Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələri getdikcə genişlənir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması ölkənin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmişdir. Belə ki, son illər Azərbaycanın xarici bazarlara ixrac imkanları daha da genişləndirilmiş, bununla bağlı müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmış, o cümlədən sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması və digər vacib istiqamətlərdə zəruri işlər aparılmışdır.

 

Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının genişlənməsi nəticəsində artıq azərbaycanlı iş adamları xarici ölkələrə investisiyalar yatırırlar və bu rəqəm indi milyard dollarlarla ölçülür. Eyni zamanda, milli sahibkarların xarici ölkələrdə fəaliyyətinin genişləndirilməsi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün iş adamlarının birliklərinin yaradılması üzrə müvafiq tədbirlər görülür. Artıq Türkiyə və Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi təsis edilmişdir.

Onu da xatırladaq ki, ölkədə istehsal olunan rəqabətqabiliyyətli məhsulların xarici bazarlara ixracının təşviq edilməsi üçün yerlixarici adamlarının, eləcə də beynəlxalq tərəfdaşların iştirakı ilə mütəmadi olaraq biznes forumları, "dəyirmi masa"lar və ikitərəfli görüşlər təşkil olunur. Həmin tədbirlərdə kənd təsərrüfatı və ərzaq sənayesi, tikinti, İKT, maliyyə, konsaltinq, nəqliyyat, logistika, sənaye, alternativ enerji və səhiyyə sektorlarından yerlixarici adamları və nümayəndələr iştirak edirlər.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə uğurla nümayiş etdirilirböyük maraqla qarşılanır. Bu il Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilmiş sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur. Ötən il isə Azərbaycanın Özbəkistanda ilk milli sərgisi keçirilmişdir. Ümumiyyətlə, Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verirbu istiqamətdə çox sayda uğurlu layihələr reallaşdırır.

Yeri gəlmişkən, xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar.

Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüş yaratmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə, öz aralarında beynəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Bu gün ölkənin ən aktual məsələlərindən biri - xarici iqtisadi fəaliyyətin tarifqeyri-tarif tənzimlənməsinin metod və qaydalarını işləyib hazırlayan, mühüm beynəlxalq institut olan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə sıx əlaqələrin yaradılmasıdır. Xatırladaq ki, ÜTT 1947-ci ildən fəaliyyət göstərən Tarif və Ticarət üzrə Baş Assambleyanın (QATT-ın) sələfi kimi, 1995-ci ildən işə başlamışdır. Bu qurumun əsas vəzifələri-idxal rüsumlarının get-gedə azaldılması, ticarətdə kəmiyyət və digər qeyri-tarif məhdudiyyətlərinin kənarlaşdırılması, beynəlxalq ticarətin sərbəst tarif metodları ilə tənzimlənən liberal sistemə çevrilməsidir.

Yeri gəlmişkən, ÜTT-nin əsas prinsipi qarşılıqlı ticarətdə heç bir ayrı-seçkiliyin tanınmaması, ən əlverişli rejim prinsipinin tətbiqi, ticarət mübahisələrinin məsləhətləşmə və danışıqlar yolu ilə həllidir. ÜTT-nin bütün üzv ölkələri "çoxtərəfli ticarət razılaşmaları" adı altında birləşən müqavilələrin və digər sənədlərin yerinə yetirilməsi üzrə öhdəliklər qəbul edirlər.

ÜTT-nin digər əsas prinsiplərindən biri də iştirakçı ölkələrin öz iqtisadiyyatlarını beynəlxalq səviyyədə ancaq gömrük siyasəti vasitəsilə müdafiə etmələrindən ibarətdir. Xüsusən, gömrük rüsumunun səviyyəsi qarşılıqlı danışıqlar əsasında aşağı salınmalı və azaldılan rüsum dərəcələrinin gələcəkdə yenidən artmasının qarşısı alınmalıdır.

Hazırda ticarət-iqtisadi münasibətlərin tənzimlənməsinin çoxtərəfli sistemində 130-dan artıq dövlət bərabərhüquqlu iştirakçıdır. Bu faktı, həmçinin, tarif rüsumunun aşağı salınmasından ölkələrin əldə etdiyi iqtisadi səmərəni nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, ÜTT çərçivəsində mövcud olan rejim bərabərhüquqlu, qarşılıqlı səmərə və ümumi maraq prinsipi əsasında Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə səbəb olacaq.

ÜTT çərçivəsində fəaliyyət göstərən daha mühüm bir mexanizm tranzit daşımalar mexanizmidir. Onlara münasibətdə ÜTT daha səmərəli və ayrı-seçkiliyi istisna edən prinsiplərdən istifadə edir. Bu, okeana birbaşa çıxışı olmayan ölkə kimi, Azərbaycanın xarici iqtisadi maraqlarının təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın ÜTT-nin tələblərinə uyğunlaşdırılması prosesinin daha da sürətləndirilməsi qarşıya ən ümdə məqsəd kimi qoyulur. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şəraitin yaradılmasına, eyni zamanda daxili bazarın haqsız rəqabətdən qorunmasına yönələcək.

Dövlət başçımız İlham Əliyevin 2 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi barədə sərəncamında da qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından ölkəmizin ÜTT-yə üzv olması mühüm əhəmiyyət kəsb edir. ÜTT-nin üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan ÜTT-yə üzvolma prosesinin ən əsas mərhələsinə daxil olmuşdur.

Üzvolma prosesinin təkmilləşdirilməsini, ÜTT-yə əlverişli şərtlərlə daxil olmaq üçün ölkəmizin mənafelərinin vahid danışıqlar mövqeyindən qorunmasını, habelə gələcəkdə bu təşkilata üzvlük çərçivəsində aparılacaq fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə imzalanan sərəncamda nəzərdə tutulan müddəalara uyğun zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğızıstan, Moldova ilə ÜTT-yə üzvolma ilə bağlı aparılan danışıqları yekunlaşdırıb. ÜTT-nin daha 12 üzv ölkəsi ilə ikitərəfli danışıqlar aparır. Qeyd edək ki, Azərbaycan 1997-ci ildə ÜTT-də müşahidəçi statusu alıb.

Bu günlərdə Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi müzakirə edilib. Eyni zamanda, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı ilə məsləhətləşmələr aparılıb. Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəz ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də müzakirələr aparılır.

Azərbaycan genişmiqyaslı iqtisadi islahatlara 1995-ci ildən başlamışdır. Bu müddət ərzində inflyasiya prosesi dayandırılmış, pul tədavülü sabitləşdirilmiş, xarici iqtisadi fəaliyyətdə və valyuta bazarında kifayət səviyyədə liberallığa nail olunmuş, iqtisadiyyatın artan tempi təmin edilmiş, valyuta bazarında canlanma yaranmışdır. Bütün bunlar nəticə etibarı ilə əhalinin həyat səviyyəsində ötən illərlə müqayisədə böyük irəliləyişə səbəb olmuşdur. Nailiyyətlər sırasında xarici fəaliyyətin əldə olunmuş dinamik inkişaf səviyyəsi, xarici iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi də vurğulanmalıdır. Bu gün Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası göstərilən vəzifənin həllində mühüm amil hesab olunur.

Ölkəmizin xarici iqtisadi əlaqələrinin getdikcə genişlənməsi ticarət dövriyyəsində də özünü qabarıq büruzə verir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2011-ci ilin yanvar-iyun aylarında 138 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 17,4 milyard dollar təşkil etmişdir. Əmtəə mübadiləsinin 83 faiziya 14,5 milyard dolları uzaq xarici dövlətlərlə aparılaraq 6,1 faiz artmışdır. MDB üzvü ölkələri ilə ticarət əlaqələrinin həcmi 2,9 milyard dollar təşkil etmiş və 32,7 faiz artmışdır.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuş məhsulların dəyəri 47,1 faiz artaraq 4,3 milyard dollar təşkil etmişdir. İdxal olunmuş malların 71,5 faizi, yaxud 3,1 milyard dollarlığı uzaq xarici ölkələrdən, 28,5 faiziya 1,2 milyard dollarlığı MDB üzvü dövlətlərindən gətirilmişdir.

Xarici ticarət dövriyyəsinin 80,7 faizi İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrailÇin dövlətlərinin hesabına formalaşmışdır.

Mal mübadiləsinin 92,1 faizi, o cümlədən ixracın 96 faizi və idxalın 80,4 faizi sərbəst dönərli valyuta ilə həyata keçirilmiş, bu hesablaşmaların həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 34,5 faiz artmışdır.

Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 17,9 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,1 faizi Almaniyanın, 7,3 faizi ABŞ-ın və digər ölkələrin payına düşür.İxrac olunmuş malların 36,4 faizi İtaliyaya, 15 faizi Fransaya, 6,6 faizi ABŞ-a, 5,2 faizi Rusiyaya, 4,4 faizi Ukraynaya və digər ölkələrə göndərilmişdir.

İdxal olunmuş malların 32,3 faizini maşın və mexanizmlər,elektrotexnika avadanlığı, 16,2 faizini quru,havasu nəqliyyatı vasitələri, 15,4 faizini ərzaq malları təşkil etmişdir.

İxrac olunmuş malların ümumi həcminin 94,7 faizini mineral məhsullar, o cümlədən 91,5 faizini xam neftneft emalı məhsulları, 2,6 faizini ərzaq məhsulları, 0,9 faizini az qiymətli metallaronlardan hazırlanan məmulatlar təşkil etmişdir.

Hesabat dövründə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 2965,4 milyon dollar, o cümlədən ixrac 1726,4 milyon, idxal 1239 milyon dollar olmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, xarici ticarət dövriyyəsinin 14470,7 milyon dolları, yaxud 83 faizi, o cümlədən ixracın 11365,3 milyon dolları (86,8 faizi), idxalın 3105,4 milyon dolları (71,5 faizi) MDB-yə üzv ölkələr istisna olmaqla digər dövlətlərin payına düşmüşdür. Ötən ilin ilk altı ayı ilə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin fiziki həcmi 6,1 faiz, o cümlədən idxal 56,5 faiz artmış, ixrac olunan malların həcmi isə 7,7 faiz azalmışdır. Qeyd olunan dövlətlərlə ticarət əlaqələrinin 78,5 faizini ixrac, 21,5 faizini idxal təşkil etmiş, 8259,9 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.

Bu ilin birinci yarısında ölkəmizə 16,1 milyon dollarlıq və ya keçən ilin yanvar-iyun aylarında olduğundan 26,1 faiz çox humanitartexniki yardım şəklində müxtəlif mallar gətirilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 24 avqust.- S. 1.