Heydər Əliyev bütün fəaliyyəti dövründə ümumxalq mənafeyini daim uca tutmuşdur

 

Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam.

Heydər ƏLİYEV, Ümummilli lider

 

 

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinə əsaslanır.

 

 

Bu gün müstəqil dövlət kimi dünyada nüfuzsöz sahibi olan Azərbaycanın çox zəngin və şərəfli tarixi var. Bu tarix öz yaddaşında xalqın taleyinin müəyyənləşdirilməsində aparıcı rol oynamış nadir şəxsiyyətləri əbədi yaşadır. Yalnız Azərbaycanın deyil, bəşəriyyətin taleyinə təsir göstərən dünya şöhrətli siyasətçilər və dövlət xadimləri arasında ulu öndərimiz Heydər Əliyev öz dühası, müdrikliyi ilə müstəsna yer tutur. Heydər Əliyevin həyatı və bənzərsiz fəaliyyəti Vətəninə və xalqına xidmətin misilsiz nümunəsidir.

 

Müasir Azərbaycanın dövlətçilik tarixində öz izini qoymuş ümummilli lider Heydər Əliyevin siyasi irsi bugünki və gələcək nəsillər üçün məktəb və örnəkdir. Zaman-zaman tarixin sərt sınaqlarından çıxan Azərbaycan XX əsrin ikinci yarısında məhz bəşəri ideyaların daşıyıcısı olan ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş siyasi idarəçiliyi və polad iradəsi sayəsində tarix səhnəsində duruş gətirib və bugünkü sürətli inkişaf səviyyəsinə yüksəlib.

Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi qarşısında qalmışdı. Məhz bu dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı bürümüş böhrandan, parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas etdi.

1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq səhifəsi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan düzgün nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi belə bir tarixi yaradayaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri müstəqillik tariximizin qızıl salnaməsidir. Bu şanlı tarix Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Ulu öndərimiz məhz böyük işlər görmək, xalqını irəliyə aparmaq üçün yaranmışdı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü parlaq şəkildə göstərmişdi. O, Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdı. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur. Böyük strateq bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdi. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev millətə, xalqa rəhbərlik etmək haqqını təmin etmişdi.

Şəxsiyyət və lider kimi miqyasının böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdi. Ulu öndərimiz deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib". Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki həqiqətii dəfələrlə təsdiqləyib. Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Həmin müraciətdən dərhal sonra on minlərlə insan gecəyarısı Prezident Sarayının qarşısına toplaşdı, ulu öndərə dəstəyini nümayiş etdirdi.

Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasiiqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqın milli intibah və inkişafının təməli olan ideyanın azərbaycançılıq məfkurəsinin də banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında özünəlayiq yerini tutmasında, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Heydər Əliyevin azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi fədakarlıqdır. Çünki məhz bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu.

Bu ideologiya Heydər Əliyevin böyük vətəndaşlıq hünərinin göstəricisidir və dünya azərbaycanlılarının öz tarixi Vətənləri - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - böyük öndərin dünya azərbaycanlılarının qurultayında söylədiyi bu tarixi sözlər artıq 50 milyonluq xalqımızın dilinin əzbəridir.

Heydər Əliyev təhsili milli tərəqqimizin həqiqi, güclü amilinə çevirmək üçün geniş islahatlar proqramı işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürmışdü. Bununla təhsil sahəsində islahatlar aparılmasının dövlət təminatı gücləndirildi. Bu məqsədlə ulu öndərimiz 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında" sərəncam imzaladı. Dövlət Komissiyası tərəfindən çox qısa müddətdə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" hazırlandı, hərtərəfii müzakirələrdən sonra təkmilləşdirilərək, 1999-cu ilin iyununda ulu öndər tərəfindən imzalandı və qüvvəyə mindi.

Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə İslahat Proqramına uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, sahənin idarə olunmasının demokratikləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.

Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. Azərbaycanda 20 il ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib və yenidən qurulub. Müstəqillik illərində aparılan genişmiqyaslı işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaradıb. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunubuğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün səviyyələrdə, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi mühüm aktuallıq kəsb edir. Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinə əsaslanır. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Heydər Əliyevin bütün sahələrdə yeritdiyi ardıcıl siyasət xalqın təfəkküründə "Heydər Əliyev məktəbi" məfhumunun yaranmasına səbəb olmuşdur. Bu böyük məktəbin ən realuğurlu davamçısı olmaq hüququnu isə misilsiz siyasi təcrübəyə, geniş dünyagörüşünə, kamil idarəçilik bacarığına, möhkəm iradəyə malik cənab İlham Əliyev qazanmışdır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı, Azərbaycanın və regionumuzun yeni parlaq lideri Prezident İlham Əliyev öz dərin intelllekti, uzaqgörənliyi, daxildə və xaricdə baş verən ictimai-siyasi prosesləri düzgün qiymətləndirmək bacarığı, milli-mənəvi dəyərlərə bağlılığı, humanizm prinsiplərinə sadiqliyi, vətənpərvərliyi və ən əsası verdiyi bütün vədləri yerinə yetirməsi ilə xalqm sonsuz etimadını qazanmışdır.

Son səkkiz ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ, ardıcıl həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uygun yeni keyfiyyət və məzmunda uğurla davaminkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Bu gün ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ideyaları yaşayır və bu siyasi kursun Azərbaycanda alternativi yoxdur.

Hər il dekabr ayının 12-si bütün dünya azərbaycanlılarının hüzn və matəm günüdür, ulu öndərimizin uyuduğu müqəddəs məkan isə xalqımızın and yeridir. Xaıqımız bəşər tarixində müstəsna yeri olanmilyonlarla insanın sevimlisinə çevrilmiş ümummilli lider Heydər Əliyev kimi böyük oğlu ilə həmişə fəxr edəcək və hədsiz qürur hissi keçirəcəkdir.

 

Müşfiq ATAKİŞİYEV, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2011.- 15 dekabr.- S. 4.