Azərbaycan gəncləri
üçün misilsiz
örnək
Dekabrın 12-də
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
anım mərasimi keçirilmişdi. Mərasimdə
akademiyanın professor-müəllim, tələbə və
müdavimləri iştirak etmişlər.
Azərbaycan xalqının və dövlətçiliyinin
tarixində müstəsna xidmətləri olmuş
dahi şəxsiyyət ulu
öndər Heydər Əliyevin xatirəsi bir
dəqiqəlik sükutla yad
edilmiş, akademiyadakı büstünün
önünə gül dəstələri
qoyulmuşdur.
Tədbirdə akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev çıxış edərək, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyası mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Türk dünyasının böyük oğlu, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca daim ürəklərdə yaşayacaqdır.
Sonra akademiyanın "fəlsəfə və sosial psixologiya" kafedrasının müdiri, professor Tofıq Rəsulov, magistratura şöbəsinin müdiri, professor Namik Axundov, aspirantura şöbəsinin müdiri, professor Musa Quluzadə çıxış edərək Azərbaycan xalqının fenomen şəxsiyyəti Heydər Əliyevlə bağlı xatirələrindən, onun həyat və fəaliyyətinin müasir Azərbaycan gəncliyi üçün örnək ola biləcək məqamlarından söhbət açdılar.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 11 dekabr.- S. 5.