Sosial-iqtisadi inkişaf
strategiyası Azərbaycanın gələcək
uğurlarının əsasını təşkil edir
Milli iqtisadiyyatımızın
formalaşması və inkişafı ümummilli
liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Radikal islahatların
keçirilməsi, özəlləşdirmə tədbirlərinin
geniş vüsət alması, özəl
bölmənin, sahibkarlığın təşəkkül
tapması böyük öndərimizin qətiyyətli,
cəsarətli addımları ilə
reallaşmışdır. Buna qədər
isə Azərbaycandakı vəziyyəti, insanların
acınacaqlı yaşayışını yaxşı
xatırlayırıq. O zaman bazar iqtisadiyyatının nəinki
inkişafından, hətta mövcudluğundan
belə söhbət gedə bilməzdi.
Çoxu bazar iqtisadiyyatının mahiyyətindən xəbərsiz idi... Respublikada xaos, özbaşınalıq hökm sürürdü. Ölkə parçalanmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir şəraitdə xalqımızın xilaskar oğlu Heydər Əliyev son dərəcə ağır, məsuliyyətli, eyni zamanda , şərəfli bir missiyanı öz üzərinə götürdü,-deyə iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Cəfərov söhbətini davam etdirdi: - Ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan verdi, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranın qarşısı alındı, daxili sabitlik təmin olundu. Həmçinin Heydər Əliyevin birbaşa rəhbərliyi ilə qısa müddət ərzində sosial-iqtisadi inkişaf strategiyası hazırlandı. İlk növbədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlar, dövlət proqramları qəbul olundu.
N.Cəfərov daha sonra dedi: - Ümummilli liderimizin rəhbərliyi ilə işlənib hazırlanmış əsaslı islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda yeni mərhələ-bərpa və dinamik inkişaf dövrü başlanmışdır. Həmin vaxtdan 2003-cü ilə kimi ümumi daxili məhsul 90,1 faiz, büdcə gəlirləri 3 dəfə, strateji valyuta ehtiyatları 85 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə enmişdir. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir.
N.Cəfərov son
illər əsas kapitala yönəldilən
investisiyaların ümumi həcmində daxili investisiyaların xüsusi
çəkisinin əhəmiyyətli dərəcədə
artmasını təqdirəlayiq hal hesab edərək bildirdi ki, 2000-ci ildə 47,5 faiz paya malik olan
daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin
sonunda əsas kapitala qoyulan investisiyaların ümumi
həcmində 75,7 faiz paya
malik olmuşdur. Eyni zamanda, xarici investisiyalar da son 10 il ərzində
4,7 dəfə artmışdır. Bu gün
özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM-in istehsalının
80 faizdən çoxunun
özəl sektor tərəfindən təmin
edildiyini söyləyən
iqtisadçı alim
son 10 ildə qeyri-neft
sektorunun 2,8 dəfə
artmasını ölkə
Prezidenti İlham Əliyevin yeritdiyi düzgün iqtisadi siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir. Qeyri-neft
sahələrinin inkişafına
və ölkə iqtisadiyyatının diversifikasiyasına,
eləcə də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş
tədbirlər nəticəsində
son 5 ildə ÜDM-də
qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş,
neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
N.Cəfərov onu da dedi ki, 1993-cü ildən başlayaraq məntiqi ardıcıllıqla
həyata keçirilən
sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün
səciyyəvi qanunvericilik
bazası yaradılmış,
iqtisadiyyatda mülkiyyətin
çoxnövlülüyü təmin olunmuş və azad rəqabət
mühiti formalaşdırılmış,
dövlətin iqtisadiyyata
müdaxiləsi minimuma
endirilmiş, qiymətlərin
bazar tərəfindən
müəyyənləşməsi, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması
təmin edilmiş və bununla da iqtisadiyyatda keçid dövrünün
başa çatmasına
nail olunmuşdur.
Yeri gəlmişkən,
Nazim müəllim
1959-cu ildə Sabirabad
rayonunun Qalaqayın kəndində anadan olmuşdur. Sabirabaddakı S.Vurğun adına
orta məktəbi bitirdikdən sonra uzun illər istehsalatda çalışmış,
1986-cı ildə isə
D.Bünyadzadə adına
Xalq Təsərrüfatı
İnstitutunun mühasibat
uçotu fakültəsinə
daxil olmuş,
1990-cı ildə N.A.Voznesenski
adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını bitirmişdir. Təyinatla Vergilər Nazirliyinə
göndərilmiş, bir
müddət nazirliyinin
müvafiq qurumlarında
işləmişdir.2003-cü ildən isə Azərbaycan İqtisad Universitetində
müəllim, baş
müəllim vəzifələrində
çalışmışdır. N.Cəfərova 2004-cü ildə Azərbaycan Respublikası
Prezidenti yanında Ali
Attestasiya Komissiyasının
qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Hazırda o, bu ilin
mart ayından Əmlak
Məsələləri Dövlət
Komitəsində işləyir.
Tez-tez kütləvi informasiya vasitələrində sosial-iqtisadi
həyatın müxtəlif
sahələri ilə
bağlı yazılarla
çıxış edir.
Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür.
İqtisadçı alim Nazim Cəfərov
"Müştərək müəssisələrdə istehsala
məsrəflərin uçotu
və onların səmərəliliyinin təhlili"
müvzusunda yazdığı
dissertasiya işi də müasir dövrün tələblərindən
irəli gəlir. Onun bu barədə fikirləri də xüsusi maraq doğurur: - Müstəqilliyimizin
ilk illərində yuxarıda
göstərdiyim kimi,
Azərbaycan iqtisadiyyatı
ağır tənəzzül
düvrü keçirirdi.Sənaye
müəssisələri dayanmışdı,
istehsalat iflic vəziyyətinə düşmüşdü.
Ancaq dahi rəhbərimiz hakimiyyətə gələndən
sonra ölkədə
sabitlik yarandı, sosial-iqtisadi sahələrdə
dirçəliş meyilləri
nəzərə çarpmağa
başladı.Xarici investorların
Azərbaycana marağı
artdı. Bax, belə bir zamanda
ölkəmizdə yeni
yaradılan müştərək
müəssisələrin işinin
MDB, Şərqi Avropa
dövlətlərinin təcrübəsi
əsasında elmi şəkildə təhlil
etmək, onlarda mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətini
araşdıraraq daha çevik, operativ məsələləri önə
çəkməyi qarşıya
məqsəd qoydum. Onu da bildirim ki,
bu mövzuya diqqət yetirməyim həm də onunla əlaqədar idi ki, o dövrdə
respublikamızda bazar iqtisadiyyatı münasibətləri
yenicə təşəkkül
tapırdı. Mülkiyyətin müxtəlif formaları
yaradılır, dövlət
mülkiyyətindəki müəssisələr
özəlləşdirilir, iqtisadiyyatın özəlləşdirilməsi
məqsədilə müvafiq
normativ hüquqi baza hazırlanır, eyni zamanda, idarəçilik
mexanizmi, o cümlədən
uçot və təhlilin beynəlxalq standartlara uyğunlaşdırılması
prosesi həyata keçirilirdi.
Əsas vəzifələrdən biri müəssisələrin, o cümlədən müştərək müəssisələrin istehsal potensialından səmərəli istifadə etmək, material, əmək və maliyyə məsrəflərini aşağı salmaqla istehsalın artımına nail olmaq, onun səmərəliliyini yüksəltmək və son nəticədə əhalinin maddi rifahını yaxşılaşdırmaq idi. Bu məsələnin reallaşmasında istehsal məsrəflərinin uçotu və təhlili mühüm rol oynayır. Belə ki, uçotu lazımi səviyyədə aparmadan məsrəflərdə qənaət əldə etmək, itkilərin qarşısını almaq, qeyri-məhsuldar xərcləri aradan qaldırmaq mümkün deyildir. Başqa sözlə, istehsalın və maya dəyərinin idarəsi, habelə təhlili üçün kifayət qədər operativ və dəqiq məlumat əldə olunması məqsədilə uçot müasir tələblər səviyyəsində həyata keçirilməlidir.
Bəli, elə bu göstərilənlərə görə ölkəmizdə bazar iqtisadiyyatına keçidin ilk dövründə məsrəflərin uçotu və təhlilinin təkmilləşdirilməsi, onların beynəlxalq normalara uyğunlaşdırılması zəruri bir vəzifə kimi qarşıda dururdu. Bunu nəzərə alan N. Cəfərov yuxarıda adı çəkilən dissertasiya işini uğurla başa çatdırdı.
Nazim müəllim söhbət zamanı işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin son illərdəki fəaliyyətinə də toxundu. Bildirdi ki, hazırda komitə kollektivi qarşısında dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində qanunçuluğun, vətəndaşların hüquqlarının daha səmərəli şəkildə qorunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi məsələləri mühüm vəzifə kimi durur. Prosedurların asanlaşdırılması, müraciətlərə vaxtında baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində əməli tədbirlər həyata keçirilir. Komitədə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində müvafiq işlər görülür. Ölkə Prezidentinin modern və çevik idarəetmənin təmin edilməsi məqsədi ilə dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqların icrasına diqqətlə yanaşılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 7 dekabr.- S. 5.