Heydər Əliyevin həyata keçirdiyi hüquq islahatları ölkəmizin hərtərəfli inkişafı üçün əlverişli zəmin yaratdı

 

2002-ci ilin 24 avqust referendumu bu prosesə güclü təkan verdi

 

... Demokratik dövlətimizin ilk Konstitusiyasını qəbul etdiyimiz vaxtdan 7 il keçmişdir. Bu müddət ərzində dünyada ölkəmizdə çox şey dəyişibdir... Ona görə mən təklif olunan dəyişiklikləri referenduma, ümumxalq səsverməsinə çıxardım.

 

Heydər Əliyev,

Ümummilli lider

 

24 avqust 2002-ci il

 

 

Bədxahlarımızın qara niyyətlərinə, səriştəsiz soydaşlarımızın çoxsaylı səhvlərinə zamanın bəxş etdiyi ağrı-acılara baxmayaraq gənc müstəqil Azərbaycan dövləti bütün problemləri geridə qoydu. Doğrudur, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlərin dəf edilməsi inandırıcı görünmürdü. Əksinə, ölkə əhalisi daha ağır günlərin gələcəyindən ehtiyatlanırdı. Ancaq xalqın yol göstərə biləcək ziyalılarının atdığı addım - ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi yaranmış vəziyyətdən çıxmaq üçün tarixi bir şansa çevrildi.

 

Həyatın ən ağır sınaqlarını görmüş müdrik siyasətçi öz tarixi qayıdışı ilə Azərbaycan xalqına çox böyük uğurlar, səadətli günlər, aydın sabahlar bəxş etmiş oldu. Bu ilin iyun ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən türkiyəli Cəfəralı Taşbağ demişdi ki, əgər 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, siz nəinki müstəqilliyin 20 illiyini, hətta 10, bəlkə 5 illiyini qeyd edə bilməyəcəkdiniz. Heydər Əliyevin qayıdışı Azərbaycana xoşbəxtlik firavanlıq, türk dünyasına isə inkişaf edən bir ölkə bəxş etmişdir.

Ulu öndərin möhtəşəm qayıdışından sonrakı proseslər barədə dəfələrlə yazmışıq qədirbilən xalqımızın ən sadə nümayəndəsinə qədər hər bir fərdi həmin prosesləri çox yaxşı xatırlayır. Ancaq qeyd olunmalı xüsusi məqamlar həmişə olub həmişə olacaq. 1996-cı ilin mart ayında - yəni yeni formalaşmış ilk milli parlamentimizin yaz sessiyasında məşhur alim, Milli Məclisin komissiya sədri Səfiyar Musayev qeyd olunan iclasdan bir gün əvvəl görüşdüyü italiyalı parlamentarinin fikirlərini deputatların nəzərinə çatdırdı. İtaliyalı deputatın fikirləri belə olub ki, Avropa qurumları 1995-ci ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrini qəbul edilmiş Konstitusiyanın mahiyyətini öyrənənədək bu ölkədə hansısa demokratik addımın atılacağına inanmırdılar. Halbuki, həmin seçkiyə qədər biz 1993-cü ilin oktyabrında açıq ədalətli prezident seçkisi keçirmişdik, Prezident Heydər Əliyev ölüm hökmünün icrasının müvəqqəti dayandırılması barədə sərəncam vermişdi, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşdu, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlı böyük müqavilə imzalanmışdı sairə. Ancaq bütün bunlara baxmayaraq avropalılar hələ müsəlman ölkəsi olan Azərbaycanda qəbul ediləcək ilk milli Konstitusiyanın mahiyyətini gözləyirdilər. Qəbul olunmuş Konstitusiyanın müddəaları ilə tanış olduqdan sonra isə istənilən avropalı səmimi şəkildə etiraf etməli oldu ki, gənc müstəqil Azərbaycan Respublikasının yeni əsas qanunu əksər Avropa ölkələrinin əsas qanunlarına nisbətən daha demokratik, daha humanist prinsiplər əsasında işlənmişdir.

Bu tarixçəni yada salmaqda məqsədimiz odur ki, dünya təcrübəsinə əsasən ölkənin demokratik ya qeyri-demokratik yol tutduğunu ancaq ancaq Konstitusiyanın müddəaları əsasında müəyyən edirlər. Bu tarixi təcrübəni avropalılardan qat-qat yaxşı bilən Prezident Heydər Əliyev mükəmməl bir demokratik, humanist ədalətli Konstitusiya layihəsi işləyib hazırlamışdı. Ekspertlərin fikrincə, milli tariximizdə iki dəfə "Heydər Əliyev Konstitusiyası" adı il yaşayan Əsas Qanunlar ərsəyə gəlib. Birinci belə qanun 1978-ci ildə qəbul edilmiş Konstitusiyamız idi ki, orada SSRİ dövründə ilk dəfə idi ki, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu rəsmi şəkildə göstərilirdi. Ulu öndərin adıyla bağlı ikinci Əsas Qanunumuz isə yuxarıda qeyd etdiyimiz 1995-ci il Konstitusiyası idi.

Hələ 1995-ci ilin payızında ulu öndər Heydər Əliyev qeyd etmişdi ki, biz zamanın tələblərinə cavab vermək üçün, müstəqil dövlətimizin inkişafını təmin etmək üçün, ölkədə aparılan hüquq islahatlarının dönməzliyinə nail olmaq üçün, son nəticədə gənc respublikamızın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmək üçün dünya standartları səviyyəsində bir əsas qanun yaratdıq. Ancaq ola bilər ki, beş ildən, on ildən sonra dünyada ölkəmizdə baş verən proseslər yeni yanaşmalar, yeni standartlar tələb etsin. Məsələyə müdrikcəsinə münasibət bildirməyin etalonu idi. Çünki, yeni əsrin ikinci ilində həqiqətən dünyada ölkəmizdə baş verən proseslər Azərbaycan Konstitusiyasına bəzi dəyişiklik əlavələr olunmasını zəruri etmişdi.

Dünya təcrübəsinə əsasən istənilən məsələ ilə bağlı referendum keçirilməsi ölkənin demokratik dəyələrlə idarə olunmasının təzahürü kimi qiymətləndirilir. Yəni, kral, baş nazir, prezident ya istənilən başqa dövlət rəhbərləri ölkəni təkbaşına idarə etmir, gündəliyə çıxarılan məsələ ilə bağlı xalqın fikirlərini öyrənirsə, bu, ədalət demokratiya göstəricisidir. Gündəliyə gətirilən məsələ bilavasitə dövlətin əsas qanunu isə bağlıdırsa, bu, həmin ölkənin demokratik prinsiplərlə idarə olunmasının ən ali göstəricisidir. Bundan başqa, Azərbaycan Konstitusiyasında göstərilir ki, dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır ona görə Konstitusiyaya hansısa dəyişiklik ya əlavələri parlament ya hansısa qurum deyil, bilavasitə ümumxalq səsverməsi - referendum reallaşdıra bilər. 1995-ci il Azərbaycan Konstitusiyasının əsas müddəalarından biri Azərbaycan xalqına öz iradəsini yüksək səviyyədə ifadə etmək hüquqlarının verilməsi idi.

İlk Konstitusiyamızın qəbul edilməsindən ötən 7 il ərzində ölkəmizdə həyata keçirilən bir sıra siyasi iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu yolunda əldə edilmiş bir çox nailiyyətlər Azərbaycan Konstitusiyasına bəzi dəyişiklik əlavələr olunmasını zəruri etmişdi. Hüquqi mexanizmi Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisi ilə tənzimlənən ilk referendum məhz 2002-ci il avqustun 24-də keçirildi.

Əsas Qanunumuzun 152-ci 153-cü maddələri ilə tənzimlənən referendumun gündəliyinə çıxarılmış bütün məsələlər xalq tərəfindən dəstəklənmişdi. Avropalı ekspertlər isə bütövlükdə referendumun nəticələrini yüksək qiymətləndirsələr daha çox iki məsələnin üzərində dayanmağı məqsədəuyğun sayırdılar. Bunlar parlament seçkiləri zamanı tətbiq olunan proporsional qaydanın ləğv olunması ölkənin istənilən vətəndaşının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qazanması idi. AŞPA rəsmiləri bu məsələlərin hər ikisini əsas insan hüquq azadlıqlarının təmin olunması kimi qiymətləndirirlər. Birinci məsələyə münasibət bildirən ekspertlərin fikrincə seçki zamanı müəyyən qədər səs toplamış partiya parlamentdə tutaq ki, 10 deputat yeri qazanır. Bu yerlərə partiya sədrinin tərtib etdiyi siyahıda ilk 10 yeri tutanlar sahib olurlar. Əslində isə həmin partiyada daha savadlı parlamentdə daha çox səmərə verəcək insanlar var idi. 2002-ci il 24 avqust referendumundan sonra məhz həmin insanların hüquqları qorunmuş oldu. Eləcə ölkə vətəndaşlarının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun məhdudlaşdırılması da əsas insan hüquq azadlıqlarının yüksək səviyyədə qorunmasını əngəlləyirdi. 24 avqust referendumu həmin maneəni aradan qaldırmış oldu.

Ümumiyyətlə, həm 2002-ci ilin 24 avqust, həm 2009-cu ilin 18 mart referendumları təkcə ölkənin hüquqi dövlət quruculuğu yolunu sürətləndirmədi, həm sosial-iqtisadi inkişafın sürətləndirilməsini, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını təmin etmiş oldu. Prezident İlham Əliyevin dediyi kimi, gənc müstəqil Azərbaycan dövləti bütün sahələrdə daim qanunları, xüsusən, Konstitusiyanın müddəalarını əsas tutmuşdur bundan sonra da belə olacaqdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2011.- 24 avqust.- S. 2.