Azərbaycan regionun qüdrətli dövlətidir

 

Biz uzunmüddətli inkişaf perspektivimizibilirik. Ona görə də ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi, özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

 

2005-2007-ci illərdə iqtisadiyyatın inkişafına görə Azərbaycan dünyada lider dövlətə çevrildibu dövrdə ümumi daxili məhsulun həcmi 2,1 dəfə artdı. 2010-cu ilin yekunlarına görə ÜDM-in hər nəfərə düşən həcmi 4653,3 manata çatdı. 1996-cı ilə nisbətən isə ÜDM 5,7 dəfə, o cümlədən sənaye sahəsində 5,5 dəfə, kənd təsərrüfatında 1,9 dəfə artım baş verdi.

 

 

Nəhəng tikinti meydanını xatırladan Bakıda gedən inkişafquruculuq işləri bütün qonaqlar kimi, məndə də heyranlıq doğurmuşdur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində əldə edilən iqtisadi artımın göstəriciləri bizim üçün təsəvvür edə bilməyəcəyimiz dərəcədə yüksək idibu, ölkədə güclü iqtisadi inkişafın getdiyinə bariz nümunədir.

Karl ÖLLİNQER, Avstriya Milli Şurasının (parlamentinin) deputatı, Cənubi Qafqaz üzrə parlament işçi qrupunun sədri

 

 

Bu gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində yüksək nəticələrin əldə olunması davam edir. Neft-qaz ölkəsi olan Azərbaycanda iqtisadiyyat artıq neftdən asılı deyil. Belə ki, neft sektorunun inkişafından gələn gəlirlərin qeyri-neft sektoruna yönəlməsi digər sahələrin də tərəqqisinə səbəb olmuşdur. Nəticədə bu gün Azərbaycan hərtərəfli inkişaf etməkdədir.

 

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin qətiyyət və bacarıqla davam etdirdiyi strateji xəttə, siyasi, iqtisadi, sosial və mədəni siyasətə diqqət etsək, baş verən tərəqqinin mahiyyətini aydın görə bilərik. İqtisadi inkişaf dövlətlərin qarşılıqlı səmərəli əməkdaşlıqlarının nəticəsində meydana gəlir. Heç bir dövlət öz-özlüyündə inkişaf edə bilməz. Birgə əməkdaşlıq isə düşünülmüş siyasət, iqtisadi maraqların uzlaşdırılması nəticəsində səmərəlidir. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasət qarşılıqlı mənafeyə əsaslanır. Azərbaycanın xarici siyasətindəki bu xətt həm də dünyada sülhə, sabitliyə və sosial-iqtisadi inkişafa yönəlmişdir. Ölkəmizdə icra olunmuş nəhəng beynəlxalq iqtisadi layihələr təkcə ölkəmizin maraqlarına xidmət etmir, həm də digər tərəfdaşların iqtisadiyyatının dirçəldilməsinə və sosial-iqtisadi tərəqqisinə səbəb olur.

Azərbaycanın xarici siyasətində əsas meyar qarşılıqlı mənafe prinsipidir. Ona görə də Azərbaycanın tərəfdaşları və dostları günü-gündən artır. Təsadüfi deyil ki, getdikcə artan iqtisadi qüdrətin və siyasi nüfuzun nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçkilərdə inamlı qələbə qazanmışdır. 155 ölkə dövlətimizə səs vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə verdiyi bəyanatında bu tarixi hadisənin əhəmiyyəti barədə haqlı olaraq demişdir: "Azərbaycan həm sosial məsələlərin həllində, həm iqtisadi məsələlərin həllində, iqtisadi inkişafında, infrastruktur layihələrinin icrasında uğurla irəli gedir. Bütün bu uğurlarla ölkə daxilində aparılan islahatlarla bərabər bizim xarici siyasətimiz də çox çevikuğurludur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə bütün bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir... Belə uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

"Müstəqilliyin 20 illiyi, mütərəqqi, ədalətli və dinamik quruculuğa gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra qazanılmış nailiyyətlər, iqtisadi və mədəni islahatlar barədə ölkə başçısının dediklərini bir daha diqqətə çatdırmışdır. Natiq dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 20 ildə Azərbaycanda köklü islahatlar aparıldığını, iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulması istiqamətində böyük işlər görüldüyünü, qarşıya çıxan problemlərin operativ şəkildə, konkret tədbirlərlə aradan qaldırıldığını vurğulamışdır: "Bu gün biz Azərbaycanın yeni-yeni inkişaf strategiyasını hazırlayıb, beynəlxalq aləmdə rəqabətədavamlılığı təmin etmək üçün innovativ yollara qədəm qoyuruq. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası məhz bu çağırışları aradan qaldırmaq məqsəd daşıyır. Artıq demək olar ki, bir inkişaf strategiyasının mahiyyətcə yeni mərhələsinin əvvəlindəyik".

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin ölkə üçün müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın iqtisadisiyasi inkişafının sabitliyini və davamlılığını təmin edib. Bu kursu inamla həyata keçirən ölkə rəhbəri ölkənin hərtərəfli inkişafına uğurla nail olub. Nəticədə, Azərbaycan regionun qüdrətli və nüfuzlu dövlətidir. Ölkəmizin iştirakı olmadan bu məkanda hər hansı bir layihə səmərəli həyata keçirilə bilməz. Azərbaycanda gedən nəhəng quruculuq işlərini və tərəqqini ölkəmizin qonaqları da təsdiq edirlər.

Avstriya Milli Şurasının (parlamentinin) deputatı, Cənubi Qafqaz üzrə parlament işçi qrupunun sədri Karl Öllinqer öz müşahidəsini belə ifadə etmişdir: "Nəhəng tikinti meydanını xatırladan Bakıda gedən inkişafquruculuq işləri bütün qonaqlar kimi, məndə də heyranlıq doğurmuşdur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində əldə edilən iqtisadi artımın göstəriciləri bizim üçün təsəvvür edə bilməyəcəyimiz dərəcədə yüksək idibu, ölkədə güclü iqtisadi inkişafın getdiyinə bariz nümunədir".

Nəhəng tikinti meydanını xatırladan Bakıda gedən inkişafquruculuq işləri bütün qonaqlar kimi, məndə də heyranlıq doğurmuşdur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində əldə edilən iqtisadi artımın göstəriciləri bizim üçün təsəvvür edə bilməyəcəyimiz dərəcədə yüksək idibu, ölkədə güclü iqtisadi inkişafın getdiyinə bariz nümunədir.

Qeyd etmək lazımdır ki, davamlı inkişafda ölkə başçısının müdrik rəhbərliyi və şəxsi nəzarətinin müstəsna əhəmiyyəti vardır. Hər bir konkret proqrammexanizm vasitəsilə həyata keçirilir. Azərbaycan bu gün nəinki regionda, həm də Avrasiya məkanında qüdrətli dövlətə çevrilir. Təbii ki, bu inamlı yüksəliş dövlət rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, gələcək perspektivi aydın təsəvvür edə və vaxtında düzgün qərarlar qəbul edə bilməsinin, xalqın da ona inamının, öz liderini birmənalı şəkildə dəstəkləməsinin nəticəsidir. Fərəhli haldır ki, dövlət başçısı öz fəaliyyətində siyasiiqtisadi müstəqillik prinsipini, milli mənafeyi qorumaq tələbini əsas tutub. Beləliklə, bu gün regionun qüdətli dövləti Azərbaycan öz siyasiiqtisadi müstəqilliyini mühafizə edə bilən ölkələrdəndir.

Dövlət başçısı bu baxımdan Azərbaycanın gələcək iqtisadisiyasi mövqeyi barədə vurğulayıb: "Biz uzunmüddətli inkişaf perspektivimizibilirik. Ona görə də ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi, özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək".

Dövlət başçısı bu gün ölkənin bütün iqtisadi potensialını dövriyyəyə qoşmaq əzmilə çalışır. Azərbaycan müstəqilliyini bərpa etdiyi 20 il ərzində ölkədə bir sıra beynəlxalq səviyyəli layihələr reallaşdırılır. Nəticədə, ölkə bütünlükdə dünya iqtisadiyyatına inteqrasiya imkanı qazanır. Bundan başqa, insanların məsələsi, sosial problemləri də uğurla həll olunur. Bu gün Azərbaycan yerləşdiyi Cənubi Qafqaz regionunda ümumi daxili məhsulda 80 faizdən çox paya malikdir. Bütün bu uğurların kökündə, əsasında nə dayanır? Əlbəttə, 1994-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergibank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişafa səbəb oldu. 1996-cı ildə iqtisadiyyatda tənəzzülə son qoyuldu və 1997-ci ildən başlayaraq inkişaf istiqamətində dönüş yarandı. 1994-cü ildə imzalanmış "Əsrin kontraktı"nın reallaşması nəticəsində əldə edilən gəlirlər iqtisadiyyatın və sənayenin bir çox sahələrinə investisiya yönəldilməsinə zəmin yaratdı. Kiçikorta müəssisələrin özəlləşdirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsi, yeni müəssisələrin istifadəyə verilməsi sənayedə dirçəlişə səbəb oldu. Bunun məntiqi nəticəsi olaraq 2005-2007-ci illərdə iqtisadiyyatın inkişafına görə Azərbaycan dünyada lider dövlətə çevrildibu dövrdə ümumi daxili məhsulun həcmi 2,1 dəfə artdı. 2010-cu ilin yekunlarına görə ÜDM-in hər nəfərə düşən məhsulun həcmi 4653,3 manata çatdı. 1996-cı ilə nisbətən isə ÜDM 5,7 dəfə, o cümlədən sənaye sahəsində 5,5 dəfə, kənd təsərrüfatında 1,9 dəfə artım baş verdi.

Xüsusilə qeyd etmək lazımdır ki, 2009-2010-cu illərdə dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi strategiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam etdirilməsi ölkənin iqtisadi qüdrətinin daha da artmasına və siyasi nüfuz sahibi olmasına səbəb olmuşdur. Bundan başqa, ölkədə 2001-ci ildə yoxsulluq səviyyəsi 49 faiz idisə 2010-cu ildə 9,1 faizə enmişdir. Əhalinin real gəliri 1995-ci ildə 29,8 faiz idisə, 2010-cu ildə 242,9 faiz olmuşdur.

Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycanın bütün regionları hərtərəfli inkişaf edir. Fərəhli haldır ki, neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsinə səbəb olmuşdur. Bu gün artıq qeyri-neft sektorunda hərtərəfli inkişaf vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı ölkədə iqtisadiyyatın inkişafı barədə demişdir: "Demək olar ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu il olmuşdur. Bu il ərzində ölkə qarşısında duran əsas sosialiqtisadi məsələlər öz həllini tapmışdır, bütün proqramlarımız uğurla icra edilmişdir. Sevindirici hal ondan ibarətdir ki, əvvəlki dövrdə gördüyümüz işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail ola bilmişik. Qeyri-neft iqtisadiyyatımız 8,2 faiz artmışdır. Sənaye istehsalının inkişafına gəldikdə qeyri-neft sayəsində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir".

Sosial-iqtisadi inkişafda ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi çox mühüm amillərdəndir. Azərbaycanda bu problemlər artıq öz həllini tapmışdır.

Bu gün Azərbaycan Avrasiya məkanında çox mühüm beynəlxalq nəqliyyat qovşağına çevrilib. Nəqliyyat sektoru ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi uğurla inkişaf edir. İnvestisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlərin davam etdirilməsi, transmilli layihələrin səmərəli fəaliyyəti bu sahənin inkişafına zəmin yaratmışdır. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi son 20 ildə nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,5 milyard ton təşkil etmişdir. Sərnişinlərin sayı isə 1991-ci ilə nisbətən 421,3 milyon nəfər və ya 43,6 faiz artmışdır. Ölkələrarası nəqliyyat fəaliyyəti də genişlənmişdir. Nəqliyyatın bütün növləri ilə bir ton yükün orta daşınma məsafəsi 165 kilometrdən 497 kilometrə çatmışdır.

Müstəqilliyimizin bərpasından sonra tarixi "İpək yolu"nun reallaşması Avropa-Qafqaz-Asiya tranzit nəqliyyat dəhlizinin yaranmasına səbəb olmuşdur. Bu dəhliz artıq regional nəqliyyat dəhlizləri ilə uğurla rəqabət aparır və ölkə iqtisadiyyatının inkişafına, yerüstü nəqliyyat infrastrukturunun formalaşmasına ciddi təsir edən amillərdən biridir. 1998-ci illə müqayisədə 2010-cu ildə bu dəhliz vasitəsilə 30,5 milyon ton və ya 2,4 dəfə çox yük, 85,6 milyon nəfər və ya 62,2 faiz çox sərnişin daşınmışdır. Yaxın zamanlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu Avropanı Asiya ilə birləşdirəcək çox mühüm beynəlxalq tranzit nəqliyyat vasitələrindən biri olacaqdır. Bu yol Azərbaycanın iqtisadisiyasi qüdrətini daha da artıracaq, beynəlxalq əlaqələrini kifayyət qədər genişləndirəcəkdir.

Bir sözlə, ulu öndər Heydər Əliyevin strateji kursunu uğurla və təşəbbüskarlıqla davam etdirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına ən yaxın zamanlarda qatılacağı şəksizdir. Hazırda isə Azərbaycan regionun sürətlə inkişaf edən qüdrətli dövlətidir.

 

Məhərrəm MƏMMƏDOV, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, iqtisadçı, ekspert

 

Xalq qəzeti.- 2011.- 14 dekabr.- S. 4.