Su aydınlıq, suvarma sistemləri isə bolluq deməkdir

 

Dövlət bu qurumların maddi-texniki bazasını gündən-günə möhkəmləndirir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ё çıxış və nitqlərində dönə-dönə vurğulayır ki, biz qeyri-neft sektorunun, xüsusən, aqrar bölmənin inkişaf etdirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik. Dövlət başçısı müxtəlif bölgələrə səfərləri zamanı meliorasiyasu təsərrüfatı ilə bağlı obyekt və qurğuların inşası ilə tanış olur, yeni layihələrin reallaşdırılması üçün xüsusi tövsiyə və tapşırıqlar verir. Xatırıladaq ki, bu istiqamətdə həyata keçirilən tədbirlər təkcə yeni layihələrin reallaşdırılması ilə başa çatmır. Eyni zamanda, mövcud qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də məqsədyönlü işlər görülür. Yayın son ayında görüşüb söhbət etdiyimiz Oğuz, Qəbələ və İsmayıllı raoynlarında fəaliyyət göstərən suvarma sistemləri idarələrinin rəhbərləri də əsasən bu barədə danışdılar.

 

Oğuz Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Əhmədov bu sahəyə dövlətin göstərdiyi qayğı və diqqətin gündən-günə artdığından söz açdı. O qeyd etdi ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin cəmiyyətin fəaliyyətinin düzgün və səmərəli şəkildə qurulması üçün atdığı addımlar daim öz müsbət nəticələrini verir:

- Biz də bu qayğı və diqqəti cavabsız qoymuruq. Bir tərəfdən dövlətin qayğı və diqqətinin yaratdığı məsuliyyət, digər tərəfdən də rayonumuzun və respublikanın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün həyata keçirilən dövlət proqramlarının icrasının qarşımıza qoyduğu vəzifələr bizi öz fəaliyyətimizdə daha diqqətli olmağa səsləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda qeyd etdi ki, Azərbaycan Respublikası regionlarının inkişafını təmin edəcək Dövlət Proqramının icrası uğurla davam etdirilir. Dövlət başçısı əlavə etdi ki, bu proqramın icrası bizim hər birimizin vəzifə borcumuzdur. Ölkə əhalisinin hər birinin vəzifə borcuna çevrilmiş həmin prosesdə biz - Oğuz Suvarma Sistemləri İdarəsinin kollektivi də üzərinə düşən məsuliyyəti dərk edir, dövlətimizin və səhmdar cəmiyyətimizin adına layiq fəaliyyət göstərməyə çalışır. İdarəmizin fəaliyyətinə gəlincə isə aşağıdakıları qeyd edə bilərəm:

- Bu gün Oğuz rayonunda on min 81 hektar suvarılan torpaq sahəsi mövcuddur. Həmin torpaqlarda mütəmadi olaraq hər il taxıl, qarğıdalı, bostan-tərəvəz, yonca digər kənd təsərrüfatı bitkiləri əkilir. Rayonun suvarılan torpaqlarından 1307 hektarını çoxilliklər, 1673 hektarını həyətyanı torpaq sahələri təşkil edir. 2011-ci ildə rayonun bütün suvarılan torpaq sahələrində kənd təsərrüfatı bitkiləri əkilməsi su ayrıcından 22798 min kubmetr su verilməsi planlaşdırılmışdır. Verilmiş suyun haqqı olaraq 11400 manat vəsait toplanması planlaşdırılmışdır.

Çaylardan götürülmüş suyun əkin sahələrinə çatdırılması üçün 107,5 kilometr magistral kanallardan, 391 kilometr köməkçi kanallardan istifadə olunur. Selə qarşı mübarizə məqsədilə rayonun Qala çay, Oğuz çay, Xal-xal çay, Daşağıl çay, Türyan çay sistemlərində qabion bəndləri tikilmişdir. 2011-ci ildə Ərmənət kəndinin və əkin sahələrinin sel sularından mühafizə məqsədilə 75 metr uzunluğunda daş-beton bəndi quraşdırılmışdır.

Rayonun magistral kanalı olan Murad arxında, eləcə də İtyandıran, Tərkeş - Dəymədağlı, Pambıqtala arxlarında 114 min kubmetr ekskovatorlarla lildən təmizləmə işləri aparılmış, bununla yanaşı, rayonun Qala çay, Oğuz çay, Xal-xal çay, Daşağıl çay, Türyan çay sistemlərində buldozerlərlə 368 min kubmetr çay yatağının təmizlənməsi işləri görülmüşdür. Rayonun Muxas kəndinin seldən müdafiəsi üçün 80 metr uzunluğunda daş-beton bəndinin tikintisi planlaşdırılmış və bu işlərin görülməsinə yaxın günlərdə başlanılacaqdır. Eyni zamanda, Bayan kəndinin sel sularından mühafizəsi məqsədilə 80 metr uzunluğunda üzlük beton bəndinin tikintisi planlaşdırılmışdır. Artıq tikinti təşkilatları tərəfindən üzlük beton tökülməsi işlərinə başlanılmışdır və 60 metr uzunluğunda bənd istismara hazırdır, həmin sahədə işlər davam etdirilir.

İdarə rəisi qeyd etdi ki, son on ildə xeyli miqdarda yeni texnika alınmışdır. 1995-ci ildə idarənin 1 ədəd buldozeri və 2 ədəd ekskovatoru olduğu halda, hazırda 8 ədəd buldozer və 4 ədəd ekskovator mövcuddur. Təkcə 2009-cu ildə idarəmizə 1 ədəd Koreya istehsalı olan buldozer, 1 ədəd Rusiya istehsalı olan ekskovator, texnikaların bir yerdən başqa yerə daşınması üçün lazım olan 1 ədəd dayman qoşqu əvəzsiz olaraq verilmişdir. Bütün bunlar bizi daha məsuliyyətli işləməyə sövq edir.

Oğuz rayonu ərazi baxımından kiçik olsa da, bura 5 böyük dağ çayı ilə əhatə olunur (Qala çay, Oğuz çay, Xal-xal çay, Daşağıl çay, Türyan çay). Yaz-payız aylarında çaylarda güclü sellər müşahidə edilir. Rayonumuz dağ rayonu olduğundan sel daşqınları zamanı çaylarda suyun sürəti çox iti olur. Sel zamanı su özü ilə çoxlu miqdarda lil, qum, daş, ağac gətirir ki, belə hallar da çay yatağının dolmasına səbəb olur. İstənilən halda çayların və kanalların lildən təmizlənməsini idarə öz texnikasının gücü ilə həyata keçirir. Bu, bir tərəfdən bizim vəzifə borcumuzdur, digər tərəfdən də təbiətin törətdiyi fəsadların aradan qaldırılması ümumxalq işidir.

Qəbələ Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov da təxminən Oğuzda eşitdiyimiz məsələlərdən söz açdı. Amma burada rəqəmlər kifayət qədər fərqli idi. İdarə rəisi qeyd etdi ki, MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi istənilən rayondakı suvarma sistemləri idarəsinin fəaliyyətinə yeni stimul verir. Bu qurumun Qəbələdəki idarəsi isə eyni zamanda, rayon icra hakimiyyəti rəhbərliyinin qayğı və köməyini də görür. Həmsöhbətim belə bir fikir söylədi ki, istənilən bölgədə məhsul bolluğu yaratmaq üçün təbii imkanlar var. Sadəcə bu imkanları səfərbər etmək, düzgün istiqamətləndirmək, prosesləri təbii hadisələrin öhdəsinə buraxmamaq, insan əli ilə nizamlamaq gərəkdir. Təbiət özü də insanın müdaxiləsindən sonra gözəlləşir - desəm, buna şübhəniz olmasın. İdarə rəisi daha sonra dedi:

- İdarəmizin əsas fəaliyyəti rayonun ərazisində olan suvarma sistemlərinin istismarı və sel sularının ötürülməsi tədbirlərinin həyata keçirilməsidir. Bu isə bilavasitə təbiətin axarına insan ağlı ilə müdaxilə deməkdir. Göstərilən işlərin görülməsi üçün idarədə 113 nəfər işçi çalışır ki, onlardan 78 nəfəri mühəndis texniki işçilər, 38 nəfəri isə sahə işçiləridir. Əsas su mənbələrimiz Dəmiraparan çay, Vəndam çay, Həmzəli, Bum, Tikanlı-Qara çayqara sulardır. Həmin su mənbələrindən suvarmanı təmin etmək məqsədilə 987,7 kilometr uzunluğunda kanallararxlar daxil olmaqla suvarma şəbəkələri mövcuddur.

Qəbələdəki 15 min 924 hektar suvarılan sahələrin altı ayda 7908 hektar sahəsi suvarılmış və faktiki olaraq suvarılan sahələrə görə 8720 manat pul yığılmışdır. Əhalini suvarma suyu ilə tam təmin etmək üçün son illərdə rayonun bütün ərazisini əhatə edən üç Sudan İstifadə Edənlər Birliyi yaradılmışdır. Həmin birliklərin əsas vəzifəsi əhalinin və digər təşkilatların istifadəsində olan suvarılan torpaqlara verilmiş suyun bölüşdürülməsi və pulunun yığılmasıdır. Bu barədə Qəbələ və Dəmiraparan sudan istifadə edənlər birliklərinin yaxşı işi xüsusilə qeyd edilməlidir.

Suvarılan sahələri fasiləsiz su ilə təmin etmək məqsədilə idarənin balansında olan kanalların lildən təmizlənməsi üçün altı ayda 187 min kubmetr əvəzinə 240 min kubmetr görülmüşdür. Əsasən ən çətin sahələrdən olan Məlikli, Ovçulu, Böyük Əmilli, Kiçik Əmilli, Mamaylı, Kürd, Babaqəmbər, Nohurqışlaq, Həzrə, Bunud kanalları əsaslı surətdə təmizlənmişdir. Bu il Laza kəndinin aşağı hissəsinin su kanalı sel suları nəticəsində tamamilə dağılmışdı. Hazırda həmin kanal bərpa edilmiş və kənd su ilə təmin edilmişdir. Bayramkoxa kəndini su ilə təmin etmək üçün əlavə kanal təmizlənmiş və boru ilə Dəmiraparan çayının üzərindən keçirməklə su təminatı yaradılmışdır. Eyni zamanda şəhərdaxili, Tikanlı, Abrıx, Bum kəndlərində mövcud kanalların təmizlənərək suvarma suyunun verilməsi üçün lazımi tədbirlər görülmüşdür.

Rayon ərazisində suvarılan sahələr əsasən Zalam-Qobu, Qoçalan kanallarının əhatəsindədir. Bu il Zalam-Qobu bəndi idarənin işçiləri və texnikalarının gücü ilə dörd dəfə bərpa edilmişdir. Eyni zamanda Qoçalan kanalının uçan hissəsi əl işləri ilə 3 dəfə təmir edilmiş və hər iki kanala fasiləsiz su verilməsi texniki nəzarətdə saxlanılmışdır.

Məlum olduğu kimi, rayon ərazisi əsasən dağ çaylarının əhatəsindədir. Mövcud çayların məcralarının təmizlənməsi sahəsində altı ayda 376 min kubmetr əvəzinə 383 min kubmetr görülmüşdür. Çay məcralarının təmizlənməsi əsasən Dəmiraparan, Həmzəlli, Tikanlı, Bum, Vəndam saylarında aparılmışdır. Bu ilin iyun ayının son günlərində yağan güclü yağışlardan sonra çaylarda sel sularının artması nəticəsində rayonun Mirzəbəyli, İmamlı, Xırxatala, Cığatelli kəndlərində yaranmış fəsadların aradan qaldırılması üçün mövcud texnikaların gücündən maksimum istifadə etməklə çay məcralarının təmizlənməsi və sahilbərkitmə işləri aparılmışdır. Həmin dövrdə Mirzəbəyli, İmamlı, Xırxatala, Cığatelli kəndlərinin ərazilərində 3 ədəd Hundai, 1 ədəd JSB markalı ekskovatordan, 1 ədəd UMZ markalı ekskovatordan, 5 ədəd ağır tonnajlı buldozer olmaqla 10 ədəd texnikanın gücündən istifadə edilmişdir.

Rayonun yaşayış məntəqələrini sel sularından mühafizə etmək üçün sahilbərkitmə işlərinin görülməsi sahəsində ilin birinci yarısında 1235 kubmetr əvəzinə 1350 kubmetr daş-beton işi görülmüşdür. Eyni zamanda, 128 kubmetr qabion bəndi planına qarşı 129 kubmetr qabion bəndi vurulmuşdur. Sahilbərkitmə işləri əsasən Qəbələ şəhərinin mühafizəsi üçün Dəmiraparan çayında, Nohur kanalının mühafizəsi üçün Vəndam çayında, Uludaş kəndinin mühafizəsi üçün Bum çayında daş-beton bəndləri şəklində aparılmışdır.

Ümumiyyətlə, sahilbərkitmə və selə qarşı mübarizə üçün rayon ərazisində 9456 metr daş-beton bəndləri mövcuddur. Bu il respublika büdcəsi hesabına Dəmiraparan çayında 400 kubmetr daş-beton bəndi vurulması planlaşdırılmışdır. Həmin bəndin inşası davam etdirilir. Bu yaxnlarda isə Nohurqışlaq su anbarının bəndüstü yolunun işıqlandırma sisteminin təmirinə başlanmışdır.

Rayon ərazisində aparılan geniş abadlıq işləri çərçivəsində yeni əsaslı yol çəkilişi ilə əlaqədar olaraq 19 kilometr məsafədə yolun hər iki tərəfi ilə yeni su ötürücü kanalların çəkilişində texnikalarımızın gücündən müntəzəm olaraq səmərəli istifadə edilir. Bir sözlə, Qəbələ bütün sahələrdə olduğu kimi, suvarma sistemləri sahəsində də özünəməxsus göstəricilər əldə edir.

İsmayıllı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti barədə məlumat verən idarə rəisi Fazil Həsənov ilk növbədə ölkənin ümumi inkişafında MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin oynadığı roldan söz açdı:

- Meliorasiya bolluğun açarı, suvarma sistemləri isə abadlığın, bar-bərəkətin rəhnidir. Biz məmnunuq ki, belə bir cəmiyyətin müvafiq qurumunda fəaliyyət göstəririk. İsmayıllı fermerləri və sahibkarları kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi nailiyyətlər əldə ediblər. Həmin nailiyyətlərin sırası sadalandıqca fəxr edirik ki, rayonun kənd təsərrüfatı ilə bağlı göstəricilərində bizimaz-çox xidmətlərimiz vardır.

İdarəmizin fəaliyyətinə gəlincə isə qeyd edim ki, əsas məqsədimiz rayonda meliorasiyasu təsərrüfatı sahəsində xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, mülkiyyətində olan meliorasiyairriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. 2011-ci ilin II rübü ərzində suvarmanı mütəşəkkil keçirmək məqsədilə 4 ədəd hidrometrik post və 16 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. Mülkiistehlak binalarında 189 min manatlıq cari təmir işləri görülmüşdür. 136 min kvadratmetr suvarma sistemləri lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə məqsədilə çay məcrasının təmizlənməsi işində 133 min kubmetr ekskovator işi, 237 kubmetr buldozer işi görülmüşdür. Daşqın və selə qarşı mübarizə üçün təmizləmə və sahilbərkitmə işləri 174 kubmetr təşkil edir. Hazırda işlər davam edir.

İsmayıllı rayonu dağlıq rayon olduğu üçün burada çoxlu çay var və suvarılan sahələr pərakəndədir. İdarəmizin 7 suvarma sisteminin 5-i təbii çaydır. Göyçayçay, Axoxçay, Əyriçay, Girdimançay və Talıstançayda daşqın suları ildə bir neçə gün davam edir, amma çox güclü olur. Bunun üçün sistemli şəkildə daşqın sularından mühafizə bəndləri, daş-beton bəndlər tikilib.

Cari ildə Buynuz kəndində əhalinin pay torpaqlarının, yaşayış evlərinin və həyətyanı sahələrin mühafizəsi məqsədilə 400 metr daş-beton bənd tikilib istifadəyə veriləcəkdir. Bundan əlavə torpaqaların meliorativ cəhətdən yaxşılaşdırılması məqsədilə Mican kəndində 700 hektar torpaqda meliorasiya işləri davam etdirilir. MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin meliorasiyairriqasiya sahəsinə göstərdiyi qayğı nəticəsində gələcəkdə də işlərimizi günün tələbləri səviyyəsində quracağıq. Rayon ərazisində işlərimizin plan və tapşırıqların yerinə yetirilməsində, əsasən suyun pullu satışı planının yerinə yetirilməsində rayon icra hakimiyyətinin başçısı Nazim Ələkbərova minnətdarıq.

İdarə rəisi onu da qeyd etdi ki, qarşıdan gələn payız mövsümündə yenə də daşqın və sellərin olması gözləniləndir. Ona görə də istənilən təbii hadisənin vurduğu ziyanın maksimum dərəcədə azaldılması üçün indidən müvafiq hazırlıq işləri görürük.

... Maraqlıdır, su aydınlıqdır, su həyatdır, su bolluqdur ifadələrini çox eşitmişdik. "Suvarma sistemləri isə abadlığın rəhnidir" - ifadəsini də İsmayıllıda eşitdik. Ancaq haqqında söz açdığımız rayonların hamısında suyun eyni zamanda daşqın, sel, fəlakət olduğunu söylədilər. İnsan bir tərəfdə suyun köməyi ilə həyat yaradır, xarüqələrə imza atır, digər tərəfdə isə texnikanın köməyi ilə suyun törətdiyi fəsadlar aradan qaldırılır. Maraqlı bir təzaddır. Bu, həm də maraqlı bir aləm, təbii həyatdır. Elə su kimi axıb gedir. İnsanlar sadəcə onu istiqamətləndirməyə çalışırlar.

... O da maraqlıdır ki, insanlar çoxlu sayda su ötürücüləri yaradıblar. Ancaq həyat ötürücüləri... hələ mövcud deyil.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 25 avqust.- S. 5.