Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anım günü

 

Nəsimi rayonunda ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar toplantı keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə təşkil etmişdi. YAP Nəsimi rayon təşkilatında baş tutan mərasimdən əvvəl iştirakçılar binada ulu öndərin büstü önünə gül dəstələri düzdülər.

 

Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin banisi qurucusu, bəşər tarixinin ən parlaq simaları ilə bir sırada duran, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd edilir.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə , ulu öndərimiz daim Vətənə, xalqa, doğma torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq amalları ilə yaşamış, həmişə milli maraqların təminatçısı müdafiəçisi olmuşdur. Onun hər bir addımı Vətənə, xalqa xidmətin bariz nümunəsi idi. Hələ sovet imperiyasının amansız sərt rejimi dövründə o heç bir çətinliyə maneələrə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmiş müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini yaratmışdır. Xalqımız tam əsasla dahi insan, böyük vətənpərvər, fenomenal şəxsiyyət Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin banisi memarı hesab edir. Azərbaycan xalqı dövləti var olduqca ulu öndərimiz Heydər Əliyevin ideyaları yaşayacaq ölkəmizin gələcək uğurlarının rəhni olacaqdır.

Natiq bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın hərtərəfli inkişafına qüdrətlənməsinə istiqamətlənmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir bizi yeni qələbələrə aparır.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ulu öndərimizin Azərbaycan xalqı dövləti qarşısında misilsiz xidmətlərindən, onun millətinə olan dərin sevgisindən danışdı. O bildirdi ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə bütün sahələrdə əldə edilən inkişaf ümummilli liderimizin titanik fəaliyyətinin onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Natiq ulu öndərimizin zəngin irsinin gənclərimiz tərəfindən öyrənildiyini onun fəaliyyətinin ideyalarının indiki gələcək nəsillər üçün örnək olduğunu vurğuladı. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi dərin minnətdarlıq hissi vardır. Ulu öndərimizin əziz xatirəsi daim qəlbimizdədir.

Sonra Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Sərraf Hüseynov çıxış etdilər.

Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi. Nəsib Məhəməliyev mərasimə yekun vurdu.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 5.