Demokratik cəmiyyətdə mətbuat azadlığı və jurnalistin məsuliyyəti

 

Azərbaycanda güclü kütləvi informasiya sistemi yaradılmışdır. Azad surətdə fəaliyyət göstərən yüzlərlə mətbuat orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin çoxşaxəli və etibarlı media şəbəkəsini təşkil edir. Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir.

Heydər ƏLİYEV Ümummilli lider

 

 

Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə dözümlüdür... Peşəkarlıq artdıqca təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

 

Ayrı-ayrı şəxslər və qurumlar Ədliyyə Nazirliyində 4200-dən çox dövri nəşr, 50-dən artıq informasiya agentliyi qeydə aldırmışlar. Ölkədə 30-dan artıq gündəlik, 100-ə yaxın həftəlik, 80-dən artıq aylıq qəzet nəşr olunur. Respublikada 9 ümumölkə, 14 regional telekanal, çoxlu radiostansiya fəaliyyət göstərir. Onlarca özəl nəşriyyat istənilən kitabı maneəsiz çap edir.

 

 

Azad söz cəmiyyətin işığı, ictimai həyatın aşkarlığı üçün zəruri mənəvi vasitədir. Tarixi inkişaf prosesində qarşısıalınmaz tələbata çevrilmiş demokratik dəyərlər sistemində söz azadlığı hüququ tədricən aktuallaşmışdır. Bu hüquq özü ilə birlikdə maneəsiz yayılan informasiya, fikir və mülahizənin doğuracağı nəticələrlə bağlı məsuliyyət anlayışını da gündəmə gətirmişdir.

 

Amerika Birləşmiş Ştatlarında respublikanın yaranması və Böyük Fransa inqilabının Avropada demokratik azadlıqlara və insan hüquqlarına geniş qapı açması ilə söz azadlığı anlayışı praktik müstəviyə çıxmış, mətbuat azad sözü cəmiyyətə yayan misilsiz vasitə kimi yeni rol və məzmun qazanmışdır. Mətbuat söz azadlığı yolunda mövqeyini gücləndirdikcə ictimai rəydə azad sözün hədəfinə çevrilən şəxslərin və dairələrin mənafe və hüquqları məsələsini də doğurmuşdur.

Beləliklə, azad söz hüququna təminatlar yaradan qaydalarqanunlar söz azadlığını arzuolunmaz nəticələrdən qoruyan tələblərə və qadağalara da yer ayırmalı olmuşdur. Belə bir nəzarəti həyata keçirən dövlət senzura maşını, ictimai qınaq, ideya-siyasi basqılar, hüquq və "linç" məhkəmələri zaman keçdikcə mətbuat vasitələrini və jurnalistləri kütləvi yayılan sözün məsuliyyətini anlamaq və nəzərə almaq tələbi qarşısında qoymuşdur. Demokratik cəmiyyətlərin inkişafı, obyektiv ictimai rəyin sosial ədalət sistemində tarazlayıcı rolunun artması belə qadağa və cəzaların mərhələ-mərhələ azaldılmasına, humanistləşdirilməsinə doğru aparmışdır.

Söz azadlığı üçün yaradılan hər hansı bir maneənin aşkarlığa, ahəngdar inkişafa qəsd olması fikri XX əsrin əvvəllərindən həm dövlət qurumlarının, həm siyasi dairələrin, həm də ictimai rəyin daşıyıcısı olan xalqın ortaq qənaəti, ümumi etirafı kimi səslənməyə başlamışdır. Mətbuatın maneəsiz sözün müqabilində məsuliyyəti öz üzərinə götürməsi tələbinin reallaşması senzurahüquqi qadağaları, cinayət məsuliyyətini gərəksizləşdirmiş, özünütənzimləmə, ictimai qınaq, əxlaq kodeksləri və inzibati sanksiyalar mexanizmini güclənmişdir.

Söz azadlığı və demokratik mətuatın təkamülü prosesində yaranmış bu meyarlar və qazanılmış dəyərlər İkinci Dünya müharibəsindən sonra, dünya birliyinin baş sənədi kimi 10 dekabr 1948-ci ildə elan olunmuş "Beynəlxalq insan hüquqları bəyannaməsi"ndə ümumi, deklorativ ifadəsini tapmışdır. Bəyannamənin 19-cu, 27-ci və 29-cu maddələrində əksini tapmış bu hüquq və azadlıqlardan doğan başlıca prinsiplər sonralar beynəlxalq, regional və ayrı-ayrı ölkələrin jurnalist qurumlarının bəyannamə, kodeks və nizamnamələrində incəliklə açıqlanmışdır.

Milli mətbuatımız tarixində yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra mətbuat azadlığına dövlət tərəfindən təminat yaradılmış və bu hüquq praktiki surətdə reallaşmışdır. Cümhuriyyət hökumətinin hazırladığı və parlamentinin geniş, gərgin müzakirələrdən sonra təsdiq etdiyi "Mətbuat haqqında nizamnamə" dünyanın o vaxtkı qabaqcıl təcrübəsi əsasında azad sözə və demokratik nəşrlərə "yaşıl işıq" yandırmışdı. Bununla milli mətbuatımızın 43 illik tarixində ilk dəfə vətəndaşların söz azadlığı hüququ tanınmış, mətbuat azadlığına təminat yaradılmışdı. Nizamnaməyə görə, mətbu nəşr və mətbəə yaratmaq, çap məhsullarını yaymaq üçün hökumətin icazəsinə ehtiyac qalmırdı, bu barədə mətbuat üzrə baş müfəttişə ərizə vermək kifayət idi.

Bu sənəddə mətbuat azadlığı ilə yanaşı, azad yayılan sözə görə məsuliyyət də nəzərdə tutulurdu. Deyilirdi ki, digər fəaliyyət sahələri kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi gözləməli, qanunlara hörmətlə yanaşmalıdır. Yetkinlik yaşına çatmış hər bir şəxs dövri nəşr yaratmaq hüququ aldığı kimi, qanun qarşısında məsuliyyət də daşımalı idi. Nizamnamənin yaratdığı demokratik imkanlar nəticəsində Azərbaycan və rus dillərində çıxan dövlət qəzeti, müxtəlif partiya nəşrləri və müstəqil qəzet-jurnallar daxil olmaqla, 129 mətbuat orqanı fəaliyyət göstərmişdi.

Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü yaşamış jurnalistlərimiz və onlardan dərs almış sonrakı nəsil yazarlar söz azadlığının olmadığı kommunist mətbuatı daxilində də milli-mənəvi varlığımıza sadiq qaldılar, dövrün acılı-şirinli xronikasını yaratdılar.

Ötən əsrin 80-ci illərinin sonunda Dağlıq Qarabağda separatçı hərəkatın başlanması ilə SSRİ-nin süqutunun sürətlənməsi Azərbaycanda milli özünəqayıdış və demokratik hərəkatı gizli qatdan açıq meydanlara çıxardı. Kommunist rejimi daxilində icazəsiz və bütün qadağaları aşıb keçən müstəqil dövri nəşrlər yarandı. Partiya-sovet nəşrləri də mümkün olan bütün üsul və vasitələrlə Azərbaycanın doğulmaqda olan yeni həqiqətinin - dövlət müstəqilliyini bərpa etmək zərurətinin ifadə olunmasına qoşuldu. Beləliklə, respublikamızda "azad söz" "söz azadlığı"nın rəsmən elan olunmasını 2-3 il qabaqladı. Dövlət başçısı İlham Əliyev bu prosesi belə qiymətləndirmişdir: "Azərbaycanda azad mətbuat hələ sovet dövründə yaranmışdır və azad mətbuatın o vaxtkı fəaliyyəti çox böyük qiymətə layiqdir".

Dövlət müstəqilliyi ölkəmizdə azad, demokratik mətbuatın sürətli inkişafı, söz azadlığı prinsiplərinin reallaşması üçün tarixi şərait yaratmışdır. 1992-ci ildə KİV haqqında qəbul olunmuş ilk qanun ölkəmizdə söz azadlığının rəsmi təməlini qoymuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada isə müstəqil dövlət vətəndaşlarının ən mühüm hüquq və azadlıqları sırasında söz azadlığı prinsipləri də yer almışdır. Konstitusiyanın "Əsas hüquqlar, azadlıqlar və vəzifələr" bölməsinin 47-ci maddəsində "fikirsöz azadlığı", 50-ci maddəsində "mətbuat azadlığı", 41-ci maddəsində "yaradıcılıq azadlığı" anlayışları aydın əksini tapmış, "informasiya hüququ insanın genetik hüquq konsepsiyasının tərkib hissəsi" kimi təsbit olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin 10 ilində ölkəmizdə azad, demokratik jurnalistikanın inkişafını təmin edən mükəmməl hüquqi-normativ baza yaradılmışdır. "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Televiziyaradio yayımı haqqında", "Müəlliflik hüququ haqqında", "Reklam haqqında", "Dövlət sirri haqqında" və s. qanunlarda, digər əsasnamə və sənədlərdə söz azadlığının ahəngdar bərqərar olması aydın, dəqiq əksini tapmaqla, mükəmməl bir mexanizm təşkil edir.

Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə senzuranın ləğv edilməsi Azərbaycan milli jurnalistikası tarixinə xüsusi önəmlə yazılmışdır. 2000-ci ildə ulu öndərin Mətbuat və İnformasiya Nazirliyini ləğv etməsi və onun xeyir-duası ilə 2003-cü ildə mətbuatın özünütənzimləmə mexanizminə çevrilən Azərbaycan Mətbuat Şurasının yaradılması ölkəmizdə azad mətbuatın əsaslarının möhkəmlənməsinə, qəzet-jurnalların, normal fəaliyyətinə, çap məhsullarının maneəsiz yayılmasına xidmət edir.

Dövlət müstəqilliyi illərində azad mətbuat bir sıra təbii, obyektivsubyektiv çətinliklərlə də üzləşmişdir. Lakin söz azadlığının təminatçısı olan dövlətin həyata keçirdiyi operativ tədbirlər, yaratdığı əlverişli şərait mətbuatın müasir maddi-texniki bazasının formalaşmasına, maliyyə vəziyyətinin sabitləşməsinə kömək etmişdir. Yaradılan vergigömrük güzəştləri, mətbəələrə olan borcların dəfələrlə ləğv edilməsi azad mətbuatın dəstəklənməsi deməkdir. 2009-cu ildə KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması medianın problemlərinin həllində, azad jurnalistikanın dövlət tərəfindən dəstəklənməsində daha bir ciddi addım olmuşdur.

Bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyətində söz azadlığı etibarlı surətdə təmin olunmuş, hər kəsin və hamının kütləvi tribunadan sərbəst istifadəsinə imkan yaranmışdır. Bu gün dövri nəşrlərin buraxılışı üçün heç bir dövlət icazəsinə ehtiyac yoxdur. Ayrı-ayrı şəxslər və qurumlar Ədliyyə Nazirliyində 4200-dən çox dövri nəşr, 50-dən artıq informasiya agentliyi qeydə aldırmışlar. Ölkədə 30-dan artıq gündəlik, 100-ə yaxın həftəlik, 80-dən artıq aylıq qəzet nəşr olunur. Respublikada 9 ümumölkə, 14 regional telekanal, çoxlu radiostansiya fəaliyyət göstərir. Onlarca özəl nəşriyyat istənilən kitabı maneəsiz çap edir.

Dövlət orqanları medianın fəaliyyətinə əngəl törədən hansısa bir müdaxilə etmir, göstərdiyi dəstəyə görə mətbuat orqanlarının üzərinə xüsusi öhdəlik qoymur. KİV-in fəaliyyətində ortaya çıxan əngəlli məsələlər mövcud qanunlarmilli əxlaq normaları çərçivəsində həllini tapır. Lakin hakimiyyət mediada dövlət əhəmiyyəti daşıyan, ümummilli səciyyəli mövzuların işıqlandırılmasında, milli mənafeyin qorunmasında maraqlıdır və bu məsələdə yalnız təşviqedici və hüquqi vasitələrdən istifadə edir. Bu isə demokratik dünya təcrübəsinə uyğundur və əslində, azad jurnalistikanın cəmiyyət üçün faydalılıq əmsalını yüksəldir. Azərbaycanda azad medianın - "yuxarı"dan problemi yoxdur. "Aşağı"dan isə hələ bir sıra arzuolunmaz təmayüllər, narahatlıq törədən hallar yaşanmaqdadır. Bu, daha çox jurnalist peşəkarlığının aşağı olması və söz azadlığının məsuliyyətini sonadək anlayıb-dəyərləndirməməklə bağlıdır.

Azərbaycan Mətbuat Şurası yaradılanadək media həyatında yaşanan məhkəmə qalmaqalları silsiləsi, əsasən, söz azadlığının verdiyi imkanlardan sui-istifadə və vətəndaşların mətbuatın ciddi açıqlamalarına, kəskin tənqidlərinə dözümsüzlüyü ilə bağlı idi. Belə hallarda artan məhkəmə prosedurlarının alternativi kimi qabaqcıl dünya təcrübəsində sınaqdan çıxmış medianın özünütənzimləmə mexanizmi ölkəmizdə də tətbiq olunmuş, qısa müddətdə özünü doğrultmaqla, keçmiş SSRİ məkanında örnək kimi qəbul edilmişdir.

Dövlət orqanı, eləcə də sıradan bir jurnalist qurumu olmayan Azərbaycan Mətbuat Şurası media qanunvericiliyinin KİV-in fəaliyyətinə tətbiqinə münsiflik edir, vətəndaşların mətbu nəşrlərlə, jurnalist kollektivlərinin dövlət orqanları ilə əlaqəsini təmin edir, azad sözün müqabilində ortaya çıxan jurnalist məsuliyyətini müəyyənləşdirir. AMŞ-nin Azərbaycan Jurnalistlərinin I qurultayında qəbul olunmuş Peşə Etikası Kodeksi 1954-cü ildə fəaliyyətdə olan Beynəlxalq Jurnalist Etikası Prinsipləri Bəyannaməsinin müddəalarına əsaslanmaqla hazırlanmış və şuraya üzv olan media qurumlarının fəaliyyətində rəhbər tutulur. Ölkəmizdə söz azadlığından yaranan jurnalist hüquqlarını və məsuliyyətini qızıl ortaqda ifadə edən bu kodeks həqiqətə xidmət, dəqiqlik və obyektivlik, informasiya qaynaqlarına sayğılı yanaşma; şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı; jurnalistin özünün və çalışdığı orqanın reputasiyasını qoruması kimi prinsipləri əhatə edir.

Bu kodeksin fəaliyyətdə olduğu müddətdə onu qəbul etmiş redaksiyaların məhkəmə çəkişməsi ilə üzləşməsi minimuma enmişdir. Bildirmək lazımdır ki, peşəkar jurnalist hazırlığı keçmiş yazarlarümummilli nəşrlər olmaqda iddialı qəzet redaksiyaları peşə əxlaqı kodeksinin tələblərinə, əsasən, əməl edirlər. Azərbaycan mətbuatının ağrılı məsələlərindən olan "müstəqil nəşrlər" adı altında fəaliyyət göstərən "reket qəzetlər" isə cəmiyyətin gözü qarşısında söz azadlığından sui-istifadə edir, vətəndaşlara və ayrı-ayrı qurumlara böhtan yağdırır, təmənnadan irəli gələn qərəzli yazılarla şərəf və ləyaqəti alçaldan hallara yol verirlər.

Mətbuat Şurasının fəaliyyətində belə qəzetlərin narazılıq doğuran çıxışları ilə bağlı müraciətlərə baxılması aparıcı yönlərdən biridir. Şuranın "qara siyahı"sına adı düşən reket nəşrlər cəmiyyətin qınağı ilə üzləşsə də, bir çox halda məhkəməyə düşməkdən, daha ciddi sanksiyalara məruz qalmaqdan xilas olur.

Söz azadlığının pozulduğu hallardan biriinformasiya əldə etməklə bağlı vaxtaşırı özünü göstərən çətinliklərdir. Belə hallar dövlət məmurları ilə bağlı olanda lazımi tədbirlər görülür. Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev mediaya qarşı məmur özbaşınalığı ilə bağlı dəfələrlə kəskin mövqe bildirmişlər. Ümumiyyətlə, ulu öndərin və dövlət başçısı İlham Əliyevin ayrı-ayrı KİV orqanlarının tənqidlərinə, hətta böhtan və yalanlarına dözümlü münasibəti söz azadlığına qarşı yönələn mənfi halların qarşısını almaqda nümunəyə çevrilmişdir.

Ölkəmizdə azad sözün mövqelərini möhkəmləndirməsində beynəlxalq qurumların, hakimiyyət orqanlarının, jurnalist təşkilatlarının təşkil etdikləri seminar və konfransların da rolu önəmlidir. Bir qayda olaraq belə tədbirlər jurnalist peşəkarlığını artırmağa, söz azadlığı prinsiplərini geniş yaymağa, neqativ halların qarşısını almağa xidmət göstərir.

Narahatlıq doğuran məsələlərdən biri də KİV-də gedən yalanböhtanla bağlı qanunda cinayət məsuliyyətinin nəzərdə tutulmasıdır. Azərbaycan rəhbərliyi dəfələrlə diffamasiya haqqında qanun qəbul etməklə, belə hallarda tətbiq olunan sanksiyaların xarakterinin dəyişdirilməsinə razı olduğunu bildirmişdir. Media qurumlarında isə hələ müzakirələr gedir.

Göründüyü kimi, dövlət müstəqilliyi illərində reallaşan söz azadlığı Azərbaycan cəmiyyətinin informasiya mühitini tamamilə dəyişmiş, yeni dəyərlər yaratmışdır. Lakin söz azadlığı ilə yanaşı, jurnalist məsuliyyəti də yeni məzmunda aktuallaşmışdır. Bu proses milli mediamızı uğurlar və sınaqlar yolu ilə irəli aparır.

 

Tahir AYDINOĞLU

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 4.