Oğuz:
qloballaşma dövrünün əsas hədəfi-inkişaf
və modernləşmə
... Yenə
Oğuzun çal-çağırlı vaxtları
başlayıb. Dağlara qar düşüb. Xüsusi həvəskarlar
var. Onlar bu qədim yurda yalnız belə vaxtlarda gəlirlər.
Elələri də var ki, ancaq yay aylarına
üstünlük verir. Şəhərin istisindən baş
götürüb bu əsrarəngiz yerdə istirahət edir.
Rasim
Amanovla bu barədə çox söhbətlərimiz olub. O isə tamam başqa fikirdədir.
"Belə düşünənlərlə
razılaşmıram, - deyir, - Oğuzun qışı da
gözəldir, yayı da. "Bəs başqa fəsillər?
Sonuncu söhbətimizdə deyəsən Rasim müəllim
bu sualı heç gözləmirdi də... Ona görə bir
qədər duruxdu. "Oğuz ilin bütün fəsillərində
gözəl olur demək istəyirdim, sən də məni əməlli-başlı
çaşdırdın".
Deyəsən
söhbətə başım qarışdığından
Rasim müəllimi sizə təqdim etmədim. Deyim, siz də
tanış olun. Peşiman olmazsınız.
Rasim
Amanov həmkarımızdır. Oğuzda yaşayır. Bu
yurda o qədər bağlı adamdır ki,
danışdıqca ona qulaq asmaqdan doymursan ki, doymursan.
Oğuzun tarixi, bu günü ilə bağlı nə məlumat
istədin, zəng vur, ya get görüş, sənə elə
dəqiq informasiya versin ki, onda olan fenomen yaddaşa heyran
qalırsan. Bu da ilk növbədə insanın
doğulduğu yurda, müqəddəs bildiyi torpağa
bağlılığından irəli gəlir.
Xidməti
işimlə əlaqədar hər ay Oğuzda oluram. Sadə vətəndaşlarla,
insanlarla görüşürəm, onlarla söhbət edirəm.
Hər mövzuda danışırıq. Mənim
üçün bir də o maraqlıdır ki, buradakı
insanların hamısı Rasim müəllim kimi, öz
doğulduqları yer, ocaq haqqında elə səmimi, isti
sözlər danışırlar ki, sözün həqiqi mənasında,
qəlbin qürur hissi ilə döyünür.
Bir dəfə
bu barədə rayon icra hakimiyyətinin
başçısı Aydın Əlihüseynovla söhbət
edəndə onun dediyi söz indi də qulaqlarımdan getmir:
"Çünki bu, təpərdən, qeyrətdən irəli
gəlir, oğuzlular bax belə insanlardırlar". Nə qədər
sərrast deyilmiş bir ifadədir.
Aydın Əlihüseynov
özü çox maraqlı müsahibdir. Uzun, kəşməkeşli
həyat yolu keçib. Bir neçə xarici dil bilir. Dünya
ədəbiyyatından, klassiklərindən elə maraqlı
fikirlər söyləyir ki... elə bilirsən ki, sırf ədəbiyyatla
məşğuldur. Bu gün Azərbaycanın dünya
ölkələri sırasında tutduğu yer, artan
nüfuzu, iqtisadi sahədə qazanılan uğurlar barədə
elə təhlillər aparır, elə faktlar gətirir ki,
heyran qalmaya bilmirsən.
Bu dəfəki
görüşümüzdə isə onunla tamam başqa
mövzuda söhbət etdik. Oğuzda görülən
möhtəşəm işlərdən, rayonun bu
günündən danışdıq. Əslində bu da elə
həmin mövzunun tərkib hissəsidir. Başçı
2010-cu ildə əldə etdikləri uğurları
sadaladı, gündən-günə simasını dəyişən,
adı kimi özü də qədim olan bir diyarın gözəlliyindən
söhbət açdı. Bildirdi ki, "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda (2009 - 2013-cü illər) nəzərdə
tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi
üçün Oğuzda xeyli iş görülüb. Tikinti
və abadlıq işləri geniş vüsət alıb. Əvvəlki
illərdə başlamış tikintilərin inşası
uğurla davam etdirilib, bir sıra yeni obyektlərin təməli
qoyulub. Əsaslı tikinli obyekti olan "Qlükoza"
zavovdunda tikinti işləri isə başa
çatdırılıb.Yaxın vaxtlarda zavodun
açılış mərasimi keçiriləcək.
Yaxından, uzaqdan qonaqlar dəvət edəcəyik. Siz də
gələrsiniz. Özünüz görərsiniz ki, necə
uğurlu layihədir.
İcra
hakimiyyətinin başçısı çox faktlar gətirdi.
Sayım, siz də tanış olun. Rayon polis şöbəsinin
yeni inzibati binası da keçən il istifadəyə verilib.
Uzaqdan diqqəti cəlb edir. Çox
yaraşıqlıqdır.
Şəhərin
bir neçə küçəsində təmir işləri
aparılıb. Xasməmmədov, Saleh Nazıyev, Cavanşir, Gənclik
və N.Nərimanov küçəsi ilə Saleh Qazıyev
küçələrinin kəsişməsində asfalt
örtüyü əsaslı təmir edilib. H.Əliyev, Mehdi
Hüseyn küçələrinə asfalt örtüyü
salınıb. Neçə-neçə binanın dam
örtüyü əsaslı təmir edilib.
Şəhərimizin
mərkəzində yerləşən parkdakı ulu öndərin
adını daşıyan muzeydə əsaslı bərpa
işləri aparılıb, parkda ümummilli liderin əzəmətli
heykəli qoyulub. Abidənin və muzeyin ətrafındakı ərazidə
abadlıq tədbirləri həyata keçirilib.
Oğuz
şəhərinin cənub hissəsi ildən-ilə daha da
abadlaşdırılır. Hazırda burada Avropa
standartlarına uyğun səviyyədə inşa edilən
parkda tikinti işləri davam etdirilir. Rayon Məhkəməsinin
inzibati binasının və olimpiya kompleksinin önündə
smeta dəyəri 10 milyon manat olan sağlamlıq mərəkəzinin
də tikintisinə başlanılıb. Bir faktı deyim ki, təkcə
Sağlamlıq Mərkəzi istifadəyə verildikdən
sonra burda 40 nəfər yeni işlə təmin olunacaqdır.
Qeyd edək ki, Oğuz şəhərinin 2010 - 2035-ci illər
üzrə nəzərdə tutulan baş planı
hazırlanıb.
Göründüyü
kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında və Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Oğuza səfərləri zamanı
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
sahəsində əvvəllər olduğu kimi keçən
il də mühüm işlər görülüb.
Rayonda
açılan 189 yeni iş yerinin 167-si daimidir. Təkcə
keçən ilin avqustunda keçirilmiş "əmək
yarmarkası"nda 58 nəfər işlə təmin olunub.
Yeni iş yerlərinin açılması üçün
bundan sonra da imkanlardan səmərəli şəkildə
istifadə olunmasına səy göstəriləcəkdir.
İqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul
və xidmətlərin ümumi həcmi 36 milyon 838 min manat təşkil
edib.
Oğuz kənd
təsərrüfatı rayonudur. Rayonun iqtisadiyyatında
taxılçılıq, meyvəçilik və
heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı,
təsərrüfatlarda kartof və tərəvəz məhsulları
da istehsal olunur. Keçən il rayonda 11 min 999 ton buğda, 5
min 517 ton arpa olmaqla cəmi 17 min 516 ton payızlıq taxıl
istehsal olunub. Hər hektardan məhsuldarlıq 13,3 sentner təşkil
edib. Rayonda 2 min 181 ton kartof istehsal edilib. Tərəvəz
istehsalı 2 min 765 ton olmuşdur.
Rayonun təsərrüfatlarında
21,5 ton üzüm, 1 min 416 ton meyvə istehsal edilib, ət,
süd, yumurta və yun istehsalı da xeyli artıb. 2 min 575 ton
ət, 15 min 896 ton süd, 3 milyon 973 min ədəd yumurta, 110
ton yun istehsal edilib.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
uğurlu və uzaqgörən siyasəti sayəsində
ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi
olaraq ümumi təhsil müəssisələrində əlverişli
təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət
edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris
avadanlığı və informasiya-kommunikasiya
texnologiyaları ilə təminat sahəsində geniş miqyaslı
işlərin görülməsi bu günümüzün
danılmaz həqiqətidir. Kənd əsas məktəblərində,
yerli büdcə vəsaiti hesabına təmir işləri
görülüb. Qumlaq, Padar kənd orta və Xaçmaz,
Yemşənli kənd əsas məktəblərində,
Astraxanovka, Baş Daşağıl, Qarabulaq, Xalxal və
Xaçmaz kənd 1 saylı orta məktəblərində təmir
işləri aparılıb. Rayonun Calut kəndində 220
yerlik yeni məktəb binasının tikintisinə
başanılıb.
Rayonda
müasir tələblərə cavab verən, müasir
avadanlıqlarla təchiz olunan xəstəxana kompleksinin istifadəyə
verilməsi rayon əhalisinə göstərilən səhiyyə
xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhalinin
müalicə üçün başqa yerlərə getməsinin
aradan qaldırılmasına böyük imkanlar yaradıb.
Keçən
il 14 nəfər əlil və şəhid ailəsi putyovka ilə
təmin edilib. 2 nəfərə əlil arabası verilib. Bir
nəfər Böyük Vətən müharibəsi əlilinə
və bir nəfər Qarabağ əlilinə pulsuz minik
avtomobili verilib. Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən
müraciət edənlərin əksəriyyətinə
ünvanlı sosial yardım təyin olunub.
Rayon
üzrə əmtəə dövriyyəsinin həcmi 37
milyon 674 min manat, əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 8 milyon 140 min manat olmuş və keçən ilin
müvafiq dövrünə nisbətən pərakəndə
əmtəə dövriyyəsinin həcmi 3 milyon 149 min manat
və ya 91 faiz, əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 1421,8 min manat və ya 21,2 faiz artmışdır.
Əhalinin
elektrik enerjisi, qaz, istilik, içməli su ilə təminatının
yaxşılaşdırılıması sahəsində də
müəyyən işlər görülüb desək
yanılmarıq. Şəhərdaxili su və kanalizasiya
sisteminin yenidən qurulmasına başlanılıb.
Oğuz
şəhərinin Gənclik yaşayış massivinin
qazlaşdırılması işləri tamamilə başa
çatdırılıb. Bucaq kəndinin
qazlaşdırılması başa çatmaq üzrədir.
Oğuz Qaz İstismar sahəsi üçün yeni inzibati
binanın tikintisi də davam etdirlir.
"Azərsu"
SC tərəfindən rayonun Böyük Söyüdlü və
Qarabulaq kəndlərinə su çəkilməsinə
yaxın vaxtlarda başlanılacaqdır.
Oğuz
rayonunun turizm mərkəzinə çevrilməsi ilə
bağlı möhtərəm Prezidentimizin qarşıya
qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi
üçün də müəyyən işlər
görülüb. Belə ki, lazımi infrastrukturun
yaradılması, dövlət, iş adamları və özəl
qurumlar tərəfindən investisiyaların cəlb edilməsi
istiqamətində işlər davam etdirilib. Bununla əlaqədar
rayon rəhbərliyi bu sahənin inkişafına köməkliyin
gücləndirilməsi, iş adamlarının regiona
marağının artırılması, onlara müvafiq şəraitin
yaradılması üçün bütün imkanlardan istifadə
edir. Oğuz şəhəri, Calut, Bucaq və Xalxal kəndləri
ərazisində yeni turizm obyektlərinin tikintisinə
başlanılıb. Həmin obyektlərə böyük sərmayə
qoyluması nəzərdə tutulmuşdur.
2007-ci ildə
təməli qoyulan və obyektlərdən
"Qoşabulaq" deyilən ərazidə müasir
memarlıq üslubunda inşası davam etdirilən turizm
obyektinin restoran hissəsi artıq istifadəyə verilib, otel
hissəsində isə işlər davam etdirilir. Bu obyektin
smeta dəyəri 2 milyon manat təşkil edir.
Oğuzdan
söhbət açıb onu ağuşuna alan meşələrdən
danışmamaq, ən azı, insafsızlıq olardı.
Buraya insanları həm qışda, həm yayda, ümumiyyətlə,
ilin bütün fəsillərində çəkib gətirən
onun yaraşıqlı meşələridir, desək yanılmarıq.
Amma təəssüflə
deməliyəm ki, əvvəllər bu qiymətli sərvətin
qorunması, az qala, başlı-başına
buraxılmışdı. İndi isə mənzərə
tamam başqadır. Oğuz meşələrinin qorunması
üçün demək olar ki, kompleks tədbirlər
görülür. Təkcə son üç ayda rayon icra hakimiyyəti
yanında keçirilən şura
yığıncağında bu məsələ iki dəfə
müzakirə olunub. Konkret tapşırıqlar verilib. Rayon
icra hakimiyyətinin şöbə müdiri Səyyaf Abbasovla
çox söhbət etdik. Bildirdi ki, bu gün də bəzi
ağzıgöyçəklər danışırlar ki,
guya neqativ hallar var. Tam səmimi deyirəm. Bu, belə deyil.
Düzdür, əvvəllər belə hallara rast gəlinib.
Buna müəssisəyə rəhbərlərin müvəqqəti
təyin edilməsinin də az təsiri olmayıb. Bu gün isə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
yeni rəhbər təyin edilib. Bacarıqlı kadrdır. Odur
ki, indi Oğuz meşələrində hər hansı
ağac kəsilmə hallarından söhbət gedə bilməz.
Hamı əl-ələ verib. Rayon rəhbərliyindən,
hüquq-mühafizə orqanlarından tutmuş ta sadə
insanlara qədər hamı həmrəydir.
Oğuzdan
yazıb yaddaşlara köçmüş, bu gün də
hamının sevinclə xatırladığı bir məsələnin
üstündən sükutla keçmək olmaz. 2007-ci ilin
mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rayonun Sincan kəndində Oğuz - Qəbələ
- Bakı su kəmərinin təməlini qoymasını
oğuzlular həmişə minnətdarlıqla yada
salırlar. Ötən il dekabr ayının 28-də bu
mühüm infrastruktur layihəsinin reallaşması,
sözün həqiqi mənasında, böyük, özü
də çox böyük bir uğura imza atmaq deməkdir.
Odur ki,
indi hansı oğuzlunu dindirsən yarızarafat,
yarıgerçək deyir: "Bakıya aydınlıq
Oğuzdan gedir".
Görürsünüzmü,
Oğuzda görülmüş işləri saymaqla qurtaran
deyil. Hələ bu harasıdır?! 2011-ci ildə oğuzlular
daha böyük layihələrə və uğurlara imza
atacaqlar. Bunu bizim hamımız həm görəcək, həm
də biləcəyik...
Yazmağı
bizdən, görmək istəyənlər isə gəlib
özləri baxsınlar...
İlqar HƏSƏNOV
Xalq qəzeti.-2011.- 3 fevral.- S. 6.