Azərbaycanı davamlı yüksəliş yoluna çıxarmış inkişaf strategiyası

 

Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır - insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtısadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtısadi sahədə etibarlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olması mümkün deyildir. Məhz bu baxımdan iqtisadi inkışaf və demokratikləşmə Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir.

 

D övlət başçısının yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq məkanına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bakı artıq dünya müstəvisində sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında dövlət rəhbərinin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

 

Heydər Əliyev siyasi kursu son 18 ildə milli birlik və həmrəyliyə ciddi zəmin yaratmış, azərbaycançılıq ideologiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilmişdir. Son 8 ildə də bu siyasət uğurla davam etdirilmiş, ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər, siyasi kataklizmlər aradan qalxmışdır.

 

 

Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi məkanda yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir.

 

 

Keçid dövrünü uğurla başa vuraraq qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən müstəqil Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm rolumövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilməsi, heç də yalnız respublikamızın zəngin təbii sərvətləri, intellektual resursları ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da zəngin təbii resursların xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli siyasət strategiyasının həyata keçirilməsi lider amili ilə bilavasitə bağlıdır. Dünya şöhrətli ictımai-siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

 

Müstəqil Azərbaycanın ötən 8 ildə dövlət başçısının rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçırilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən Prezidentimiz qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur. Konkret siyasi situasiyada Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər, şübhəsiz, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata kecirilməsinə yönəlməsindən ibarət olmuşdur.

Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Məsələn, hansısa problem yarananda dövlət başçısı, ilk növbədə, "Ulu öndər bu məsələni necə həll edirdi?" sualı üzərində düşündüyünü vurğulayır. Və dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə, bu sualı özünə ünvanladığını və cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

Cənab İlham Əliyev dövlət adamı olaraq nəzəriyyəni öz təcrübəsinə bağlayır. O, öz nitqlərini hər hansı nəzəriyyələr üzərində yox, artıq reallıqda öz təsdiqini tapmış müddəalar əsasında qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında duran yeni vəzifələr, planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Bu biliyi Prezident İlham Əliyev hər hansı nəzəri materiallar əsasında toplamamış, bunu ona həyat təcrübəsi qazandırmışdır. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi onun çıxışlarının nəzəri və təcrübi hazırlıq üzərində kökləndiyini göstərir.

Milli iqtisadiyyatda qazanılmış makroiqtisadi nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından demokratik inkişafı olduqca vacib sayan Prezident İlham Əliyev ötən 8 ildə respublikamızda həyata keçirilən hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatına xüsusi önəm vermişdir. Prezident ilk gündən bildirmişdir ki, demokratiksivil cəmiyyət quruculuğunun fundamental şərtlərindən biri də məhz zamanla səsləşən hüquqi islahatlar aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır.

Yeni, müasir və möhkəm dövlətçilik modelinin yaradılması təkmil hüquqi mexanizmlərin formalaşdırılmasından çox asılıdır. Müstəqillik yoluna yeni qədəm qoymuş Azərbaycanın demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. Dövlət başçısının apardığı hüquq islahatları eyni zamanda, prokurorluq orqanlarının cəmiyyətdəki mövqelərinin və nüfuzunun daha da gücləndirilməsinə xidmət edir.

Azərbaycan Prezidentinin apardığı kadr siyasəti məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə bu islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Dövlət başçısı idarəçıliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, komitə və nazirliklərin yaradılmasını vacib sayır.

Prezident İlham Əliyev ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü aksiom kimi önə çəkir. Dövlət başçısının yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq məkanına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bakı artıq dünya müstəvisində sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında dövlət rəhbərinin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Müasir dövrdə xarici siyasətin səmərəliliyi fərdin iqtisadisiyasi azadlıqlarını maksimum dərəcədə təmin edən liberal mühitin formalaşdırılmasından, eləcə də xalqla vətəndaşların mənəvi birliyindən bilavasitə asılıdır. Xalq üçün çalışan, onun mənafeyini mümkün dərəcədə qoruyan hakimiyyət daxildə ciddi elektoral dəstəyə malik olduğunu daim hiss edir, bu da öz növbəsində onun xarici siyasətdə inamlı, qətiyyətli və prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri neytrallaşdırmasına əlverişli imkanlar açır. Başqa sözlə, iqtisadi, siyasihüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Rəsmi Bakı son səkkiz ildə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiya göstərmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.

Hazırda hansısa dövlətin müstəqil, inamlı xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi məkanda yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ötən 8 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi rəsmi Bakının xarici siyasətində xüsusi diqqətçəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiyası prosesi sürətlənmişdir.

Bəzən Azərbaycanın bölgədə artan rolunu yanlış olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Sanki bu reallıq unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışlar. Azərbaycanla Avropa dövlətlərinin qarşılıqlı faydalı əməkdaşlığı da məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibətindən, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamından irəli gəlir. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın eyni zamanda, beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir. Avropa Şurasının tamhüquqlu üzvü, Avropa İttifaqının qonşuluq siyasətınin, NATO-nun Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının fəal iştirakçısı kimi Avropa ailəsinə inteqrasiya yolu tutan Azərbaycan liberal dəyərləri üstün tutur, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü addımlar atır.

Müasir politoloji nəzəriyyələr siyasi liderin uğur qazanmasında birləşdirici - inteqrativ funksiyanı xüsusi önə çəkir. Milli mənafelərə əsaslanan siyasət xalqın böyük qismini ətrafında birləşdirir, cəmiyyəti ümumi problemlərin həlli namınə səfərbər edir, bir sözlə, fərdin və dövlətin maraqlarını mümkün qədər uca tutur. Siyasətdə inteqrativ funksiya cəmiyyətin bütövlüyününsabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Mövcud siyasi kursun inteqrativ-birləşdirici mahiyyəti də, ilk növbədə, onun hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Heydər Əliyev siyasi kursu son 18 ildə milli birlik və həmrəyliyə ciddi zəmin yaratmış, azərbaycançılıq ideologiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilmişdir. Son 8 ildə də bu siyasət uğurla davam etdirilmiş, ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər, siyasi kataklizmlər aradan qalxmışdır. Eyni zamanda, demokratikazad şəraitdə keçirilən seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən inkarçı qüvvələr sivil dialoqa, konstruktiv əməkdaşlığa dəvət olunmuşlar. Ölkədə həyata keçirilən liberal ruhlu daxili siyasət, eyni zamanda, əks siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psıxoloji barışmazlığın aradan qaldırılmasına xidmət etmişdir. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Milli birliyə yönəlmiş bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanmışdır.

Demokratikləşmə prosesinin, hüquq normalarının və siyasi mədəniyyətin sivil dünyanın hamılıqla qəbul edilmiş standartlarına yaxınlaşdırılması özlüyündə mürəkkəb, uzun sürən proses olmaqla, təşkilati və tərbiyəvi xarakterli, ardıcıl, məntiqi tədbirlər görülməsini, yeni siyasi dəyərlərin siyasətin hər bir subyektinin, hər bir insanın həyat tərzinə çevrilməsini tələb edir. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Belə radikal islahatlar inkişafa deyil, keçid prosesinin ləngiməsinə gətirib çıxarır. İctimai şüurda "həzm olunmayan" demokratik normalar mövcud həyat forma və strukturları ilə münaqişəyə girirson nəticədə cəmiyyət mütərəqqi yeniliklərə qeyri-adekvat münasibət bəsləməyə başlayır.

Tarixi inkişafının yeni mərhələsini yaşayan Azərbaycan cəmiyyəti aşkarlıq və şəffaflıq tələb edən vətəndaş cəmiyyətinə transformasiya olunur. Bu isə, öz növbəsində, müasir dövlət quruculuğueffektli dövlət idarəçiliyi yaradılması prosesində bir sıra demokratik məzmunlu dəyişikliklərin aparılmasını tələb edir. Fəqət, demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu olmayan proses olduğunu da xüsusi vurğulamağa ehtiyac yoxdur. Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır - insanın tam azadlığı isə təkcə qanununhüquq qaydalarının deyil, həm də iqtısadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtısadi sahədə etibarlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, insan hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olması mümkün deyildir. Məhz bu baxımdan iqtisadi inkişaf və demokratikləşmə Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir.

Azərbaycan Prezidenti hələ 2008-ci il oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimində cəmiyyət həyatının bir çox həyati əhəmiyyətli sahələri kimi, təhsil və elmdə qazanılan uğurlara da toxunmuş, respublikanın gələcəyi naminə ölkədə güclü insan kapitalının formalaşdırılması zəruriliyini növbəti dəfə önə çəkmişdir. Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 8 ildə inamla davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatikrasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır.

2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən yaranmış bir sıra problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, elm və təhsillə bağlı dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. Elmin inkışafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 126 milyon manata yüksəlmişdir.

Bu statistik rəqəmlər göstərir ki, son illərdə elmə, təhsilə, ali məktəblərin inkişafına xüsusi diqqətin göstərilməsi həm də respublikamızın sürətli iqtisadi inkışaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması elm və təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin hazırkı mərhələdə həlli vacibliyini aktuallaşdırır.

Ötən 8 ildə Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərınin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompyuterinformasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları da Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategıyanın həyata keçırilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdırilməsi; onun dünya elmi, texnika və texnologiyasının prioritet istıqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadiictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir.

Bütün bunlar deməyə əsas verir ki, qısa müddətdə respublikada əldə edilmiş yüksək nəticələrin arxasında məqsədyönlü siyasət, elmi əsaslara və ölkənin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızın müstəqil, milli ənənələrə və ümümbəşəri dəyərlərə cavab verən inkişaf strategiyasının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir. Elm xadimləri də ürəkdən inanırlar ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

 

İlham MƏMMƏDZADƏ, AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2011.- 21 dekabr.- S. 8.