Dəyərli tarixçilik məktəbi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi müstəqil Azərbaycanın bərpasının 20-ci ildönümünü təntənəli surətdə qeyd etdiyimiz günlərə təsadüf edir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli 66 №-li dekret əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutu təşkil olunduqdan sonra, 1922-ci ilin sentyabrında institutda tarix-ictimaiyyət şöbəsi yaradıldı.

 

Ötən 90 ildə Pedaqoji Universitetdə digər elm sahələri ilə yanaşı tarix fənninin tədqiqi və gənc nəslə öyrədilməsi ilə əlaqədar da çox böyük işlər görülmüşdür. İlk dövrdə Tarix şöbəsinin dekanı vəzifəsinə professor Əziz Ubaydulin təyin edildi (1922-1927). 1923-24-cü tədris ilində şöbənin nəzdində "Tarixetnoqrafiya" muzeyi təşkil edildi. 1926/27-ci dərs ilində institutu ilk bitirən tələbələrin 16 nəfəri tarix-ictimaiyyət şöbəsinin məzunları idi.

1930-cu ildə Pedaqoji İnstitut müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlayanda tarix-ədəbiyyat şöbəsi də yenidən təşkil edildi. Az sonra həmin şöbənin bazasında eyni adlı fakültə yaradıldı.

1931-ci il sentyabrın 29-da V.İ.Lenin adına ADPİ-nin rektorluğunun iclasında 28 kafedra təsdiq edildi. Onların sırasında Azərbaycan tarixi kafedrası da vardı. Kafedraya professor V.Xuluflu rəhbərlik edirdi.

Kütləvi repressiyalar dövründə (1937-38) fakültənin görkəmli tarixçi alimləri, professorlar - B.N.Tixomirov (fakültənin dekanı), Ə.Ubaydulin, A.S.Bukşpan, V.M.Xuluflu, P.P.Fridolin, dosentlər - M.Bayramov, Ə.Salamzadə, H.Qasımzadə və başqaları repressiyanın qurbanı oldular.

Müstəqil tarix fakültəsinin yaradılması Azərbaycan tarixi kafedrasının fəaliyyətinə də təkan vermiştarixçi müəllimlərin yetişməsində, habelə respublikada tarix elminin inkişafında mühüm rol oynamışdır. Lakin keçmiş SSRİ-də milli respublikaların tarixinə laqeyd münasibət ucbatından dərs yükləri tədricən azaldılmış və bir müddətdən sonra bəzi kafedralar bağlanmışdır. Bu müddətdə tarixçilərimiz xeyli elmi uğurlar əldə etdilər. 1946-cı ildə ümumi tarix kafedrasının müdiri dosent Ə.S.Sumbatzadə, (1947) Azərbaycan tarixi kafedrasının müdiri İsmayıl Hüseynov (1947), Zülfəli İbrahimov (1948) Moskva Dövlət Universitetinin Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdilər.

5 illik təhsil sistemi müddətində tələbələrin bir neçə ixtisasa yiyələnməsi təcrübəsi tədrisin keyfiyyətinə və kadrların hazırlanması işinə mənfi təsir göstərirdi. Ona görə də, respublika hökumətinin 1963-cü il 11 iyun tarixli "Aliorta ixtisas təhsilini daha da inkişaf etdirmək, mütəxəssislərin hazırlanmasını və onlardan istifadə edilməsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərarı ilə ali pedaqoji məktəblərdə tarix ixtisası üzrə ümumtəhsil məktəbləri üçün müəllimlər hazırlanması vəzifəsi irəli sürüldü. 60-cı illərin sonunda respublikada siyasi rəhbərliyə gələn ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi köməyi nəticəsində Azərbaycan tarixi kafedrası yenidən yaradıldı (1971).

Kafedra yenidən təşkil ediləndə müdir vəzifəsinə əməkdar elm xadimi, professor N.A.Paşayev (1971-1987) seçilmişdir. O, sovet dövründə XX əsrin 20-40-cı illərində Azərbaycan mədəniyyəti tarixinin tədqiqi ilə məşğul olmuşdur.

1989-cu ilin əvvəlindən Azərbaycan tarixi kafedrasına əməkdar elm xadimi, professor Süleyman Məmmədov rəhbərlik edir. Kafedrada Azərbaycanın arxeologiyası, etnoqrafiyası, diyarşünaslığı, mənbəşünaslığı, tarixşünaslığı, Azərbaycanın tarixi coğrafiyası, tarixi demoqrafiya kimi fənlər tədris olunur. Professor S.Məmmədov kadr hazırlığı və elmin təşkilinə ciddi əhəmiyyət verir. Onun rəhbərliyi ilə 15 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 8 nəfər aspirantdissertant araşdırmaları davam etdirir. S.Məmmədovun rəhbərliyi dövründə kafedrada 98 məqalə, 5 monoqrafiya, 19 dərslik, 15 dərs vəsaiti, 32 proqram çap olunmuşdur.

Hazırda fakültədə üç ixtisas kafedrası - Azərbaycan tarixi, Türk və Şərqi Avropa xalqları tarixitarixin metodikası, Ümumi tarix kafedrası, üç ümumuniversitet kafedrası - ümumi pedaqogika, fəlsəfə, iqtisadisosial fənlər kafedraları fəaliyyət göstərir.

Azərbaycan tarixi kafedrası öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti ümummilli Heydər Əliyevin milli tariximizin tədqiqi, tədrisi və təbliği ilə əlaqədar müvafiq fərman və tövsiyələrini, onun qurduğu dövlətin daxilixarici siyasətinin əsas məqamlarını, xüsusilə ulu öndərin 1997-ci il yanvarın 31-də Respublika EA-nın işçiləri ilə görüşündə və sonrakı çıxış və nitqlərində, XIX-XX əsrlər Azərbaycan tarixinin aktual problemləri və onların yeni konsepsiyada işlənilməsinin zəruriliyi, Ermənistanın Azərbaycanla münaqişəsınin səbəblərini və başqa məsələləri diqqət mərkəzində saxlamışdır.

Kafedra Təhsil Nazirliyinin Azərbaycan tarixinin tədrisi ilə əlaqədar boloniyakredit sisteminə keçidlə bağlı sərəncam və göstərişlərinə vaxtında əməl etmişdir.

Türk və Şərqi Avropa xalqları kafedrası 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutu yenidən təşkil ediləndən fəaliyyət göstərir. SSRİ tarixi kafedrası adı ilə mövcud olan kafedraya müxtəlif illərdə professor B.N.Tixomirov (1930-37), dosent Ə.B.Şükürzadə (1938-41), dosent C.Ə.Rəhimov (1941-45), professor C.M.İbrahimov (1945-74), professor İ.M.Həsənov (1975-81), professor Ş.Ə.Sadıxov (1981-94), professor D.H.Qüdrətov (1994-1999), 1999-cu ilin sonlarından professor O.B.Sultanov, 2011-ci ildən R.Ə.Əliyev rəhbərlik edir.

SSRİ-nin dağılması ilə əlaqədar kafedranın strukturunda və adında əsaslı dəyişiklik edilmişdir. Türk, Qafqaz və Şərqi Avropa xalqları tarixi müstəqil fənn, eləcə də əvvəllər kafedrada tədris olunan tarixşünaslıq, mənbəşünaslıq, tarixin tədrisi metodikası fənləri dərs yükünə daxil olunmuşdur. Kafedra Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun "İnteraktiv təlim resurs-mərkəzi" yolu ilə yeni təlim texnologiyasının tədqiqi, tətbiqi və təbliği sahəsində üzərinə götürdüyü öhdəlikləri müntəzəm yerinə yetirir. Mərkəz Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun respublikada keçirdiyi beynəlxalq konfransseminarlarda yaxından iştirak edir.

Hazırda kafedrada 19 nəfər (2 professor, 1 elmlər doktoru, 12 elmlər namizədi, 4 müəllim) fəaliyyət göstərir. Son 5 ildə kafedra üzrə 12 monoqrafiya, 13 dərs vəsaiti, 15 proqram çap etdirilmişdir.

Ümumi tarix kafedrası 1934-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsi nəzdində fəaliyyət göstərən Qərb (müdir, professor P.P.Fridolin) və Yaxın Şərq tarixi (müdir, professor A.S.Bukşpan) kafedraları əsasında təşkil olunmuşdur. Növbəti illərdə (1937/38) kafedraya dosent Əşrəf Quliyev, Kərəm Əbdürrəhimov rəhbərlik etmişlər. 1939-41 və 1945-53-cü tədris illərində "Qədim və orta əsrlər tarixi" adlandırılan kafedraya dosent Ə.S.Sumbatzadə rəhbərlik etmişdir. Sonrakı illərdə kafedraya dosent M.N.Şıxlı (1954-71), professor Y.B.Yusufov (1971-98) rəhbərlik etmişlər. 1998-ci ildən isə kafedranın müdiri professor V.H.Əliyevdir.

Professor Y.B.Yusifov keçmiş SSRİ və dünya miqyasında öz tədqiqatları ilə tanınmış alim idi. O, Leninqrad Dövlət Universitetinin Şərq fakültəsini bitirmiş, orada görkəmli tarixçi, poliqlot, akademik İ.M.Dyakonovun rəhbərliyi altında aspirantura keçmiş, bir sıra mixi yazıları, qədim dilləri (şumer, akkad, elam, urartu, qədim fars, pəhləvi), müasir fars dilini öyrənmiş, almaningilis dillərinə yiyələnmiş, ərəb, tacik, əfqan, kürd, latın və Dağıstan dilləri ilə məşğul olmuşdur. O, rus və erməni dillərini də bilirdi. "Qədim Şərq tarixi" (1993) "Toponimikanın əsasları" (1987-şərikli) adlı dərsliklər alimin elmi maraq dairəsinin genişliyini göstərirdi.

Professor Y.B.Yusifov mixi yazılı qaynaqları, bizans və qədim erməni mənbələrini araşdıraraq, qədim Azərbaycan, İran, Urartu və Mesopotomiyanın Şimal əraziləri ilə əlaqədar bir çox türk mənşəli tayfa,ölkə, yer, hökmdar adlarını müəyyənləşdirmişdir. O, türk etnoslarının qədimdən bu geniş ərazilərdə yaşadıqlarını elmi dəlillərlə əsaslandırmışdır. Y.B.Yusifovun "Qədim Şərq tarixi", "Toponimikanın əsasları" dərslikləri yüksək elmi səviyyədə və ilk mənbələr əsasında yazıldığından tədrisin müasir tələblərinə tam cavab verir.

Avropa irqinə mənsub olan prototürklər professor Y.Yusifovun fikrincə, müxtəlif istiqamətlərdə, o cümlədən Şərq istiqamətində hərəkət etmişAltay onların ikinci vətəni olmuşdur. Burada prototürklər yerli Altay dilləri ilə ünsiyyətə girmiş, nəticədə burada monqol irqinə mənsub türk etnosları yaranmışdır.

AMEA-nın müxbir üzvü, kafedra müdiri, professor V.Əliyev Naxçıvan Muxtar Respublikasının qədim tariximaddi mədəniyyətinin tədqiqatçısıdır. O, Abşeron, Astara, Lerik, Qazax, Xaçbulaq, Füzuli, Şəki-Balakən və s. bölgələrin qədim abidələrinin öyrənilməsi sahəsində də faydalı tədqiqat işləri aparmış, Azərbaycan tarixinə çox mühüm elmi yenilik gətirmişdir. Professor V.Əliyev son illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkara çıxarmışdır.

Kafedranın əlaqələri genişdir. "Klio" Avropa tarixçilər cəmiyyəti, "Karitos" fransa tarixçilər assosiasiyası, Gürcüstan, Rusiya Federasiyası, Türkiyə, Almaniyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Əməkdaşların əsərlərinin xarici ölkələrin elmi jurnallarında nəşri buna nümunədir.

Təkcə son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində 28 monoqrafiya, 189 məqalə, 64 dərslik, 96 dərs vəsaiti, 93 proqram hazırlanaraq çap olumuşdur.

Professor Y.Ə.Məmmədov rəhbərliyə gələndən sonra universitetdə kafedra və fakültələr demək olar ki, tamamilə kompyuterləşdirildi, əyani şöbədə imtahanların test üsulu ilə aparılması barədə göstəriş verildi. Respublika mətbuatı əldə edilmiş müsbət nəticələrdən dəfələrlə yazmış, qəzet müxbirlərinə müsahibə verilmişdir.

Bu da tədrisin keyfiyyətinə müsbət təsir etmiş, tələbələr və məzunların böyük əksəriyyəti "əla" və "yaxşı" qiymətlərlə semestriuniversiteti başa vurmuşlar. Təsadüfi deyildir ki, son üç ildə olimpiadalarda tələbələrimiz II, III yerləri tutmuş, Təhsil Nazirliyinin mükafatına layiq görülmüşlər. Əlavə edək ki, ötən beş ildə tarix fakültəsinin tələbələri idman sahəsində də böyük uğurlar əldə etmişlər.

Elmi işlərin istiqamətləndirilməsi, tədrisin keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması üçün tarix fakültəsi kafedraların qarşısına yeni vəzifələr qoyulmuşdur. Hazırda fakültə tariximizin aktual problemlərinin öyrənilməsi və tədrisi ilə əlaqədar yeni mərhələyə daxil olmuşdur.

 

Süleyman MƏMMƏDOV, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 6.