Qanunların aliliyi hərtərəfli inkişafa təminat yaradır

 

Azərbaycanın sürətli iqtisadi inkişafı artıq beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Son 10 illik iqtisadi göstəriciləri diqqətlə nəzərdən keçirdikdə bir daha məlum olur ki, bu dövrdə real artım 4 dəfə olmuş, dövlət büdcəsi 15 dəfəyə qədər, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. 2009-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş bununla da ölkəmiz dünyada lider dövlətə çevrilmişdir.

 

Azərbaycanda gedən inkişaf bütün sahələr üzrə özünü büruzə vermişdir. Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri dünyanın mötəbər beynəlxalq təşkilatlarının da hesabatlarında öz əksini tapmışdır. Bunu faktlarla əsaslandırmaq istərdik. 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci olmuşdur. Azərbaycan makroiqtisadi sabitlik üzrə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Rotings" Agentliyi Azərbaycana ilk dəfə olaraq investisiya reytinqi vermişdir. Belə faktlardan çox sadalamaq olar. Bütün bunlar bir daha təsdiqləyir ki, iqtisadiyyatımız və ölkədə aparılan iqtisadi-sosial islahatlar yüksələn xətt üzrə inkişaf edir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması müasir tələblərə cavab verən yeni müəssisələrin yaradılmasında, işsizlik probleminin aradan qaldırılmasında çox böyük rol oynamışdır. Son yeddi ildə 900 mindən artıq yerinin yaradılması da bunu təsdiqləyir. Ölkə iqtisadiyyatının sürətli inkişafında, beynəlxalq standartlara cavab verən yerlərinin açılmasında sahibkarlığın rolu xüsusi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyev sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayıb, bu sahədə aparılan əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılıması ilə əlaqədar qətiyyətli addımlar atıb.

Dövlətimizin başçısı fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərində sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxladığını bir daha vurğuladı. Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Azərbaycan Prezidenti dedi: "Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə, siyasi dəstək çox vacibdir".

Qeyd edək ki, ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 milyon manat kredit verilmişdir. Bu kreditlərin, demək olar ki, 99 faizdən çoxu bölgələrdə fəaliyyət göstərən sahibkarlara verilmişdir. Məhz həmin kreditlərin hesabına yüzlərlə müəssisə yaradılmış, regionda yaşayan insanlar işlə təmin olunmuş, həyat səviyyəsi yüksəlmişdir.

Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Regionlarda yeni müəssisələrin yaradılması, yerlərinin açılması üçün sahibkarlara hər cür şərait yaradılıb. Bir faktı qeyd etməklə dediklərimizi əsaslandırmaq istərdik. Hamısı regionlarda olmaqla 1430 investisiya layihəsi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilib. Regionlarda 14 taxıl anbarı kompleksi və 25 müasir soyuducunun yaradılması aqrar sektorun inkişafında böyük rol oynayacaq. Ümumiyyətlə, ölkə iqtisadiyyatının daha da gücləndirilməsində, işsizlik probleminin aradan qaldırılmasında və yoxsulluğun səviyyəsinin azaldılmasında azad sahibkarlıq fəaliyyətinin böyük rolu var.

Təəssüf edirik ki, bəzi qurumların nümayəndələri heç bir əsas olmadan sahibkarlıq fəaliyyətinə müdaxilə edir, lazımsız yoxlamalar aparmaqla narazılıq yaradırlar. Prezdentimiz İlham Əliyev sahibkarlıq fəaliyyətinə mane olan lazımsız yoxlamalar aparılmasının qarşısının alınması ilə əlaqədar müvafiq göstərişlərini verib. Lakin bəzi təşkilatların nümayəndələri öz maddi maraqlarını üstün tutaraq hələ də sahibkarlıq fəaliyyətinə müdaxilə edir, ədalətsiz hərəkətlərə yol verir, onların öz fəaliyyətlərini daha da genişləndirməsi qarşısında süni əngəllər yaradırlar. Lakin bütün bunların qarşısı həmişə yüksək səviyyədə alınıb. Son vaxtlar bu sahə xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Dövlətimizin başçısı respublikamızın qərb bölgəsinə səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşərkən də bu məsələni xüsusi vurğulayaraq dedi: "Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür, səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır".

Azərbaycanın Avropayadünya birliyinə inteqrasiyasının daha da sürətləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə demokratik dövlət imicini qazanıb. Qəbul olunan qanunların dünya standartlarına uyğunlaşdırılması, insanları narahat edən neqativ halların aradan qaldırılması, süründürməçiliyin qarşısının alınması, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin aparılması istiqamətində qanunvericilik bazası daha da möhkəmləndirilir, mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Ölkəmizin müasirləşdirilməsi, bütün cəhətlərdən - həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması üçün neqativ halların aradan qaldırılması prioritet məsələlərdəndir. Xüsusilə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq vacibdir. Çünki bu məsələ insanları hər zaman narahat edir.

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün bir sıra qanunlar qəbul olunmuş, bu sahə ilə bilavasitə məşğul olmaq üçün komissiya və idarə yaradılmışdır. 2005-ci il yanvarın 1-dən "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. 2005-ci il mayın 3-də isə "Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişbuna uyğun olaraq korrupsiyaya qarşı mübarizə üzrə Komissiya yaradılmışdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi Komissiya mütəmadi olaraq toplantı keçirir, korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün müvafiq tapşırıqlar verir. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsinin yaradılması da bu sahənin dövlətin diqqət mərkəzində olmasından xəbər verir.

Bu il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının geniş iclası keçirilmişdir. 2010-cu ildə komissiyanın fəaliyyətinin yekunlarına və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantıda inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin olunması, qiymətlərin süni şəkildə şişirdilməsinin cilovlanması və digər neqativ halların aradan qaldırılması müzakirə olunub. Həmçinin ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddisistemli aidiyyəti orqanların əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir. Beləliklə, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilmiş, bir sıra dövlət məmurlarına qarşı ciddi tədbirlər görülmüşdür. Dövlətimizin başçısı respublikamızın qərb bölgəsinə səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı bir daha vurğuladı ki, ölkədə icitimai nəzarət daha güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır.

Təbii ki, qətiyyətli siyasi iradənin olması, insanları narahat edən neqativ halların, nöqsanların aradan qaldırılması istiqamətində mübarizənin getdikcə genişlənməsi xalqın qanunların aliliyinə inamını daha da artırıb.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 12 fevral.- S. 6.