Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən
biri regionda və dünyada sülhə nail
olmaqdan ibarətdir
Rəsmi
Bakının bu sahədəki addımları hamı tərəfindən
dəstəklənir
Bizim hər birimiz - ictimai xadimlər, siyasətçilər, cəmiyyətdə nüfuz sahibi olan insanlar çalışmalıyıq, elə etməliyik ki, gələcəkdə xalqlararası əlaqələr daha da güclənsin. Buna böyük ehtiyac vardır. Bu, sadəcə olaraq bir şüar deyildir... Bu, zərurətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilmiş "XXI əsr: ümidlər və çağırışlar" adlı Beynəlxalq Humanitar Forumdakı nitqindən.
10 oktyabr, 2011-ci il
Xarici siyasətin bu istiqaməti barədə
söhbət açarkən türk
dünyasının ən böyük siyasət
və dövlət xadimlərindən olan
Mustafa Kamal Atatürkün və ulu
öndər Heydər Əliyevin bəşəri
çağırışları yada düşür. Mustafa
Kamal Paşanın əsas
çağırışlarından biri
belə idi: "Yurdda
sülh, cahanda sülh!" Yəni onun
yaratdığı türk dövlətinin
əsas məramlarından biri bu idi.
Ulu öndər Heydər Əliyev isə dünyadakı bəzi münaqişələrin tənzimlənməsi məsələsində ikili siyasət yeridənlərə xatırladırdı: "İndi dünya ölkələri bir-biri ilə elə sıx bağlanıb ki, istənilən münaqişə dolayısı ilə bütün ölkələr üçün arzuolunmaz hala çevrilir". Ümummilli liderimizin həmin çağırışı kütləvi informasiya vasitələrində yayılandan sonra bəzi bədxahlar qara-qışqırıq yaratmışdılar ki, Heydər Əliyev kimlərəsə təzyiq göstərmək, guya hədə-qorxu gəlmək istəyir. Ancaq həqiqət ondan ibarət idi ki, ulu öndər insanlara zamanın çağırışlarını xatırladır, hamını haqqa-ədalətə dəstək verməyə, ikili siyasətdən əl çəkməyə çağırırdı.
Həmin tezis - yəni dünyanın istənilən nöqtəsindəki münaqişələrin tezliklə və ədalətli şəkildə aradan qaldırılmasına xidmət etmək məsələsi 1993-cü ilin oktyabrından etibarən daim Azərbaycan dövlətinin gündəliyindədir. Ulu öndərin bütün xarici səfərlərində və Bakıda dünyanın müxtəlif ölkələrindən gəlmiş siyasətçi, politoloq, ekspert və mətbuat təmsilçiləri ilə görüşlərində daim bu məsələ gündəliyə gətirilmiş, dünyada sülh və sabitliyin bərqərar olunmasının ən aktual məsələlərdən biri olduğu söylənilmişdir. Heydər Əliyev çox qısa bir müddətdə bütün dünyaya sübut etmişdi ki, Azərbaycan həqiqətən sülhsevər dövlət, bəşəri tərəqqiyə töhfələr verməyə hazır olan ölkədir. 1996-97-ci illərə qədər dünyanın hər yerində bunun tam əksinə olaraq Azərbaycanı məhz ermənilərin təqdim etdiyi şəkildə tanıyırdılar.
Heydər Əliyev xarici siyasətini böyük uğurla davam etdirən Prezident İlham Əliyev bu qəbildən olan çağırışları səsləndirməklə yanaşı dünyada barış və əmin-amanlığa xidmət edərək möhtəşəm addımlar da atdı. İlham Əliyevin fikrincə, bu istiqamətdə irəli sürülən təklif və ideyaların reallaşdırılması üçün ən yaxşı vasitə humanitar əməkdaşlığın genişləndirilməsi, bu əməkdaşlığın beynəlxalq təşkilatlar səviyyəsində təşkil edilməsidir.
Təsadüfi deyil ki, son illər Azərbaycanda dövri olaraq bu istiqamətli tədbirlər həyata keçirilir. Məsələn, 2008-ci ildə Bakıda Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilməli idi. Rəsmi Bakının həmin məqamdan istifadə edərək atdığı möhtəşəm bir bəşəri addım dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildi. Belə ki, Azərbaycan rəhbərliyi avropalı mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələrini və həmin təşkilata üzv olan ölkələrin mədəniyyət nazirlərini də dəvət etdi. Bu isə artıq Avropa, Asiya və Afrikanın bir toplantıda iştirak etməsi, planetin müxtəlif qütblərinin problemlərinin birgə müzakirə edilməsi idi. Bu üç qitənin təmsilçilərinin birgə beynəlxalq toplantısının Bakıda keçirilməsi gənc müstəqil Azərbaycan dövlətinə böyük nüfuz qazandırmışdı. Məhz həmin nüfuzun nəticəsidir ki, 2008-ci ildə atılan addımdan sonra həyata keçirilən tədbirlərə Bakı Prosesi adı verilmişdi.
Bakı Prosesinin ikinci tədbiri də məhz Azərbaycanda, 2009-cu ildə reallaşdırıldı. Bu dəfə İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin nazirlərinin toplantısına Avropa Şurasına üzv olan ölkələrin nazirləri dəvət edilmişdi. Hər iki beynəlxalq tədbirdə geniş nitq söyləyən Prezident İlham Əliyev öz dəqiq və kəsərli məntiqi ilə sübut etmişdi ki, planetimizin sabahı üçün bu qəbildən olan toplantılar zəruridir və səmərəlidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələri yazırdılar ki, Bakı balanslaşdırıcı xarici siyasətin ali nümunəsini formalaşdırır. Ekspertlər bu nümunənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün zəruri olan zəmini yaratdığını da yazırdılar.
Dünya dövlətlərinin və dünya xalqlarının böyük məmnunluqla qarşıladığı həmin iki tədbirdən sonra beynəlxalq aləmdə rəsmi Bakıya olan inam və etimad qat-qat artmışdı. 2010-cu ildə paytaxtımızda keçirilən üçüncü tədbir isə dünyadakı bütün insanların ən incə, ən həssas hissləri ilə bağlı idi. Azərbaycan paytaxtında Dünya Dinləri Liderlərinin Zirvə Görüşündə müzakirə olunan məsələlər, qəbul edilən qərarlar və hətta, ayrı-ayrı nümayəndə heyətlərinin arasında keçirilən ikitərəfli görüşlər sivilizasiyalararası dialoqun möhkəmlənməsinə xüsusi töhfələr vermişdi. Hər zaman milli, dini və bəşəri dəyərlərə böyük ehtiramla yanaşan, bütün dinlərə və konfessiyalara böyük hörmət bəsləyən Prezident İlham Əliyev həmin tədbirdə açıq şəkildə bəyan etmişdi ki, terrorçuluq, separatizm və bu kimi başqa halları islam dininin adına bağlayanlar kökündən səhv edirlər, islam sülh və barışıq, dostluq və əmin-amanlıq dinidir.
2011-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu bütün dünyada böyük əks-səda qazanmışdı. Az qala bütün xalqların və dövlətlərin təmsil olunduğu həmin forumda da dünyaya sülh gətirilməsi çağırışı aparıcı istiqamət idi. Nəhayət, bu ilin oktyabrında Bakıda keçirilmiş "XXI əsr: ümidlər və çağırışlar" adlı Beynəlxalq Humanitar Forum dünya ictimaiyyətinə bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq aləmdə sülhün və əmin-amanlığın möhkəmləndirilməsinə ən çox töhfə verən ölkələrdən biridir. Həmin forum haqqında söz açan ekspertlər ölkəmizin hələ 2001-ci ildə yaradılmış antiterror koalisiyada iştirakını, Əfqanıstan, keçmiş Yuqoslaviya və İraqa sülhməramlı əsgərlər göndərməsini, müxtəlif ölkələrdə çoxsaylı xeyriyyə tədbirləri həyata keçirməsini, qoşulduğu bütün beynəlxalq konvensiyaların tələblərinə hörmət və ehtiramla yanaşmasını yada salır, Bakı Humanitar Forumunun məhz həmin istəklərin davamı olduğunu qeyd edirdilər.
Forumda geniş nitqlə çıxış edən Prezident İlham Əliyev isə ölkəmizin balanslaşdırıcı siyasətinin bir nümunə ola biləcək səviyyədə qurulmasını dilə gətirirdi: "Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı".
Bütün bunlar barədə söz açan politoloqlar yazırlar ki, rəsmi Bakının həmin səylərinin nəticəsini bu il oktyabr ayının 24-də BMT Baş Assambleyasının plenar iclasında gördük. BMT Təhlükəsizlik Təşkilatının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə dünyanın 155 ölkəsinin Azərbaycana səs verməsi bir daha sübut etdi ki, rəsmi Bakının beynəlxalq aləmdə sülh və əmin-amanlıq yaradılması üçün göstərdiyi səylər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 1.