Gənclik həvəsi ilə yaşayıb yaradan alim

 

Kamal Abdullayev – 75

 

Görkəmli alim, pedaqoqböyük nüfuza malik insan olan Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində doğulmuşdur. Atası Mehman müəllim repressiya dövrünün ilk qurbanlarından olub. O, Qusar rayonunda maarif sistemində çalışmış və rayonun ən qabaqcıl ziyalılarından biri olmuşdur. Mehman müəllim rayonda müəllim, sonra məktəb direktoru vəzifələrində çalışmış və 1937-ci ildə həbs edilmişdir (1956-cı ildə bəraət qazanmışdır).

 

Kamal müəllim 1952-ci ildə doğma kəndində orta məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirərək Bakıya gəlmiş və Energetika Texnikumuna daxil olmuşdur. Texnikumu 1956-cı ildə istilik energetikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) energetika fakültəsinin istilik energetikası ixtisasına imtahansız qəbul edilmişdir.

K.Abdullayev texnikumda təhsil alanda ona ixtisas fənlərindən dərs demiş Sənaye İnstitutunun alimləri İ. İbrahimov, Ə.Hüseynzadə və N.Əlizadə məsləhət bilmişdilər ki, istilik energetikası sahəsində təhsilini davam etdirsin. Həmin illərdə isə institutda istilik energetikası ixtisası üzrə Azərbaycan dilində qəbul olmadığından müəllimlərinin məsləhəti ilə rus sektoruna daxil olmuşdur. O, aşağı kurslarda rus dilini bilmədiyindən çox əziyyət çəkmiş və dəfələrlə ixtisası dəyişərək Azərbaycan sektoruna keçmək istəmişdir. Lakin müəllimlərinin və professor İ.Makinskinin (sonra o, Kamal müəllimin elmi rəhbəri olmuşdur) təkidi ilə rus dilində təhsilini davam etdirmişbu ixtisas üzrə institutu müvəffəqiyyətlə bitirmişdir.

Hələ institutun V kursunda oxuyarkən o illərdə "Azərenerji" İdarəsinə rəhbərlik edən və respublikamızda energetikanın inkişafında, o cümlədən kadr hazırlanmasında əvəzsiz xidmətləri olan mərhum professor Ə.Bayramzadə onu qəbul etmiş, biliyini yoxladıqdan sonra "Azərenerji" İdarəsinin kimya xidməti şöbəsində mühəndis vəzifəsinə işə qəbul etmişdir. Bir ildən sonra K.Abdullayev həmin şöbənin qrup rəhbəri təyin edilmiş, 1963-cü ildə isə şöbənin rəisi vəzifəsinə irəli çəkilmişdir.

O, istehsalatda çalışmaqla yanaşı, təhsilini davam etdirməyi də unutmur. AzSİ-nin qiyabi aspiranturasına daxil olur və 1966-cı ildə professor İ.Makinskinin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edir. O illərdə energetika üzrə yüksək ixtisaslı elmi kadrlar çatışmırdı. Elə buna görə də Kamal müəllim "Azərenerji" İdarəsində işləməklə yanaşı, indiki Neft Akademiyasında öz elmi istiqaməti üzrə müəllimlik fəaliyyətinə başlayır. Bir il sonra tam ştatla institutun dosenti seçilir. Lakin onun yüksək hazırılıqlı mütəxəssis olduğunu nəzərə alaraq 1972-ci ilə kimi yarımştatla "Azərenerji" sistemində şöbə rəisi vəzifəsində də saxlayırlar. Kamal müəllim 1972-ci ildən indiyə kimi ADNA-da "Sənaye istilik-energetikası və suyun texnologiyası" kafedrasının müdiridir (hazırda kafedra "İstilik energetikası" adlanır). Eyni zamanda, o, kafedranın nəzdində olan "Sənayedə dəniz və çirkab sularının istifadə edilməsi" problem laboratoriyasına da rəhbərlik edir. Kamal müəllim 1974-1976-cı və 1982-1998-ci illərdə energetika fakultəsinin dekanı vəzifəsində işləmişdir.

1978-ci ildə K.Abdullayev Moskva Energetika İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və 1980-ci ildə professor elmi adını almışdır. Elm sahəsində xidmətlərinə görə 1975-ci ildə Ekoenergetika və Beynəlxalq Ekologiya və Təhlükəsizlik akademiyalarının akademiki seçilmişdir. 2000-ci ildə o, "M.V.Lomonosov adına medalla" təltif olunmuşdur.

Elmi nəticələrinə görə Kamal müəllim keçmiş ittifaqın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif edilmiş, 2005-ci ildə Gürcüstan Milli Energetika Akademiyasının akademiki seçilmişdir.

1981-ci ildə mühəndis və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə o, respublika Ali Sovetinin fəxri fərmanı və "SSRİ-nin əlaçı energetiki" fəxri adı ilə təltif edilmişdir. 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adı verilmiş və Y.Məmmədəliyev adına medalla təltif olunmuşdur.

Professor K.Abdullayev uzun müddət ADNA-da fəaliyyət göstərən və bütün Qafqazı əhatə edən dissertasiya müdafəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri və Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur. Hazırda isə doktorluq müdafiəsi üzrə şuranın üzvüdür. Onu da qeyd edək ki, professor K.Abdullayev keçmiş SSRİ Ali Təhsil Nazirliyinin istilik texnikası üzrə elmi-metodik şurasının rəyasət heyətinin üzvü seçilmiş, hazırda isə respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının "Energetika" bölməsinin sədridir. Onun rəhbərliyi altında kafedrada çox böyük elmixalq təsərrüfatı əhəmiyyəti olan yüksək minerallı və şəhər çirkab sularının emalı, istehsalatda istifadə edilməsi problemi sahəsində dünya miqyasında vacib olan nəticələr əldə edilmişdir. Kamal müəllim bu sahəyə çox dəyərli elmi töhfələr vermişdir.

Qeyd etmək lazımdır ki, dünya miqyasında ilk dəfə şəhər çirkab sularının sənayedə, o cümlədən istilik energetikasında şirin suyun əvəzinə istifadə edilməsi probleminin əsası respublikamızda Kamal müəllimin rəhbərliyi altında qoyulmuş və qısa bir zamanda bu sahədə yüksək elmi nailiyyətlər əldə edilmişdir.

Kamal müəllim dünya istilik energetikasında ilk dəfə olaraq istilik elektrik stansiyalarında barabanlı buxar generatorlarının bilavasitə yumşaldılmış dəniz suyu ilə bəslənilməsini isbat etmişelmi cəhətdən əsaslandırmışdır. Kafedranın əməkdaşları ilə birlikdə tullantıların kimyəvi məhsul kimi utilizasiyası ilə dəniz suyunun kompleks emal texnologiyasını işləmiş və "Şimal" İES-də yarımsənaye şəraitində aprobasiya etmişdir. Dünya miqyasında belə qurğuların analoqu yoxdur.

Dənizkənarı İEM-lərin çoxməqsədli tullantısız istilik-elektirk-su-kimya kombinatlarına çevrilməsi ideyasını da dünya miqyasında ilkin olaraq Kamal müəllim təklif etmişdir. Məhz o, elmi cəhətdən əsaslandırmışdır ki, istilik elektrik stansiyası ənənəvi elektrikistilik enerjisi hasil etməklə yanaşı, dəniz suyundan böyük miqyasda şirin su və həmçinin kimyəvi məhsullar almaq olar. Beləliklə, istilik elektrik stansiyasını çoxməqsədli yüksək sənaye potensialına malikekoloji cəhətdən təmiz müəssisəyə çevirmək mümkündür. Kamal müəllim həmçinin yeni elmi istiqamət olan istilik energetikasında şirin su əvəzinə şəhər çirkab sularından təkrar istifadə olunması probleminin bünövrəsini qoymuşbu sahədə çox dəyərli elmi nəticələr əldə etmişdir.

Professor K.Abdullayevin rəhbərliyi altında istilik energetikasında ilk dəfə olaraq antropogen qatışıqlarla çirklənmiş suların az tullantılı ion mübadilə emal texnologiyaları işlənilmiş və elmi cəhətdən əsaslandırılmışdır. Kafedra əməkdaşları ilə birlikdə yüksək minerallı suların şirinləşdirilməsi məqsədilə daha effektiv əks-osmos üsulunun təkmilləşdirilmiş variantını da təklif etmişdir. Əldə edilmiş elmi nailiyyətlərə görə keçmiş ittifaqın ElmTexnika Komitəsinin qərarı ilə o vaxtlar Kamal müəllimin rəhbərlik etdiyi kafedra bu elmi istiqamət üzrə ittifaq miqyasında aparıcı təşkilat təyin edilmişdir.

Onun bilavasitə rəhbərliyi ilə əldə olunmuş elmi nəticələr sənaye miqyasında tətbiqini tapmış, respublikakeçmiş ittifaqın yüksək dövlət qurumları tərəfindən bəyənilmiş və geniş miqyasda tətbiq olunması barədə bir neçə sərəncamlar verilmişdir.

Təsadüfi deyildir ki, Kamal müəllim əldə etdiyi elmi nailiyyətlərə görə ABŞ-da nəşr olunmuş ensiklopediyada XX əsrin aparıcı alimləri sırasına daxil edilmişdir. O, 300-dən çox elmi əsərin müəllifidir. Onun 20-dən artıq ixtirası və patenti, 50-dən artıq dərsliyi, dərs vəsaitləri, metodik işləri və monoqrafiyaları vardır. Bu monoqrafiyalar böyük həcmli olmaqla İngiltərədə və Moskvada nəşr olunmuşdur.

Kamal müəllim keçmiş ittifaqın Elmlər Akademiyasının rəyasət heyətinin qərarı ilə akademiyanın nəşr etdiyi "Kimyasuyun texnologiyası" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Hazırda bu beynəlxalq jurnal Ukrayna Elmlər Akademiyası tərəfindən nəşr edilirKamal müəllim redaksiya heyətinin üzvü kimi orada fəaliyyətini davam etdirir. Kamal müəllim, eyni zamanda, respublika Elmlər Akademiyasının nəşr etdiyi "Energetikanın problemləri" və Energetika Elmi-Tədqiqat və Layihə İnstitutunun nəşr etdiyi "Scientific-industrial journal electro energetics technics mechanics control" jurnallarının redaksiya heyətinin üzvüdür.

Görkəmli alimpedaqoq, xeyirxah insan K.Abdullayevin tələbələrinə indi dünyanın hər yerində rast gəlmək mümkündür. Onun elmi məktəbinin yetirməsi olan və hazırda Moskva şəhərində işləyən professor İ.Malaxov öz sevimli müəlliminə ünvanladığı məktubda yazır: "Fəxr edirəm ki, biz belə şəxsiyyətin və onun elmi məktəbinin yetişdirməsiyik. Ona bütün tələbələri adından öz minnətdarlığımı bildirməklə yanaşı, sevimli müəllimimizə möhkəm cansağlığı və uzun ömür arzulayıram".

Bizbu təbriklərə qoşulur, şərəfli ömür yolu keçmiş görkəmli energetik-alimimizı, böyük nüfuza malik pedaqoqumuzu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona möhkəm cansağlığı, müstəqil Azərbaycanın gələcək inkişafı naminə daha yüksək nailiyyətlər arzulayırıq.

 

Arif HƏŞİMOV, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Marlen ƏSGƏROV, "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti

 

Xalq qəzeti.- 2011.- 17 dekabr.- S. 6.