Ermənilərin "soyqırımı" şousuonlara fitva verənlər

 

Soyqırımı bir ölkəyə basqın edərək oradakı yerli əhalini qırıb yox etmək anlamını daşıyan insanlıqdan kənar, mənfur bir siyasətdir. Xüsusilə orta əsrlərdən başlayaraq Qərb ölkələrinin imperialist gücləri bu siyasətin daşıyıcıları olmuşlar. İngilislərin, ispanların Amerika qitəsində, fransız və italyanların Şimali Afrikada, yenə ingilislərin Hindistanda, ərəb ölkələrində vəhşicəsinə həyata keçirdikləri soyqırımları hamıya məlumdur.

 

Bu yaxınlarda Türkiyənin "Ulusal" telekanalı ilə "Çöl Aslanı" sənədli kinofilmini izlədim. 1922-1932-ci illərdə italyanlar yerli bədəviləri yox etmək, onların kökünü kəsmək üçün nələr etməmişlər. Qadın, qoca, uşaqlar da daxil olmaqla dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər etmişlər.

"Zolotaya letopis Rossii" kitabında IX-XII əsrlərə aid olan xəritəyə baxdıqda Rusiya ərazisi Pskov və Novqorod vilayətlərindən ibarət olmuşdur. Lakin sonradan Çar Rusiyası Uralda, Sibirdə, Uşaq Şərqdə yaşayan çoxsaylı millətlərin ərazilərini silah gücünə zəbt etmiş, soyqırımı keçirmiş, onların dillərini, mədəniyyətlərini yox etmiş və ruslaşdırmışdır.

Günümüzdə də imperialist, müstəmləkəçi Qərb dövlətləri dünyanın ayrı-ayrı yerlərində soyqırımı siyasətini müxtəlif metod və şəkillərdə davam etdirirlər. İndihegemon dövlətlər xarici ölkə torpaqlarında "demokratiya ixracı" adı altında soyqırımı həyata keçirirlər.

Lakin əsl məsələ ondan ibarətdir ki, uzun tarixlər boyu imperialist qüvvələri başqa-başqa xalqlara qarşı keçirdikləri kütləvi qırğın siyasətlərini ört-basdır etmək, onu unutdurmaq üçün ciddi-cəhdlər edirlər, olmayan hadisələri şişirtmək, təbliğ etmək, fitva verməklə məşğuldurlar. Qəribədir, qərb dövlətləri nəyə görə baş verməmiş bir "erməni soyqırımını" bu qədər təbliğ edərək onu dünya ölkələrinə qəbul etdirmək istəyirlər? Mən İravanın yaxınlığında olan Uluxanlar mahalındanam. Mahalda yerləşən 32 yaşayış məntəqəsindən cəmi 2-si erməni kəndi idi (Təzəkənd və Yenicə). O zamanlar, yəni 1950-ci ilin əvvəlinə kimi "soyqırımı" sözü belə yox idi. 1946-cı ildə Suriyadanİrandan erməniləri Ermənistana köçürməyə başladılar. Elə həmin dövrdən də millətçilik tendensiyası yüksəlməyə, "soyqırımı" meydana çıxmağa başladı. 1950-ci ilin əvvəllərində Amerikadan, Fransadan, İngiltərədən gələn əcnəbilər "Armeniya" mehmanxanasının qarşısında tez-tez peyda olmağa başladılar. O zaman bir nəfər yerli erməni mənə dedi ki, bizim ölkəmizi bu adamlar qarışdıracaqlar.

Nəhayət, həmin dövr gəlib çatdı. 1965-ci il aprel ayının 24-də bütün millətin iştirakı ilə "erməni soyqırımı"nın 50 illiyi İrəvanın Lenin adına meydanında keçirildi. Mən həmin hadisənin şahidi olmuşam.

Ertəsi günü 2 erməni və mən Odessa şəhərinə ezamiyyətə getdik. "Spartak" restoranında axşam yeməyi zamanı 2 nəfər rus da bizə yaxın stolda oturdu. Və bizim söhbətimizə qarışdılar. Ermənilər bildirdilər ki, bu gün bizim matəm - soyqırım günümüzdür.

Ruslar dedilər ki, siz ermənilərin günahı olub ki, sizi qırıblar! Bu söz məni düşündürməyə başladı. O dövrdə baş verənlər barədə erməni və azərbaycanlıların çoxsaylı söhbətlərini dinləmiş, kitablar oxumuş, kinofilmlərə baxmışam!...

Əslində, məsələnin mahiyyəti nədədir? Bu, Avropa dövlətlərinin qurduğu fitva əsasında yaranan və yenə də onların dəstəyi ilə yayılan əsassız bir siyasətdir. "Erməni soyqırımı ideyasını Qərb dövlətləri ortaya atmışlar. Burada məqsəd erməniləri mili münaqişəyə təhrik etmək, beləliklə, Türkiyə dövləti daxilində mərkəzdənqaçma qüvvəsi yaratmaqonu parçalamaq idi.

Bu işi Qərb dövlətləri Türkiyədə - İstanbuldaOrta Şərqdə çox böyük imkanlara malik erməni burjuaziyası vasitəsilə həyata keçirməyə başlamışlar.

Hələ I Dünya müharibəsindən əvvəl, II Sultan Həmidin dövründə hazırlanmış Anayasaya görə, Türkiyədə yaşayan ermənilərə yeni hüquqlar verilməsi nəzərdə tutulmuşdu. Lakin 1914-cü ilin avqust ayında I Dünya müharibəsi başlandı. Böyük Britaniya, Rusiya və Fransanın daxil olduğu Antanta bloku Osmanlı imperiyasının Almaniya, Avstriya - Macarıstan, Bolqarıstan dövlətlərindən ibarət bloka qoşulmağını istəmirdilər. Mustafa Kamal da müharibəyə qoşulmağın əleyhinə idi.

Lakin bütün bunlara baxmayaraq, 1914-cü il oktyabr ayında Türkiyə müharibəyə qoşuldu. II Sultan Həmid və o zamankı hərbi nazir Ənvər Paşa müharibəyə qoşulmaq haqqında Almaniya ilə gizli müqavilə imzaladılar. Beləliklə, müxtəlif bloklardan olan Rusiya və Osmanlı qoşunları I Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində döyüşmüşlər. Həm İngiltərə, həm də Rusiya erməni burjuaziyasına təsir edərək, onların vasitəsilə bu bölgəni ələ keçirmək istəyirdilər.

Onu da qeyd edək ki, XX əsrin əvvəllərində Türkiyədə "erməni məsələsi"nin süni yollarla gərginləşməsinə səbəb İngiltərə və Rusiya olmuşdur. Bəs "erməni soyqırımı" olmuşdurmu? Qafqaz cəbhəsində döyüşən Rusiya və Türkiyə ordularının tərkibində ermənilər də qulluq edirdilər (həmin ölkələrin vətəndaşları olaraq). Lakin müharibənin gedişi zamanı türk ordusunda olan ermənilər təxribata başladılar. Bununla əlaqədar olaraq türk ordu komandanlığı erməniləri ordudan çıxarıb arxa cəbhəyə yolladı. Həmin ermənilər öz növbəsində Vanda Türkiyəyə qarşı silahlı üsyan etdilər. Bununla bərabər, Biriş, Muş, Van vilayətlərində yaşayan ermənilər gizli yollarla rus ordusuna kömək edirdilər. Ermənilərin bu mənfur satqınlığına cavab olaraq Türkiyə hökuməti düşmənlə təmasda olan erməniləri başqa ərazilərə köçürməyi qərara aldı. Bu, həm də erməni əhalisinin təhlükəsizliyi üçün edilirdi.

Ermənistanın keçmiş xarici işlər naziri, professor Con Kirakosyan yazır ki, erməniləri türklər qırmamış, köçüb gedərkən onları yolda kürdlər qətlə yetirmişlər. Kürdlərə silahı isə Mesopotamiyaya gedən ingilis ordusu vermişdir.

Ümumiyyətlə, Cənubi Qafqazı işğal etməsindən sonra Rusiya bütün dövrlərdə yerli-yersiz erməniləri müdafiə etmiş, ermənilər və türklər arasında nifaq salmış, onları silahlı münaqişəyə sövq etmişdir.

Faktlar göstərir ki, Türkiyə hökuməti ermənilərə qarşı heç bir soyqırımı keçirməmişdir. Əksinə. Türkiyə vətəndaşı olan ermənilər yaşadıqları dövlətin qanunlarını pozaraq ona xəyanət etmişlər. Bu gün "erməni soyqırımı" şousunu dəstəkləyən, onlara fitva verən AmerikadanAvropa dövlətlərindən sormaq lazımdır: "Əgər onların dövlətinə qarşı belə xəyanətkarlıqlar edilsəydi, nə edərdilər?" Ermənilər deyirlər ki, Türkiyə ərazisində 3 milyon erməni qətlə yetirilib.

Başa düşülmür, olmayan bir insan necə qətlə yetirilə bilər? Bütün tarixi mənbələr, arxiv sənədləri göstərir ki, 1914-1915-ci illərdə Türkiyədə cəmi bir milyona yaxın erməni yaşamışdır. Bunu erməni millətindən olan tarixçilər də etiraf edir.

Həmin bir milyonun 400 mini Fransaya, 200 mini Rusiyaya, 200 mini Yaxın Şərq ölkələrinə, Mesopotomiyaya, qalanları isə başqa yerlərə köçərək məskunlaşmışlar. Bəs soyqırımı kimə qarşı edilmişdir? Lakin Qərb dövlətləri erməni havasına züy tutaraq, həmin köçənləri öldürülənlərin siyahısına yazimışlar. Bu, tarixi saxtalaşdırmaq deməkdir.

Türkiyə Cümhuriyyəti dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək tarixi arxivlərin açılmasını tələb etmişdir. Ancaq Ermənistan bu haqlı tələbi qulaqardına vurur. Ona görə ki, arxivlərin açılması onlara sərf etmir, bütün yalanlar üzə çıxar.

Bəs I Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrlərdə Türkiyədə nələr baş vermişdir?

Məsələnin əsl mahiyyəti belədir: Çox böyük strateji əhəmiyyətə malik olan bu bölgəyə sahib çıxmaq istəyən böyük dövlətlərin - Amerika, İngiltərə, Fransa və Rusiyanın mənafeləri toqquşurdu. Burada həmin dövlətlərin məqsədi erməniləri öz tərəfinə çəkmək, silahlandırmaq və bölgənin hegomon qüvvəsinə çevirmək idi. Və bu ideyanı həyata keçirirdilər. Erməni bölmələri o zaman üçün ən müasir silahlarla təchiz edilmişdi. Birinci dünya müharibəsindən sonra ermənilər Qarsda, İravan quberniyasında, Təbriz, Xoy, Marağa, Naxçıvan vilayətlərində yüz minlərlə əli silahsız, günahsız müsəlman türkünü qətlə yetirdilər. 1918-ci ildə Borçalı, Yelizavetpol, Axalkələk üzərinə hücum edərək bu torpaqları ələ keçirmək üçün qanlı döyüşlərə başladılar. Nəticədə həmin ərazilərdə müsəlman türklərinin sayı 25-30 faiz azalmışdır. "1920-ci ildə ingilis ordusundan yeni silahlar alan daşnaklar Qars vilayətində, Rəvan quberniyasında, Şuragel, Şərur-Dərəlyəəz, Sürməli, Xaraqırt, Sarıqamış bölkələrində kəndləri yandırıb külə döndərdi, yüz minlərlə müsəlmanı qətlə yetirdilər" (Bolşaya Sovetskaya Ensiklopediya" 1930, səh.145).

Bizim Uluxanlı, eləcə də qonşuluqda yerləşən Vedibasar, Gərnibasar və Qəmərlidə əsas etibarilə Oğuz türkləri ta qədimdən məskunlaşmışlar. Həmin mahallar 1918-1920-ci illərdə dəfələrlə erməni daşnaklarının hücumlarına məruz qalmış, insanlar kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, külə döndərilmişdir. Həmin hadisələrin şahidi olan ağsaqqallar danışırdılar ki, 1918-ci ilin payızı idi. Xəbər gəldi ki, erməni daşnakları növbəti hücuma hazırlaşırlar. Ağhəmzəli, Xarratlı, Cəbəçəli, Qaraqoyunlu kəndləri artıq yandırılmış, əhaliyə divan tutulmuşdu. Biz kəndimizi müdafiə etmək hazırlığına başladıq. Ətraf kəndlərdən kürdlər də köməyə gəlmişdilər. Əlimizdə olan silahları götürərək düşmən qarşısında özümüzə yer tutduq. Qadınları, qocaları kənddən çıxardıq. Atışma başladı. Bizim əl tüfənginin atəşinə qarşı daşnaklar top mərmiləri ilə cavab verdi. İtgilər verdik. Dayanmaq mümkün deyildi. Geri çəkildik. Kəndi tərk etdik. Üz tutduq Araz qırağında yerləşən Çobankərə kəndinə (Mustafa bəy Topçubaşovun doğulduğu kəndə). Həmin kəndin tanınmış adamı Məmmədəli bəy ətraf kəndlərdən gələn bütün qaçqınlara çox böyük qayğı göstərdi. Araz kəndin yanından axırdı. suyun üzü insan meyitləri ilə örtülmüşdü. Nəhayət Kazım Qarabəkir Paşanın ordusu gəldi. Daşnaklar qaçdılar. Biz də hər kəs öz kəndinə qayıtdı. Hava qaralan kimi yanan müsəlman kəndlərinin alovları görsənirdi. Kəndə daxil olanda gördük ki, bir dənə də salamat ev qalmayıb. Məscidin həyətindəki hovuz insan qanı ilə dolmuşdu. Ətrafda onlarca insan cəsədi var idi...

Bütün bunlar bir həqiqətdir. Özlərini demokratiyanın beşiyi sayan Amerika və Qərb dövlətləri nədən bu gün həqiqətə, olanlara, faktlara yox, qondarma "erməni soyqırımı"na inanırlar?

 

 

Hüseyn ULUXANLI

 

Xalq qəzeti.- 2011.- 23 avqust.- S. 4.