Xəzər rayonunda ulu öndərin
anım mərasimi
Abşeron
yarımadasının şimal-şərqində yerləşən
Xəzər rayonu qədim
yaşayış məskənlərindən hesab
olunur. Bu günə gəlib
çatan bir sıra dünya, eləcə də ölkə əhəmiyyətli
tarixi abidələr dövlətin və
xalqın qayğısı ilə əhatə olunmuşdur.
Qayaüstü rəsmlər, yaşı
eramızdan əvvələ gedib
çıxan kurqanlar, qəbiristanlıqlar,
milli memarlıq abidələri, qalalar, türbə və məscidlər bu yerlərin qədim mədəniyyətindən
xəbər verir. Təkcə onu demək kifayətdir ki,
Qala kəndindəki tarix-etnoqrafiya
qoruğunda 234-ə yaxın həyət,
məscid, türbə və hamam qorunub saxlanılır.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Xəzər rayonunun abadlaşdırılmasına, inkişaf etdirilərək müasirləşdirilməsinə xüsusi həssaslıqla yanaşmışdır. Ulu öndərin vaxtilə dediyi sözlər - "Xəzər rayonu deyilən ərazi Azərbaycanın həqiqətən gözəl guşələrindən biridir. Burada çox gözəl, fədakar, milli-dini adət-ənənələrimizi qoruyub saxlayan insanlar yaşayır. Ona görə də biz hamımız, o cümlədən mən də bu yerləri çox sevirik!" indi də əzəmətlə səslənir.
Bu uzaqgörən müdrik insanın rəhbərliyi ilə tikilmiş sənaye və sosial obyektlər Xəzər rayonunun sosial-iqtisadi potensialına xidmət edir. Qədirbilən xalqımız Azərbaycanın memarı, qurucusu olan Heydər Əliyevi daim xoş xatirələrlə yad edir. Dünən Xəzər Rayon İcra Hakimiyyətində keçirilən anım mərasimində də ulu öndərimizin Vətən və xalq qarşısındakı xidmətləri yüksək qiymətləndirildi.
Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri icra hakimiyyəti binasının qarşısındakı meydanda ucaldılmış Heydər Əliyevin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev anım mərasimini açaraq ulu öndərin xidmətlərindən danışdı. Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, polis idarəsinin rəisi, polkovnik Faiq Şabanov, 136 saylı məktəbin direktoru Həzərxan Əbilov, gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev və başqaları çıxış edərək dövlət müstəqilliyimizin möhkəmlənib əbədiləşdirilməsində, ölkədə davamlı sabitliyin yaradılmasında, iqtisadiyyatın inkişaf etdirilməsində, əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini dərin hörmət və ehtiramla yada saldılar.
T.ƏLİYEV
Xalq qəzeti.- 2011.- 11 dekabr.- S. 6.