Mingəçevirdə
silsilə tədbirlər
Ümummilli
lider Heydər Əliyevin anım günü münasibətilə
şəhərin idarə, müəssisə və təşkilatlarında,
ali və orta ümumtəhsil müəssisələrində
tədbirlər keçirilmişdir. Dekabrın 12-də
şəhərin idarə, müəssisə və təşkilatlarının
kollektivləri, minlərlə şəhər sakinləri Heydər
Əliyevin abidəsi önünə gül-çiçək
dəstələri qoymuş, onun xatirəsinə öz
ehtiramlarını bildirmişlər.
Şəhər
ictimaiyyətinin nümayəndələri və YAP şəhər
təşkilatının fəalları birgə təşkil
etdikləri "Heydər Əliyev əməlləri ilə
Azərbaycan tarixində əbədiyaşayar ümummilli
liderdir" mövzusunda elmi-nəzəri konfransı şəhər
icra hakimiyyəti başçısının birinci
müavini İlham İsmayılov açmış və məruzələr
dinlənilmişdir.
"Heydər Əliyev bütöv şəxsiyyət mücəssiməsidir" mövzusunda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, "Heydər Əliyev müstəqil dövlətimizin banisi, milli inkişaf strategiyasının müəllifidir" mövzusunda Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, "Heydər Əliyev qurucu və xilaskar liderdir" mövzusunda MPİ-nin baş müəllimi, texnika elmləri namizəldi Kifayət Məmmədova, "Azərbaycanın müasir inkişafı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xəttin uğurlu davamıdır" mövzusunda YAP şəhər təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Lamiyə İbrahimova məruzələrlə çıxış etmişlər.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov yekun nitqini söyləyərək, qeyd etmişdir ki, energetiklər şəhəri olan Mingəçevirin günü-gündən abadlaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərimiz məhz onun dövründə böyük sənaye şəhərinə çevrilmiş, istilik elektrik stansiyasının tikilişi onun dövründə olmuşdur. Bu gün Mingəçevirin inkişafı onun ideyalarının təzahürülür. Onun əbədi xaitirəsi hər bir mingəçevirlinin ürəyində daimi yaşayacaqdır. Anım tədbirləri davam edir.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 13 dekabr.- S 6.