Nəsimi rayonunda Gənclər Günü qeyd edildi

 

Ölkəmizin hər yerində olduğu kimi, Bakının Nəsimi rayonunda da Gənclər Günü böyük təntənə ilə qeyd edildi. 152 nömrəli orta məktəbdə rayon gənclər və idman idarəsinin təşkil etdiyi tədbir dövlət himnimizin sədaları ilə başlandı.

 

Nəsimi Rayon Gənclər İdarəsinin rəisi Elbrus Abdullayev tədbiri açaraq gəncləri bayram münasibətilə təbrik etdi.

O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük qayğı göstərmiş, onların hərtərəfli inkişafı istiqamətində səyini əsigəməmişdir. 1996 - cı il fevralın 2 - də məhz ulu öndərimizin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikası gənclərinin 1 forumu keçirildi. Həmin forumda ümummilli liderimizin dərin məzmunlu nitqi gəncliyimizin fəaliyyət proqramına çevrildi, onları ölkəmizin ictimai - siyasi həyatında daha fəal olmağa ruhlandırdı. Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

Gənclərimizə göstərilən dövlət qayğısından danışan natiq dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan gəncələrinin hərtərəfli inkişafı, onların fiziki və mənəvi cəhətdən sağlam böyümələri üçün böyük işlər görür və bu gün gənclər siyasəti dövlətimizin prioritet istiqamətlərindəndir . Bu diqqət və qayğıdan ruhlanan Nəsimi rayonu gəncləri də möhtərəm Prezidentimiz İlham Əlievin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş uğurlu siyasətini tam dəstəkləyirlər.

Sonra 152 nömərəli orta məktəbin direktoru Gülarə Verdizadə, rayon şahmat- dama məktəbinin yetirməsi, gənclər arasında şahmat üzrə dünya çempionu Nərmin Kazımova və başqaları çıxış etdilər.Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbirə yekun vurdu.

Təhsil və idmanda fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edildi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 4 fevral.- S. 6.