Yeni Azərbaycan Partiyası Lerik payon təşkilatının VII konfransı keçirilmişdir

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etdilər.

 

Sonra konfransın keçirildiyi salonda Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov hesabat məruzəsi ilə çıxış etdi. O qeyd etdi ki, 19 il öncə Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyi, suverenliyi uğrunda mübarizə şəraitində yaranmışdır. Həmin dövrdə əqidəsindən, siyasi mənsubiyyətindən, ictimai mövqeyindən və yaşından asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı ümidini yalnız Heydər Əliyevin xilaskarlıq missiyasına bağlayırdı. Həmin çətin şəraitdə - 1993-cü il sentyabrın 19-da YAP-ın Lerik rayon təşkilatının təsis konfransı çağırılmışdır. Rayon təşkilatının sıraları ilbəil daha da genişləndirilmiş, gənclərin partiyaya qəbuluna diqqət artırılmışdır.

Rayon rəhbərliyinin təşkilata göstərdiyi diqqət və qayğı nəticəsində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı yeni binaya köçürülmüş, fəaliyyət üşün hərtərəfli şərait yaradılmışdır. Təşkilat lazımi avadanlıq və nəqliyyatla təmin olunmuşdur.

Ötən konfransdan sonrakı hesabat dövründə rayonda ilk təşkilatların sayı 49-dan 58-ə çatmışdır. 2011-ci ilin 10 ayı ərzində 206 nəfər partiya sıralarına qəbul edilmişdir. Hazırda YAP rayon təşkilatı 3191 nəfər partiya üzvünü birləşdirir. Hesabat dövründə partiya sıralarına 970 nəfər qəbul olunmuşdur ki, bunların da 39 faizini gənclər təşkil edir. Partiya sıralarına qəbul olunmuşlara vəsiqələrin verilməsi bir qayda olaraq "Heydər Əliyev Mərkəzi"ndə və tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında yaddaqalan iz buraxır. Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına qəbulu artmışdır. Ötən müddətdə partiyaya qəbul olunanların 20 faizini qadınlar təşkil edir.

2011-ci ilin avqustunda YAP Gənclər Birliyinin Lerik rayonunda keşirilmiş "Yay məktəbi" işini uğurla başa çatdırmışdır. "Relax" turizm istirahət mərkəzində istirahət edən 200 nəfərdən artıq gənc üçün viktorinalar, idman yarışları, gəzinti və digər tədbirlər təşkil olunmuşdur.

Rayon təşkilatının təşəbbüsü ilə məktəblərdə "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda bədii qiraət, inşa yazıları müsabiqəsi, idman yarışları, gənc rəssamların əsərlərinə baxış keçirilmişdir. Bu tədbirlərdə fərqlənənlər təşkilat tərəfindən mükafatlandırılmışlar. Bu gün Lerikin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olan YAP üzvləri rayonun quruculuq, abadlıq işlərində yaxından iştirak edir, dövlətin və dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunmasında fəallıq nümayiş etdirirlər.

Bütün bu nailiyyətlərin əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti, YAP sədri İlham Əliyevin Lerikə göstərdiyi diqqət mühüm rol oynamışdır.

Məruzə ətrafında müzakirələrdə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova, Gənclər Birliyinin sədri Zamiq Əhədov, idarə heyətinin üzvü, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Çayrud ərazi icra nümayəndəsi Xanlar Həmid çıxış etdilər. Daha sonra YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin deputatları Mirkazım Kazımov və İqbal Məmmədov çıxış edərək YAP-ın yaranmasında ümummilli lider Heydər Əliyevin rolu və partiyanın sədri İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə olunan uğurları qeyd etdilər.

Konfransda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun çıxışı böyük maraqla dinlənildi. Sonra təşkilati məsələlərə baxıldı. Elxan Qənbərov yenidən YAP Lerik rayon təşkilatının sədri seçildi.

Konfransın qətnaməsi və iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edildi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 21 dekabr.- S. 10.