Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm amilə çevrilib

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında "Dünya energetikasının müasir problemləri və inkişafının prioritet istiqamətləri kontekstində müstəqil Azərbaycanın enerji siyasəti" mövzusunda konfrans keçirildi. Tədbiri giriş sözü ilə akademiyanın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, mövzu ilə bağlı Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev çıxış edəcək.

 

Natiq Əliyevin keçən əsrin 70-ci illərində Neft Akademiyasında təhsil aldığını qeyd edən rektor onun Azərbaycanın neft sektorunda ən müxtəlif sahələrdə çalışdığını, AMEA-nın Geologiya İnstitutunda elmi müdafiə etdiyini, 1993-2005-ci illərdə Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində işlədiyini, 2005-ci ildən isə Sənaye və Energetika Nazirliyinə rəhbərlik etdiyini bildirdi. Natiq Əliyev, eyni zamanda, Beynəlxalq Neft Akademiyasının akademikidir, Azərbaycanın və bir çox xarici ölkələrin orden və medalları ilə təltif edilib.

Nazir Natiq Əliyev çıxış edərək bildirdi ki, iyirminci əsr böyük elmi-texniki nailiyyətlər əsridir. Bu əsr, eləcə də yaşadığımız iyirmi birinci əsr mühüm tarixi nailiyyətlərlə yadda qalıb. Eyni zamanda, separatizm, terrorçuluq, rəngli inqilablar, "ərəb baharı" kimi hadisələr də günümüzün təzadlarıdır. Hazırda dünyamızın başı üzərində nüvə müharibəsi təhlükəsi də dolaşmaqdadır. Belə bir zamanda dünya birliyi dövlətlərinin səmərəli beynəlxalq əməkdaşlığı olduqca zəruridir. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə qlobal iqtisadi böhran şəraitində xüsusilə vacib amillərdən biridir.

Onun sözlərinə görə, hər bir ölkə hazırda istehsalı artırmaq, iqtisadi artıma nail olmaq, yoxsulluğu azaltmaq üçün etibarlı enerji təminatı yaratmaq istəyir. Bununla bərabər, bu gün dünyada milyardlarla insan ekoloji cəhətdən təmiz enerji mənbələrinin istifadə imkanlarından məhrumdur. Bu fakt bir çox beynəlxalq hesabatlarda da qeyd olunub. BMT-nin sənədlərində bildirilir ki, dünyanın müxtəlif ölkələrində 395 milyon insan elektrik enerjisindən istifadə edə bilmir, milyonlarla insanın təmiz enerji mənbələrinə əli çatmır. Bu problemləri həll etmək üçün 756 milyard dollar vəsait tələb olunur. Ən acınacaqlı vəziyyət isə əsasən Afrikada - Saxara ərazisində müşahidə edilir. Burada 750 milyon insanın gün ərzində istifadə etdiyi elektrik enerjisi Nyu-Yorkda istifadə ediləndən təxminən 40-50 dəfə azdır.

Natiq Əliyevin dediyinə görə, ən təhlükəlisi qida ərzaq qıtlığıdır. Eyni zamanda, dünya əhalisi hər il 8 faiz artır. Bütün bu amillər enerji istehsalının artımını tələb edir. BVF-nin məlumatına görə, yaxın illərdə dünyada enerji istehsalının tempi artacaq. Ancaq bununla bərabər, istehsal artdıqca enerjiyə - xam neftə qaza tələbat da artır. 2035-ci ildə qaz istehsalı 44 faiz, kömür istehsalı 39 faiz artacaq. Həmin ildə dünyaya 16,748 milyard barrel neft ekvivalentində enerji lazım olacaq. Eyni zamanda, atom enerjisinin 2,2 faiz, hidroenerjinin 2,8 faiz artacağı proqnozlaşdırılır. Ancaq 2011-2035-ci illərdə neft hasilatının 4 dəfəyə qədər azalacağı gözlənilir. Ona görə lazım olan həcmi kompensasiya etmək lazımdır. Gərək gündə 67 milyon barel neft hasilatı təmin edilsin.

Dünyadakı neft qaz yataqlarının yerləşmə mövqeləri haqqında danışan Natiq Əliyev bildirdi ki, bunlar əsasən 15 ölkədə cəmləşib. Ancaq bu ölkələrdə yaşayan əhali dünya əhalisinin cəmi 5 faizini təşkil edir. Neftlə zəngin ərazilər əsasən Orta Şərq, Afrika, Cənubi Amerika, Rusiya, Şimali Amerika, Asiya, Avropa, Xəzər regionu ölkələri - Qazaxıstan, Azərbaycan Türkmənistandır. Neft istehsal edən ölkələr arasında Azərbaycan 11-ci yerdədir. Birinci yeri isə Küveyt tutur.

Sənaye energetika naziri qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni neft strategiyasının əsas hədəfləri Azərbaycanı dünyanın nüfuzlu ölkələri sırasına çıxarmaq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində fəal iştirakını təmin etmək, böyük sərmayələr cəlb etməkdir. Eyni zamanda, Azərbaycanın müasir enerji siyasəti ölkənin xarici daxili siyasətinin əsas hissəsidir. 1994-cü ildə ölkəmizə 38,5 milyon dollar investisiya qoyulmuşdusa, 2010-cu ildə 8 milyard 200 milyon dollar, 1994-2010-cu illərdə isə ümumilikdə 83 milyard 400 milyon dollar investisiya qoyulub. Hazırda ölkənin neft qaz sənayesinin inkişafı ilə bağlı xüsusi dövlət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində yeni yataqların kəşfi, qaz hasilatının genişləndirilməsi nəzərdə tutulur . Son 5 ildə Azərbaycanda neft hasilatı 3 dəfə, qaz haslatı 3 dəfəyə qədər artıb. "Azəri-Çıraq-Günəşli" yataqları, "Şahdəniz" yatağı istismardadır.

Hazırda Azərbaycanda ildə 50 milyon ton neft hasil edilir. 2011-ci ildə 21 milyard kubmetr qaz hasil edilib. Yeraltı qaz anbarlarına vurulan qazın həcmi isə 2 milyard 500 milyon kubmetrdir. Artıq Azərbaycan özünün enerji təhlükəsizliyi məsələsini tamamilə həll edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın sosial həyatın bütün sahələrində olduğu kimi, enerji siyasətinin reallaşdırılmasında da böyük uğurlar əldə edilib. Ölkədə yeni enerji gücləri yaradılıb. Sovet dövründə qaz üzünə həsrət qalmış bölgələrimizə, eləcə 15 il korluq çəkmiş Naxçıvana qaz verilib. Eyni zamanda, Azərbaycan neft qaz ixrac edən ölkəyə çevrilib. Vaxtilə Rusiyadan qaz alan Azərbaycan bu gün təkcə özünü qazla təmin etmir, həm Rusiyaya, İrana, Yunanıstana, Türkiyəyə qaz satır. Gürcüstanın qazla təminatının 90 faizi Azərbaycanın hesabınadır. Xəzərin enerji ehtiyatlarının Avropaya çatdırılması məsələsi bu gün ən aktual məsələlərdəndir. Bu məqsədlə Nabukko, Tükiyə-Yunanıstan-İtaliya digər qaz kəmərləri tikilməkdədir. Bu, eyni zamanda, xarici siyasət faktoru kimi əhəmiyyətlidir. İstər indiyədək çəkilmiş neft qaz kəmərləri, istərsə nəzərdə tutulan kəmərlər Xəzər regionunda lider dövlət kimi Azərbaycanın rolunu gücləndirir. 1996-cı ildə istifadəyə verilmiş Bakı-Novorossiysk, 1997-ci ildə çəkilmiş Bakı Supsa, Odessa-Brodı, eləcə Bakı-Tbilisi-Ceyhan neft kəmərləri mövcud qaz kəmərləri Azərbaycana təkcə öz neft qazını ixrac etməyə deyil, həm tranzit ölkə kimi qonşu ölkələrin enerji məhsullarını ixrac etməyə tam imkanlar verir. Türkiyə ilə əldə olunmuş son razılaşmalar isə Azərbaycana daha geniş imkanlar yaradır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin imkanlarının genişləndirilməsi üzrə bp şirkəti ilə razılıq əldə edilib. Bu isə Azərbaycanın ilk mərhələdə 37, ikinci mərhələdə isə 65 miyard kubmetr qaz ixrac etməsini təmin edəcək. Bununla bərabər, hazırda ölkədə alternativ enerji mənbələrinin yaradılması istiqamətində ardıcıl məqsədyönlü işlər görülür. Bu sahədə Azərbaycanın potensial imkanları var.

Sonda Natiq Əliyev akademik Siyavuş Qarayev ADNA tələbələrini maraqlandıran suallara cavab verdilər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 9.