Azərbaycanın
regiondakı nüfuzu gündən-günə
artmaqdadır
Regional baxımdan biz sabitləşdirici
amil rolunu oynayırıq. Biz bir
sıra mühüm siyasi və iqtisadi layihələrin təşəbbüskarı olmuşuq.
Bu gün də
bunu etməkdə davam edirik və
bütün bu layihələr, təşəbbüslər
uğurlu olmuşdur.
İlham
ƏLİYEV, Azərbaycan Respublikasının
Prezidenti
Bu, ölkəmizin yeritdiyi müstəqil xarici siyasətin məntiqi nəticəsidir
Artıq öz dövlət müstəqilliyinin
21-ci ilinin uğurlarını
yaratmaqda olan Azərbaycan Respublikası
beynəlxalq aləmdəki,
xüsusən, regiondakı
nüfuzunu ildən-ilə
deyil, aydan-aya, gündən-günə artırır. Bu tendensiya əsasən ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş çoxvektorlu,
müstəqil, dövlətimizin
geostrateji maraqlarını
maksimum şəkildə
təmin edən xarici siyasət nəticəsində reallaşır.
Hələ 1993-cü ilin sonundan etibarən
ümummilli lider tərəfindən işlənib
hazırlanan, sonra isə mərhələ-mərhələ
icra olunan xarici siyasət kursumuz bu gün
Prezident İlham Əliyev tərəfindən
müasir dövrün
tələbləri və
beynəlxalq aləmdə
baş verən ictimai-siyasi proseslərin yaratdığı reallıqlar
nəzərə alınmaqla
həyata keçirilir. Dünya siyasətçiləri
böyük səmimiyyətlə
və ürək açıqlığı ilə
qeyd edirlər ki, Azərbaycanın xarici siyasəti təkcə bu ölkənin özünün
gələcəyi üçün
düşünülməyib. Bu siyasi kurs
region ölkələri üçün
də xüsusi önəm kəsb edir.
Həqiqətən, Prezident İlham Əliyevin xarici siyasəti xalqımızın
maraqlarına, milli mənafelərimizin təmin
olunmasına, Azərbaycanın
beynəlxalq aləmdəki
nüfuzunun artmasına,
rəsmi Bakının
dünya siyasətində
söz sahibinə çevrilməsinə xidmət
edir. Bütün bunları qeyd
edən ekspertlər sadalanan amillərin hər birinin uğurlu olduğunu qeyd edirlər. Məhz həmin ekspertlərin fikrincə, Azərbaycan dövlətinin xarici siyasətdəki ən böyük uğuru öz siyasətini özünün müstəqil
formalaşdırmasıdır. BMT-yə 1991-ci ildən
sonra üzv olan ölkələr arasında müstəqil xarici siyasət yeridən dövlətlər
barədə söz açılarkən ilk növbədə
Azərbaycanın adı
çəkilir. Çünki Azərbaycan heç bir ölkənin vassalı və ya forpostu rolunu
oynamır. Ölkəmiz özünün daxili və xarici siyasətini hansısa xarici qüvvənin istəyi əsasında formalaşdırmır. Dövlətimizin hansısa beynəlxalq təşkilatdan iqtisadi, siyasi, hüquqi və ya başqa
bir asılılığı
yoxdur.
Rəsmi
Bakı beynəlxalq təşkilatların norma və prinsipləri, eldəcə
də beynəlxalq konvensiyaların müddəaları
istisna olmaqla, heç kəsin qarşısında xüsusi
öhdəlik götürməyib.
Region ölkələri və xüsusən, həmsərhəd olduğumuz
dövlətlərlə münasibətlərdə,
eləcə də həmin ölkələrin
beynəlxalq təşkilatlarla
münasibətlərində rəsmi Bakının mövqeyi daim elə bir sağlam
müstəvidə formalaşıb
ki, bu münasibətlər
bütün tərəflərin
məmnunluğuna səbəb
olur.
Balanslaşdırıcı, tarazlaşdırıcı və
çoxvektorlu xarici siyasət yeritmək bütün ölkələr
üçün asan deyil. Bunun üçün öncə xarici siyasəti müəyyən
edən liderin siyasi müdrikliyi vacibdir. Azərbaycanın öz dövlət
müstəqilliyini bərpa
etməsindən sonrakı
ilk illərdə biz də
Ermənistan kimi həmin məsələdə
böyük problemlə
üzləşmişdik. Yəni uzaqgörən müdrik dövlət rəhbəri
olmadığından yeritdiyimiz,
daha doğrusu, yeritmək istədiyimiz xarici siyasət həddən artıq bəsit və diletantcasına formalaşdırılmışdı.
Həmin
siyasi kurs nəinki bizə hansısa uğur gətirmək iqtidarında
idi, əksinə, bütün ölkələri
Azərbaycanın düşməninə
çevirmişdi. Gənc müstəqil
dövlətimizi həmin
fəlakətdən məhz
Heydər Əliyev müdrikliyi xilas etdi və haqqında
söz açdığımız
siyasi kurs ərsəyə gəldi.
Hətta, ən mükəmməl şəkildə işlənib
hazırlanmış, bütün
reallıqların nəzərə
alınmasıyla qəbul
edilmiş siyasi kurs belə naşı siyasətçilər
tərəfindən icra
olunarkən hansısa
uğurun əldə olunması qeyri-mümkündür. Azərbaycan xalqının
xoşbəxtliyidir ki,
həm 1993 - 2003-cü illərdə,
həm də
2003-cü ildən sonra
ölkəyə rəhbərlik
edən şəxslər
təkcə siyasi baxımdan deyil, həm də milli maraqların, dövlətçilik mənafelərinin
təmin olunması baxımından böyük
qətiyyət və iradəyə malik şəxslər olmuşdur.
Müqayisə üçün bir məqamı yada salaq.
Müstəqilliyin ilk illərində Ermənistanda
gələcək fəaliyyət
üçün xarici
siyasət kursunu müəyyən edən bir lider yox
idi. Ona görə də
Fransa və ABŞ-dakı erməni diasporunun başbilənləri
müstəqil Ermənistan
dövlətinin xarici
siyasət kursunun əsas istiqamətlərini
işləyib hazırlamaq
üçün xaricdəki
müxtəlif institutlara
müraciət etmişdilər.
Deyilənə görə, o qədər
də pis olmayan bir xarici
siyasət kursu işləyib hazırlamışdılar.
Ancaq talançılıq, qarət
və quldurluqla məşğul olan Robert
Koçaryan və Serj Sarkisyan iqtidarları həmin siyasi kursu elə
bir günə saldılar ki, nəticədə, bütövlükdə
erməni xalqı zərərdidə oldu.
Yəni,
istənilən siyasi kursun həyata keçirilməsi üçün
dövlət başçısından
siyasi iradə və təmiz əl, deməli, həm də təmiz vicdan tələb edilir.
Dövlətin xarici siyasətdə əldə etdiyi uğurların təməlində
dayanan uçüncü
amil ölkənin geosiyasi əhəmiyyətidir. Azərbaycan Şərqlə
Qərbin, Şimalla Cənubun Avropa ilə Asiyanın qovuşuğuna yerləşən
bir ölkə kimi dünyanın bütün güc mərkəzlərinin və
aparıcı dövlətələrin
diqqət mərkəzindədir.
Böyük İpək yolunun
bərpası zamanı,
Şanxay - London iqtisadi
nəqliyyat dəhzlizinin
formalaşdırılması prosesində dünyanın
bütün iqtisadçıları
və siyasətçiləri
Azərbaycana böyük
önəm vermişdilər.
Bakı - Tbilisi - Qars dəmir yol layihəsinin reallaşdırılması
zamanı da dünya ekspertlərinin Azərbaycanın təşəbbüsünü
dəstəkləməsi məhz
həmin önəmin
nəticəsi idi.
Ermənilər isə iyirminci əsrin əvvəlində
Azərbaycanın qərb
ərazilərində Ermənistan
dövləti yaratmağa
nail olanda əslində
geostrateji və geosiyasi baxımdan tamamilə təcrid olunmuş bir yerə düşmüşdülər.
Məhz ona görə də olan-qalan iqtisadi imkanları gah xarici qüvvələr
tərəfindən, gah
da iqtidarda olan hakim dairələrin əli ilə talan edildi. İşğalçı ölkənin həmin
geriləmələri fonunda
gündən-günə inkişaf
edən Azərbaycan dövlətinin xarici siyasəti təkcə Bakının beynəlxalq
aləmdə söz sahibinə çevirmədi,
həm də İrəvanı dalana dirəmiş oldu.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti Azərbaycanı Cənubi
Qafqazın iqtisadi, intellektual və informasiya mərkəzinə
çevirdi. İndi artıq elə
bir ay olmur ki, dünya ölkələrindən iki
və ya üç nəfər dövlət başçısı
Azərbaycana səfərə
gəlməsin. Elə
bir il
olmur ki, Bakıda və ya respublikamızın digər şəhərlərində
üç-dörd mötəbər
beynəlxalq tədbir
keçirilməsin. Regionun aparıcı
ölkə statusunu qazanmış Azərbaycanın
dövlət başçısının
bir ildə xarici ölkələrə
etdiyi səfərlərin
tarixinə nəzər
salan ekspertlər qeyd edirlər ki, Ermənistan rəhbərləri 10 ildə
bu qədər səfərə getməyiblər.
Getdikləri ölkələrdə də mütləq qan-qaraçılıq yaradır
və ya hansısa tədbirdən qaçırlar.
Prezident İlham Əliyev isə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda ən mötəbər qonaq kimi, ən arzuolunan dövlət başçısı şəklində qəbul edilir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş qitə miqyaslı sammitlərin heç biri Azərbaycan Prezidentinin iştirakı olmadan reallaşmır. Ermənistan Prezidenti Serj Sarkisyan isə qonşu ölkələrədən birində keçirilən iqitisadi məzmunlu tədbirdə söz verir ki, biz sizin ölkəyə ildə 20 min ton ət satmaq barədə müqavilə bağamağa hazırıq. İrəvan rəhbərinin həmin sərsəm bəyanatına cavab verən Ermənistan müxalifətinin rəhbərlərinin arqumenti beynəlxalq aləmdə təbəssüm yaratmışdı: "Üç-dörd ildir ki, Ermənistan ölkə əhalisinin tələbatını ödəmək üçün Braziliyadan mənşəyi məlum olmayan ət alır. İndi artıq təyyarə yanacağının çatmadığına görə həmin ətin də hamısını gətirə bilmirik. Bu acınacaqlı vəziyyətdə olan Ermənistanın xaricə ildə 20 min ton ət satmaq barədə öhdəlik götürməsi kimisə ələ salmaq kimi bir addımıdır".
Bu hələ harasıdır? Ermənistan müxtəlif beynəlxalq təşkilatlara üzv olarkən götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə müxtəlif sanksiyalara, hətta hansısa qurumdan xaric edilmək təhəlükəsinə məruz qalır. Azərbaycan isə bütün beynəlxalq təşkilatlarla əməkdaşlığı güdən-günə genişləndirir.
Respublikamızın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma üzv seçilməsi ölkəmizin regionda və dünyada yeritdiyi uğurlu xarici siyasətin və sabitləşdirici mövqeyin nəticəsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 15 dekabr.- S. 1.