Sabirabadlılar ulu öndərin xatirəsini daim
uca tuturlar
Xalqımızın ümummilli
lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin əbədiyyətə
qovuşmasının 8 ili ilə əlaqədar
Sabirabad rayonunda
anım mərasimi keçirildi.
Ulu öndərin əzəmətli büstü qarşısında düzənlənən tədbirdə əvəzsiz şəxsiyyətin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərimizin mənalı ömür yolu vətənə sədaqət nümunəsi olmuşdur,-deyə çıxışa başlayan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirdi ki, müstəqil Azərbaycan dövləti dahi Heydər Əliyevin şah əsəridir, öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə onun adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Sabirabadın yenidən qurulmasında, inkişafında və formalaşmasında da Heydər Əliyevin tarixi rolu, xidmətləri əvəzsizdir. 15 dəfə bu regiona səfər etmiş, böyük sənaye müəssisələrinin, mədəni, inzibati və sosial obyektlərin ərsəyə gəlməsinə yaxından köməklik göstərmiş dahi şəxsiyyətin əziz xatirəsi hər bir sabirabadlının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev ideyalarının yaşadılması, onun dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi naminə möhtəşəm, yorulmaz fəaliyyətinə görə bütün xalqımız kimi sabirabadlılar da ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdardılar. Biz əminik ki, onun uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti xalqımızı və dövlətimizi daha parlaq gələcəyə qovuşduracaqdır. Azərbaycan durduqca Heydər Əliyev də olacaqdır, onun amalları həyatımıza daim işıq saçacaqdır.
Sonra beş
mindən çox mərasim
iştirakçısı həzin musiqi sədaları
altında ulu öndərin abidəsi
önünə əklillər və tər güllər qoyaraq dahi rəhbərə
ehtiramlarını bildirdilər.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 13 dekabr.- S. 6.