə aparılan geniş abadlıq-quruculuq işlərinə səhiyyə müəssisələrinin kollektivləri yaxından qoşulublar.

Bir vaxtlar heç bir şəraiti olmayan, baxımsız qalan onkoloji dispanseri indi tanımaq olmur, burada müasir dünya standartları səviyyəsində yeni şüa korpusu inşa olunmuş, ventilyasiya xətləri quraşdırılmışdır. Bu ilin aprelində Çexiyanın istehsalı olan "Teravalt" aparatının quraşdırılması ən yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə imkan yaratmışdır. Müəssisənin həyəti ən gözəl parkı xatırladır. Hər yerə asfalt döşənib, hasar çəkilib, yaşıllıqlar salınıb, oturacaqlar quraşdırılıb. Qeyd edək ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Avropa nümayəndəliyinin rəhbəri A.Çipov, nazirliyin baş ankoloqu A.Kərimli başqalarının iştirak etdiyi açılış mərasimindən sonra hər bir kəs inanmaq istəmirdi ki, artıq Gəncədə bu cür müasir, bütün standartlara cavab verən bir tibb müəssisəsi var.

Gəncə səhiyyəsi, necə deyərlər, yerində saymır. Ölkədə dünyada müasir varsa, onun tətbiqinə səy göstərilir. Elə şəhərin yoluxucu xəstəliklər xəstəxanasında insanın immunçatışmazlığı virusuna yoluxmuş xəstələr üçün rayonlararası antiretrovirus terapiya mərkəzinin yaradılıması, onun hər cür avadanlıqla təchiz olunması da dediklərimizə əyani sübutdur. "2011 - 2015-ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər Proqramı"na uyğun olaraq, bakterioloji bir laboratoriyanın da yaradılması bu müasirlikdən, tibbin son nailiyyətlərinin tətbiqindən xəbər verir. Artıq laboratoriyanın tikintisinə başlanılmışdır.

Belə tibb müəssisələri, şöbələr, laboratoriyalar şəhərdə az deyil onların əksəriyyəti son vaxtlar yaradılmışdır. Regional Perinatal Mərkəz, 2 saylı Uşaq xəstəxanasının stasionar şöbəsi, Göz xəstəxanası, Kardioloji dispanser, Körpələr Evi, Diaqnostika mərkəzi, Qadın məsləhətxanası, Uşaq Stomatoloji poliklinikası, 2 saylı şəhər xəstəxanası, 3 saylı poliklinika, Qanköçürmə mərkəzi bir sıra şöbələr müasir tələblərə cavab verən səviyyədədir.

İndi Gəncə Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlara ilk qoşulan, onların həyata keçirilməsinə həvəs göstərən nail olan şəhərə çevrilib. Məsələn, nazirliyin "Respublikada perinatal yardımın təkmilləşdirilməsi barədə" əmrinə uyğun olaraq şəhərdəki 2 saylı doğum evi ləğv edilmiş, "Regional perinatal mərkəz haqqında nümunəvi əsasnamə"yə onun nümunəvi strukturuna müvafiq respublikanın 11 rayonuna ixtisaslaşmış perinatal xidmət göstərəcək Gəncə Regional Perinatal Mərkəzi yaradılmışdır.

Bundan əlavə, təcili tibbi yardım xəstəxanasının regional statuslu reanimasiya şöbəsi Yaponiyanın respublikamızdakı səfiriliyinin köməyi ilə qrant layihəsinə uyğun olaraq əsaslı təmirdən şəhər səhiyyə idarəsi tərəfindən tibbi aparat avadanlıqlarla təkmilləşdirildikdən sonra istifadəyə verilmişdir. Səhiyyə Nazirliyi tərəfindən rəqəmsal ÜSM, EGT, narkoz, rentgen aparatları, çoxlu təyinatlı stollar, şkaflar sair alınmışdır.

TTYX-nin aptek, mətbəx bölmələrində, urologiya, ginekologiya şöbələrində, endikronoloji xəstəxanada, 2 saylı poliklinikada, kardioloji xəstəxanada, göz xəstəxanasında, 2 saylı xəstəxanada, yoluxucu xəstəliklər xəstəxanasında cari təmir işləri aparılmışdır.

2 saylı poliklinikanın, 1 saylı uşaq xəstəxanasının poliklinika şöbəsinin, qadın, 2 saylı uşaq, kardioloji, göz, endikronoloji xəstəxanaların, 1 4 saylı təsərrüfat hesablı poliklinikaların digər tibb müəssisələrinin fəsadlarının həyətlərinin, ətraf ərazinin abadlaşdırılmasına, yaşıllaşdırma sanitar gigiyenik aksepdemik tədbirlərə diqqət artırılmışdır.

Hazırda psixiatriya, A.Səhhət adına xəstəxanalarda əsaslı təmir işlərinin aparılmasına hazırlıq işləri həyata keçirilir.

Bütün məktəblərdə yuxarı sinif şagirdləri arasında səyyar rentgenoflüoqrafik müayinələrin aparılmasına diqqət artırılmışdır. 42 məktəbdə 3570 şagird müayinə olunmuşdur.

Yeni doğulmuşların elektron sağlamlıq kartları üzrə məlumatlara daxil edilməsi, kartların sifarişi, gətirilməsi paylanması istiqamətində tədbirlərə ciddi əməl edilmişdir. Şəkərli diabet xəstələrinin şəkərsalıcı dərman təminatı, özünənəzarət vasitələri - qlükometrlərlə təminat diqqət mərkəzində olmuşdur. Azərbaycan Diabet Assosiasiyası ilə birgə şəhər endikronoloji xəstəxanasında pasiyentlərlə görüş, seminar təlimlər keçirilmiş, "Diabet məktəbi"nin müasir tələblərə uyğun şəkildə yenidən qurulmasına başlanılmışdır.

Hazırda Rayonlararası Hemodializ şöbəsində xroniki böyrək çatışmazlığı üzrə proqramlı hemodializ olunan xəstələrin sayı 60 nəfər təşkil edir. 2011-ci ildə əlavə Almaniya istehsalı olan 2 hemodializ aparatı əlavə qurğu alınaraq aparatların sayı 13-ə çatdırılmışdır.

Tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə kadrların hazırlığı, bilik peşə bacarığının yüksəldilməsi, elmi praktik konfransların, treninq seminarların keçirilməsinə xüsusi önəm verilmişdir. Səhiyyə Nazirliyi üzrə "Tibbi kadrların vahid registrinin yaradılması barədə" əmrinə uyğun olaraq Gəncə şəhərinin səhiyyə müəssisələrində çalışan həkim orta tibb işçilərinə dair bütün məlumatlar elektron bazaya daxil edilmişdir.

Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin iştirakı ilə şəhərin ətraf rayonların mama-ginekoloq, cərrah anestezioloq reanimatoloqlarının iştirakı ilə regional perinatal xidmətin təkmilləşdirilməsi, vərəm xəstəliyi üzrə ilkin səhiyyə xidmətinin həkim tibb bacıları üçün treninqlər, rast gəlinən ağırlaşmalar klinik protokolların şərhi ilə bağlı, ATU- ikinci uşaq xəstəlikləri kafedrası ilə birgə "Azərbaycanda astmanın yayılması allergik rinitlərin müasir müalicəsi" "Yay mövsümü helmintozlarn müalicəsi" mövzularında, bundan başqa, Azərbaycan Kardioloqlar cəmiyyətinin, şəhər ictimaiyyətinin ətraf rayonların kardioloqlarının iştirakı ilə elmi-praktik konfranslar keçirilmişdir.

Gəncə Şəhər Səhiyyə Xidməti üzrə yaxın dövr ərzində Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yeni ştat çarpayı normativlərinin tətbiqi ilə əlaqədar tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, çarpayıların sayının real tələbata uyğunlaşdırılması, fəaliyyəti tələblərə cavab verməyən müəssisələrin ləğvi, büdcə vəsaitindən daha səmərəli istifadə məqsədi ilə bağlı tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi, ilkin səhiyyə xidmətinin inkişafı, xəstələrin müayinə müalicəsində elmi sübutlara əsaslanan klinik protokolların tətbiqinə nəzarətin artırılması, kadrların təkmilləşdirilməsi digər tədbirlər qarşıda duran vəzifələr kimi müəyyənləşdirilmişdir.

Biz yalnız şəhər səhiyyə idarəsinin son vaxtlar, xüsusilə son yarım ildə gördüyü işlərdən söhbət açdıq. Qısa vaxt ərzində bu qədər işin həyata keçirilməsi onu göstərir ki, şəhərdə səhiyyənin inkişafı, onun yaxın gələcəkdə bütün standartlara uyğun olması üçün böyük diqqət, qayğı var. Qeyd edək ki, idarənin rəisi, respublikanın əməkdar həkimi Mehman Rzayevin bu sahədə əməyi çoxdur.

M.Rzayevlə bu barədə söhbət zamanı dedi ki, hələ Gəncədə görüləsi işlər çoxdur. Gərək elə edək ki, xəstəxanalarımızın da, həkimlərimizin də şöhrəti hər yerə yayılsın. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüskarlığı, abadlıq-quruculuq işlərinə böyük önəm verməsi bizim də məsuliyyətimizi artırıb. Həyata keçirdiyimiz işlərdə Səhiyyə Nazirliyi, şəxsən nazirimiz Oqtay Şirəliyev bizə daim dəstək olub. Çalışacağıq ki, etimadı doğruldaq, Gəncə səhiyyəsini daha da inkişaf etdirək.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 23 avqust.- S. 4.