Uğurlu fəaliyyətin 8 ili Prezident Kitabxanasının elektron resurslarında

 

Azərbaycanın son 8 ildəki dinamik inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun günbəgün artması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili xarici siyasətin bəhrəsidir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf modelinin dövlətimizin başçısı tərəfindən yaradıcılıqla daha da təkmilləşdirilməsi nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət müstəqilliyinin bərpasının 20 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycanın son 8 ildəki dinamik inkişafını Prezident Kitabxanasının hazırladığı elektron resurslar da əyani nümayiş etdirir.

 

Prezident Kitabxanasından bildirmişlər ki, dövlətimizin başçısının fəaliyyətinin bütün sahələrini özündə əks etdirən bu elektron resurslar geniş oxucu kütləsinin bütün təbəqələri üçün açıqdır. "Azərbaycan Respublikasının Prezidenti: gündəlik fəaliyyətin xronikası" adlanan elektron biblioqrafik göstəricidə 2003-cü il oktyabrın 15-dən günümüzədək olan dövrdə dövlət başçısının gündəlik fəaliyyətinin - səfərlərinin, görüşlərinin, çıxışlarının, nitqlərinin, məruzələrinin, müsahibələrinin, keçirdiyi qəbulların tam xronikası əhatə olunmuşdur. On səkkiz buraxılışı hazırlanan bu xronikanın təhlili göstərir ki, Prezident İlham Əliyev indiyədək ölkənin siyasi, iqtisadi, mədəni, sosial s. sahələrini əhatə edən 535 Fərman, 2309 Sərəncam 1572 Qanun (əlavə dəyişikliklərlə birlikdə) imzalamışdır. Dövlətimizin başçısı bu dövrdə ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin etmək məqsədi ilə 53 Dövlət Proqramı təsdiq etmişdir.

Dövlət proqramları içərisində regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan 2004-2008-ci illər 2009-2013-cü illər proqramlarına aid materiallar ayrıca olaraq Kitabxananın "Elektron resurslar" bölməsində yerləşdirilmişdir. Həmin bölmənin materiallarının təhlili göstərir ki, dövlətimizin başçısı regionlarda bu proqramların uğurla həyata keçirilməsi üçün 2004-2008-ci illərdə 57 rayonda 128 dəfə, 2009-cu ilin aprelindən indiyədək isə 49 rayonda 72 dəfə səfərdə olmuşdur. Dövlət proqramlarının icrasına aid elektron materiallarda regionlarda yeni-yeni sənaye müəssisələrinin, sosial obyektlərin istifadəyə verilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi öz əksini tapmışdır. Son 8 ildə əksəriyyəti daimi yerləri olan 950 minə yaxın yerlərinin yaradılması, qeyd olunan müddət ərzində ölkədə ümumi daxili məhsulun 3 dəfə artması, yoxsulluğun səviyyəsinin 49 faizdən 9 faizə enməsi, ölkəmizin valyuta ehtiyatlarının 40 milyard dolları ötməsi həyata keçirilən proqramların uğurlu nəticələridir.

Prioritetləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət kursunun Azərbaycanın milli maraqları çərçivəsində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi öz bəhrəsini verməkdədir. Kitabxananın əməkdaşlarının hazırladıqları "Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti" adlı elektron nəşrdə dövlət başçısının bu sahədə gördüyü işlər dolğunluğu ilə istifadəçilərə çatdırılır. Buradakı materiallardan aydın olur ki, Prezident İlham Əliyev 8 il ərzində xarici ölkələrin dövlət, hökumət parlament rəhbərləri ilə 513 görüş keçirmişdir. Bu görüşlərin 318-i ali səviyyəli görüş, xarici dövlətlərin prezidentləri ilə olan görüşlərdir. Fəaliyyəti dövründə Prezidentimiz ölkəmizə səfərə gəlmiş dövlət, hökumət parlament rəhbərləri ilə 149 görüş keçirmişdir. Göstərilən dövrdə xarici ölkələrə səfərləri zamanı Prezidentimiz dövlət, hökumət parlament rəhbərləri ilə 364 görüş keçirmişdir. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin (ABŞ, Fransa, Rusiya) başçıları ilə 45 dəfə, Ermənistan prezidenti ilə isə 27 dəfə, o cümlədən R. Koçaryan ilə 12, S.Sarkisyan ilə 17 dəfə görüşmüşdür.

Səkkiz ildə Azərbaycan Respublikasının Prezidenti BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, NATO, MDB İcraiyyə Komitəsi, İslam Konfransı Təşkilatı (İKT), UNESCO s. nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə 141 dəfə görüşmüşdür. Bu görüşlərin 59-u onların ölkəmizə səfərləri zamanı olmuşdur. Bu dövrdə Prezident İlham Əliyev 2 dəfə BMT-nin baş katibi ilə, 5 dəfə NATO-nun baş katibi ilə, 6 dəfə Avropa Şurasının baş katibi ilə, 5 dəfə ATƏT-in fəaliyyətdə olan sədri ilə, 6 dəfə İƏT-in sədri ilə görüşmüşdür.

Bu elektron nəşr vasitəsilə istifadəçilər Prezident İlham Əliyevin həm xarici ölkələrə səfərləri zamanı, həm ölkəmizə gəlmiş xarici ölkələrin dövlət, hökumət parlament rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüş qəbullarda etdiyi 556 çıxışın, nitqin, mətbuat üçün bəyanatın müsahibənin xronoloji ardıcıllıqla toplanmış tam mətni ilə tanış ola bilirlər. İstifadəçilər, həmçinin adı çəkilən elektron nəşrin müqavilə, saziş, bəyannamə, memorandum, protokol, konvensiya digər beynəlxalq sənədlərin təsdiq edilməsi məqsədi ilə Prezidentin imzaladığı qanun, fərman sərəncamların xronikasını əhatə edən materiallardan da istifadə edə bilirlər. Bu qəbildən olan sənədlərin sayı 1923-dür. Onların 575-i qanun, 54-ü fərman, 1294-ü isə sərəncamdır.

Kitabxanada, həmçinin "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri bəyanatları" adlanan ayrıca elektron resurs hazırlanmışdır. Doqquz buraxılışı əhatə edən həmin resursda ümumilikdə 922 sənəd toplanılmışdır. Onlardan 559-u Prezidentin nitqləri, 229-u çıxışları, 80-i müsahibələri, 124-ü isə bəyanatlarıdır. Bu resurslar tədqiqatçılar üçün əvəzsiz mənbədir.

Prezident İlham Əliyevin fəaliyyətinin tərkib hissələrindən olan yeni neft strategiyası haqqında materiallar Kitabxananın "İlham Əliyev Azərbaycanın neft diplomatiyası" adlı tammətnli elektron resursunda toplanılmışdır. Dövlət başçısının həm Milli Olimpiya Komitəsinin prezidenti kimi çox önəm verdiyi Olimpiya hərəkatı, idman, bədən tərbiyəsi haqqında materiallar isə Kitabxananın "Azərbaycanda Olimpiya hərəkatı" adlı digər bir tammətnli elektron resursunda öz əksini tapmışdır.

Yuxarıda adları sadalanan gündəlik olaraq yenilənən materiallardan istifadəçilər Prezident Kitabxanasının www.preslib.az saytına daxil olmaqla faydalana bilərlər.

 

 

Xalq qəzeti.- 2011.- 24 dekabr.- S. 15.