Zəngilan rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr təhlil olunmuşdur

 

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl toplantı iştirakçılarının bir qrupu Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində olmuş, burada ulu öndərimizin abidəsini ziyarət etmiş, dahi rəhbərimizin ömür yolunu canlandıran filmə baxmışdır.

Yığıncaq Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Vəli Quliyevin hesabat məruzəsi ilə başlamışdır. Natiq 2010-cu ildə ölkəmizin sosial-iqtisadi həyatında əldə olunan uğurlardan danışmış, dinamik inkişafın təməlində Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin və mükəmməl idarəçilik məharətinin dayandığını vurğulamışdır.

Natiq çıxışında bildirmişdir ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2009-cu il tarixli fərmanın icrası ilə əlaqədar rayon icra hakimiyyətində təsdiq edilmiş planına əsasən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildə məcburi köçkünlərin 103 nəfəri yeni yerləri ilə təmin olunmuşdur. Son yeddi ildə isə bu rəqəm 1374 nəfər təşkil edir.

Bu mühüm Prezident fərmanının tələblərinə uyğun olaraq, ölkəmizdə dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlər rayon icra hakimiyyətində, onun yerli nümayəndəliklərində, habelə idarə-müəssisə və təşkilatlarında da əhval-ruhiyyəni xeyli yüksəltmiş və bir sıra müsbət işlərin görülməsinə yeni imkanlar açmışdır.

V.Quliyev göstərmişdir ki, 2009-cu ilin yekunları ilə əlaqədar keçirilən hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan problemlər rayon icra hakimiyyətində geniş müzakirə edilərək onların həlli istiqamətində konkret tədbirlər görülmüş, 2010-cu ildə əsas diqqət mövcud qüsur, nöqsan və çatışmazlıqların, habelə məcburi köçkünlərin həlli mümkün olan digər qayğılarının aradan qaldırılmasına yönəldilmişdir.

Rayon icra hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə Bakı Neft Kollecininkeçmiş Bakı Baş Tikinti İdarəsinin 5, 6, 7 saylı yataqxanalarında əsaslı təmir işləri görülmüş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında isə sıradan çıxmış elektrik xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Azərbaycan Dövlət Memartıq və İnşaat Mühəndisləri Universitetinin, Azərbaycan Tibbİqtisad universitetlərinin yataqxanalarında elektrik, su, qazkanalizasiya xətləri təmir olunmuş, habelə bir çox kütləvi məskunlaşma yerlərində toplanmış məişət tullantıları daxili imkanlar hesabına daşınmış, ərazilərdə təmizlik və abadlıq işləri aparılmışdır.

"2009-2015-ci illərdə əhalinin ərzaq məhsullarına etibarlı təminatına dair Dövlət Proqramının təsdiq edilmiş haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamında qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyəti öz vəzifələrini bu sərəncamın müddəaları baxımından hərtərəfli təhlil edərək fəaliyyətdə olan kənd təsərrüfatı müəssisələrinin rentabelli işləmələri üçün onlara imkan daxilində lazımi kömək göstərmişdir.

Rayon icra hakimiyyəti əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də məcburi köçkünlərin fərdi təsərrüfatlarının genişləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi diqqət ayırmışdır. Məhz bunun nəticəsidir ki, 2010-cu ilin yekunlarına görə rayonda iri buynuzlu mal-qaranın sayı 489, qoyun-keçilərin sayı isə 4016 başa, ət istehsalı 42,9 ton, süd istehsalı 48 ton, yun istehsalı 4,9 ton, yumurta istehsalı isə 316 min ədədə çatmışdır ki, bu da ötən ilə nisbətən artıqdır.

Natiq çıxışında daha sonra demişdir:

- İşsizliyin aradan qaldırılması üçün 2010-cu ildə bir sıra məqsədyönlü tədbirlər görülmüşdür. Rayon üzrə məşğulluq mərkəzində 150 nəfər qeydiyyata alınmış, onların 65 nəfəri işə düzəldilmiş, 2 nəfərinə isə işsizlik müavinəti verilmişdir. Kompyuterçi-dizayner kursunu bitirən 16 nəfərdən 4 nəfəri Texniki Universitetin idman sarayında keçirilən əmək yarmarkasında, 31 nəfər isə göndəriş almaqla işlə təmin edilmişdir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu mənada ulu öndərimiz Heydər Əliyevin təhsil sahəsində başladığı ardıcıl islahatlar Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni mərhələyə qaldırılmış, "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında ölçüyəgəlməz işlər görülmüşdür. Bu proqramı əldə rəhbər tutan rayon təhsil işçiləri ötən ili uğurlu nəticələrlə başa vurmuşlar.

V.Quliyev bildirmişdir ki, 2009-2010-cu dərs ilində rayonda 34 orta, 2 əsas, 1 ibtidai məktəb 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, təhsil nazirinin 12 yanvar müvafiq əmri ilə məktəbdənkənar müəssisənin 3-ü bir bazada - uşaq yaradıcılığı mərkəzinin tərkibində birləşdirilmişdir. Başa çatan tədris ilində bu məktəblərdə 4112 şagird təhsilə cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 812 nəfər müəllim məşğul olmuşdur. Hesabat ilində attestat alan 211 nəfərdən 104 nəfəri ali təhsil ocaqlarına, 26 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Məzunların 18 nəfəri 500-700 arası bal toplayaraq respublikada yüksək nəticə əldə edənlər sırasında layiqli yer tutmuşlar.

2009-2010-cu tədris ilində məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, onlar lazım olan inventar avadanlıqlarla təmin edilmişdir. Şagirdlərin dərsliklərlə təminatı günün ən vacib məsələsi olmuşdur. 2010-cu ildə 659 ədəd dərslik, 1-ci sinif şagirdləri üçün Heydər Əliyev Fondu tərəfindən verilmiş içərisində dərs ləvazimatları olan 370 ədəd çanta, I-IV siniflər üçün nəzərdə tutulmuş 448 ədəd geyim dəsti şagirdlərə paylanmışdır.

Rayon gənclərinə il ərzində əlverişli yaradıcı fəaliyyət şəraitinin yaradılması istiqamətində yaxından köməklik göstərilmişdir.Bu sahədə futbol, şahmat, tenis üzrə məktəblilərin spartakiadasını, "Cəsurlar" "Şahin" hərbi idman oyunlarını, breyn-rinqlik yarışmasını, "Xəmsə" milli intellektual oyununu, habelə rəsm, şeir, musiqi müsabiqələrini xüsusi qeyd etməyə dəyər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinin qarşısında qoyduğu məsul vəzifələrin icrası baxımından 2010-cu il rayon gəncləri üçün daha əlamətdar olmuşdur. İli böyük qələbələrlə başa vuran idmançılarımız respublikada keçirilən müxtəlif yarışlarda 37 medal, o cümlədən 13 qızıl, 14 gümüş, 10 bürünc medal qazanmışlar.

Ölkə başçısı cənab İlham Əliyevin respublika əhalisinin, xüsusilə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində verdiyi fərman sərəncamlar rayonumuzun aidiyyatı idarə müəssisələrində böyük məsuliyyət hissilə icra olunaraq öz həllini tapır.

V.Quliyev daha sonra bildirmişdir ki, 2010-cu hesabat ilində sosial müdafiəyə ehtiyacı olan ailələrə qayğı diqqət artırılmış, bütövlükdə 982 nəfəri özündə birləşdirən 208 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, təqaüd müavinətlər vaxtlı-vaxtında ödənilmiş, habelə 19 nəfər əlil pulsuz putyovkalarla təmin edilərək müalicə üçün sanatoriyalara göndərilmişdir.

Hesabat ilində vətəndaşlardan rayon icra hakimiyyətinə 880 müraciət daxil olmuşdur. Bu müraciətlərə həssaslıqla yanaşılmış, əhalini narahat edən qayğı problemlər mövcud imkanlar çərçivəsində baxılaraq qanuni həll edilmiş, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara vaxtında yazılı məlumatlar verilmişdir.

Ötən il bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə əlavə tədbirlər müəyyənləşdirilmiş, rayonun idarə-müəssisə təşkilatlarının, habelə ərazi icra nümayəndəliklərinin iştirakı ilə başçının səyyar qəbullarının keçirilməsinə xüsusi yer ayrılmışdır. Bütövlükdə 2010-cu ildə rayon icra hakimiyyəti başçısının 45 səyyar qəbulu keçirilmiş, burada 2236 vətəndaş dinlənilmiş, ortaya çıxan sosial-məişət problemlərinin 70 faizi yerindəcə həll edilmiş, bununla da əhalinin bir sıra haqlı narazılıqlarına son qoyulmuşdur.

Hesabat məruzəsi ətrafında müzakirələrdə rayon maliyyə şöbəsinin rəisi Fuad Bəşirov, təhsil şöbəsinin müdiri Zakir İbrahimov, polis şöbəsinin rəisi Səyəddin Səfərov, habelə rayon sakinləri Nazim Dünyamalıyev, Saray Quliyeva, Nazim Mehdiyev başqaları çıxış etmişlər.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev Milli Məclisin deputatı İmamverdi İsmayılov iştirak çıxış etmişlər.

Sonda yığıncaq iştirakçılarının ölkə Prezidenti İlham Əliyevə müraciəti qəbul olunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 9 fevral.- S. 5.