Erməni qəddarlığı və saxtakarlığı

 

"Ermənistanın yaraları" əsərinin müəllifi Xaçatur Abovyan dəfələrlə demişdir ki,erməni xalqının başına gələn bəlalar öz başçılarının səhv hərəkətlərinin nəticəsidir. Məhz buna görə də onu 1848-ci il aprelin 14-də öldürdülər, meyidini də gizlətdilər. Qohumları yazıçının meyidini aylarla axtarsalar da tapa bilmədilər.Ümumiyyətlə, bu xalq kölə xislətlidir,aralarındakı müstəqil düşüncəli şəxsləri mütləq ölüm gözləyir. Belə olmasaydı, 1999-cu ilin oktyabrında Robert Koçaryanın gizli əmri ilə 7 siyasi xadim (K.S.Dəmirçiyan, A.Sarksiyan və başqaları) güllələnərdilərmi?

 

İndi bu xalqın başçısı Serj Sarkisyan deyir ki, 100 il bundan qabaq Zaqafqaziyada, xüsusilə Ermənistanda Azərbaycan xalqı yox idi. Bəs bu yerlərə Azərbaycan dilində Basarkeçər (indi Vardenis), Zəngibasar (Masis), Dəmirli (Artaşat), Vedi (Ararat), Calaloğlu (Stepanavan), Hacı Həzər (Kamo), Əbilkənd (Kalinin), Molla Dursun (Şaumyan), Qurduqlu (Oktemberyan), Karvansara (İcevan), Ağbaba (Amasiya), Ağgül (Ani), Ellər (Abovyan), Allahverdi (Tumanyan), Qarakilsə (Kirovakan), Tovuzqala (Berd), Hamamlı (Spitak), Alagöz (Araqats), Üçkilsə (Eçmədzin) və onlarca başqa adları kim qoymuşdu ki, son illərdə mötərizədəki təzə adlarla dəyişdirildi...

Bununla əlaqədar bəzi tarixi faktları xatırlatmaq yerinə düşər. 1863-cü ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyəti üçün hazırladığı memorandumda yazırdı: "Farsların Azərbaycan kimi tanıdığı ölkə 1828-ci ildə rus-iran müharibəsindən sonra onlarla (İran ilə) Rusiya arasında bölünmüşdür.Azərbaycanın ərazisi 80.000 kvadrat mildir (bir ingilis mili 1609 metrdir),yəni 129000 kvadrat kilometrdir,başqa sözlə, Böyük Britaniya ərazisi qədərdir. Bu ərazinin 5/8 hissəsi Rusiyaya, qalanı İrana məxsusdur. Azərbaycan şimaldan və şimal-şərqdən Xəzər sahilində Bakı ətrafına qədər uzanan Qafqaz dağları ilə həmsərhəddir.

Qərbdə o hazırda Rusiyaya məxsus olan İmeretiya, Mingreliya, Quriya, Axıska əyalətləri; şərqdə Xəzər dənizi, cənubda isə sərhəd Muğan düzündən Talış mahalına qədər Arass (Araz) və Kiçik Astura (Astara) çayı ilə qeyd edilmişdir. Bu ölkəyə aşağıdakı ərazilər daxildir: Kaxetiya, Kartli, Somereta və Qazaxdan ibarət olan Qruziya və ya Gürcüstan, müsəlman vilayətləri: İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Auba, Salyan və talışın bir hissəsi (Keith E.Abbott Extracts from a memorandum on the country of Azerbaijan Prosedingsof the Royal Geographical society of London vol 8, №6, 1863-64 p.275-79, http://www.jstor.org/pss/1799149

Ermənilər yalandan bütün dünyanı inandırmağa çalışırlar ki, Qarabağ əhalisinin 90 faizi tarixən ermənilərdən ibarət olmuşdur. Rus coğrafiyaçısı M.A.Skibitski 1899-cu ildə "Tiflisdə yay və qış otlaqlarının quruluşu və Qafqazda heyvandarlığın öyrənilməsi haqqında məlumatlar" kitabında 10 verstlik miqyasla (indiki 1:420000 nisbətində) Qarabağın kənd və yaylaqlarının dərəcə, dəqiqə və saniyə ilə dəqiq xəritəsini çəkmiş və buradakı kəndlərin ailələrinin (tüstülərin) sayını göstərmişdir.

Onun yazdığına görə, burada 452 kənddə 26038 tüstü (ev) var idi. Bu evlərin 18919-da Azərbaycan türkləri (72,5 faiz), 3510 evdə kürdlər (13,5 faiz), 3408 evdə ermənilər (13 faiz), qalan 1 faiz isə tatlar idi.

1911-ci ildə rus mütəxəssisi N.Y.Şavrov (Novaya uqroza russkomu delu v Zakavkaziye. Sankt-Peterburq, 1911, səh. 59-61) yazırdı: "Hazırda Zaqafqaziyada yaşayan 1,3 milyon ermənidən 1 milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir.Onlar əsasən ermənilərin sayının cüzi olduğu Yelizavetapol (Gəncə), İrəvan quberniyalarının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilində məskunlaşdırılmışdır".

1978-ci ildə Aşıq Ələsgərin oğlu Talıb əmi 101 yaşında mənə deyirdi ki,ermənilər buralara köçürüləndə onun 10-12 yaşı var imiş."Əvvəlcə bizlə yaxşı dolanırdılar, qandan qorxurdular, toyuq da kəsmirdilər. Amma 1905-ci ildə ara qarışanda hərəsinin evindən bir qoşa lülə rus tüfəngi və bir meşok güllə çıxdı. 1905 -ci və 1918-ci illərdə buralarda çox müsəlman qırdılar. Bu xalq çox zalım və qəddardır".

Aşıq Ələsgərin və oğlu Talıbın gözləri qarşısında Basarkeçərdə olan bu qəddarlığı tarixçi A.Lalayan jurnalda (Revolyusionnıy Vostok, №2-3,səh. 92, 1936) daşnak komandirinin dilindən belə yazmışdır: "Mən Basarkeçər türklərini heç nəyə baxmadan kütləvi məhv edirdim. Bəzən gülləyə heyfim gəlirdi. Onda yaralıları, qaça bilməyən uşaqları, qocaları, qadınları dərin quyuya doldurub üstündən iri daşlar tökdürüb it kimi məhv etdirirdim".

1919-cu ilin mayında Səməd ağa (el arasında Səmənd ağa deyirdilər), Aşıq Nəcəf, Hacı İsmayıl və başqaları ermənilərlə barışığa getdilər.Bu da təsadüfi deyildi.Çünki ermənilərdə rus silahı çox, azərbaycanlılarda isə az idi .Lakin xəyanətkar ermənilər onları işgəncə ilə öldürdülər, meyidləri də vermədilər. 1950-ci illərdə ekskvatorçu yer qazarkən insan sümüklərinin üzə çıxdığını görür. Bu xəbəri Basarkeçər rayon partiya komitəsinin katibi Tapdıq Əmiraslanova çatdırırlar. Tapdıq müəllim xəlvətcə tapşırıq verir ki, sümükləri yığın, qəbiristanlıqda basdırın ...

V.L.Veliçko yazır ki, (Kavkaz. Russkoe delo i mejduplemennıye voprosı, S.Peterburq, 1904, səh. 64) ermənilər təkcə qonşulara deyil, həm də öz xalqına qarşı çox qəddardırlar. Belə olmasaydı, məşhur yazıçıları Xaçatur Abovyanı 1848-ci ildə (43 yaşında), şair Egişe Carensi 1937-ci ildə (40 yaşında) öldürərdilərmi? 1999-cu ildə 7 siyasi xadimi (K.Dəmirçiyan, A.Sarksiyan və s.) deputatlar qarşısında gülləbaran edərdilərmi,yaxud E.Qriqoryan 1988-ci ildə Sumqayıtda 6 ermənini ət baltası ilə doğrayardımı?

Sumqayıt hadisələrinin təşkilatçıları Tsaturyan (Dövlət Təhlükəsizlik Komitəsinin podpolkovniki) və E.Qriqoryan idi (üçüncü erməninin soyadı açılmadı, sirli qaldı). Sumqayıtda istintaqa isə V.Kaliniçenko rəhbərlik edirdi. O, işi ədalətlə aparırdı, təşkilatçıların isə ermənilər olduğu bilinirdi. Nədənsə onu bu işdən uzaqlaşdırıb yerinə Vladimir Qalkini gətirdilər, bundan sonra cinayəti törədən ermənilər haqqında mətbuatda heç nə deyilmədi. Ona sual verdilər ki, 6 erməni öldürən E.Qriqoryan haqqında heç bir şey yazılmır. Üstümüzə qışqırdı ki, çıxın gedin, siz cinayətin gedişini bilmirsiniz...

İsveç fotoreportyoru Artaşes Qabrielyan haradan bilirdi ki, 28 fevralda qırğın olacaq, hadisədən iki gün qabaq Sumqayıtda gəzirdi.O, İsveç televiziyasında martın 3-də çıxışında bildirdi ki,azərbaycanlılar erməni Mişanı və arvadını öldürmüş, qızını isə əvvəlcə zorlamış, sonra başını kəsib kabab bişirmişlər.

Azərbaycan xalqı əleyhinə belə iyrənc və saxta verilişlər Fransa, Danimarka, Rusiya və başqa ölkələrin televiziyaları tərəfindən də verilirdi.

Yuxarıda adıçəkilən Tsaturyan sonralar Özbəkistanda Fərqanə hadisələrində fəal iştirak edərək özbəkləri Mesxeti və Axıska türklərinin üzərinə qaldırıb 112 adam öldürtdü ...

Rusiya Sosial-Demokrat Partiyasının sədri V.Jirinovski "Ədalətli Rusiya" Partiyasının üzvü deputat Semyon Baqdasarovla 2010-cu ilin martında mübahisə zamanı dedi ki,söz azadlığı hamı üçündür,bu,təkcə baqdasaryanlara aid deyil... Sumqayıtda necə qırğın törətdiniz?!.Qoy Mironov onun partiyasında kimlər olduğunu araşdırsın... Bəli, görünür, rus ziyalıları Sumqayıt hadisələrinin kimlər tərəfindən törədildiyini bilirdilər, amma mətbuatda təəssüf ki, əksini yazırdılar.

Erməni tarixçisi V.İşxanyan 1916-cı ildə (Narodnosti Kavkaza. Petroqrad, 1916,səh.23) yazırdı: "Ermənilərin həqiqi vətəni Rusiya sərhədindən çox uzaqda, Kiçik Asiyada olmuşdur. Oradan narazılığa görə Türkiyə və İrana köçürülmüşlər. Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi aborigenlərdir-qədim xristian albanların törəmələridir, bir hissəsi isə Türkiyədən və İrandan qovulan ermənilərdir. Azərbaycan xalqı torpaqlarını ermənilərə verərək onları təqibdən və ölümdən xilas etmişdir".

1828-ci il müsəlmanların bayram günü-martın 21-də rus imperatoru I Nikolay öz fərmanı ilə əsrlər boyu Azərbaycana məxsus İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülən ermənilər üçün qondarma "Erməni vilayəti" yaratdı (Polnoe sobranie zakonov Rossiyskoy imperii (PSZRİ). Sobranie vtoroe, t. III, 1828, Spb. 1830, str. 272-73, AKAK, t. VII, dokument 437,səh. 487). 1828-ci ildə Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov imperatora yazırdı: "Əlahəzrət, heç bir vəchlə bu xalqı rus torpağında yerləşdirməyin, yoxsa bir neçə onilliklərdən sonra bunlar tarix quraşdıracaqlar ki, bu yerlər qədim erməni torpaqları olmuşdur". (A.S.Qriboyedov. Zapiski o pereselenii armyan iz Persii v naşi oblasti. http:/Feb-web.ru/Feb griboed/texts/Pik 3/34 v.3 htm).

Professor V.L.Veliçko tarixi faktları saxtalaşdırıb özləri üçün "qədim tarix" düzəltdiklərinə görə erməniləri "tarix quraşdıran xalq" adlandirmışdır (Veliçko, səh. 69).

Tarixi faktları saxtalaşdırdıqlarına görə, 1967-ci ildə Praqada orientalistlərin konfransında professor Boris Borisoviç Piotrovski erməni alimləri Ayvazyan və Mkrtıçyanı ciddi tənqid etmişdir."Adları çəkilən erməni alimləri XI əsr Atabəylər dövlətinə məxsus metal pulların bəzi yerlərini silib erməni heroqliflərinə oxşadaraq yazırdılar ki, ermənilər 2 min il bundan qabaq bu yerlərdə yaşayıblar". B.Piotrovski pulları numizmatika idarəsində yoxlatdıqda məlum olmuşdur ki, həmin pullar Azərbaycanın Atabəylər dövlətinə məxsusdur. Ayvazyan Praqadan qayıdan kimi vəziyyəti Ermənistan EA-nın prezidenti V.H.Ambarsumyana danışır. Bundan sonra V.Piotrovskini susdurmaq üçün 1968-ci ildə onu Ermənistan Elmlər Akademiyasına akademik seçdilər. 1988-ci ildə böyük alim gülümsəyərək xatırladırdı ki,bu, mənim SSRİ EA-na keçməyim üçün güclü təkan idi.Bundan sonra müəyyən müddət susdum və 1970-ci ildə mən SSRİ EA-ya akademik seçildim.Amma erməni tarixçilərinin saxtakarlığının artan miqyasını görüb 1971-ci ildə tənqidi məqalə yazdım. Bu məqalə Ermənistan EA-nın jurnalında (Dokladı AN Arm. SSR, obşestv. nauki, №3, səh. 4-6, 1971) çap olundu. Az sonra bütün jurnallar SSRİ kitabxanalarından yığışdırılıb yoxa çıxarıldı.

Ermənilərin diş-çənə sisteminin analizi göstərir ki, onlar Dağlıq Qarabağda aborigen deyillər (Etniçeskaya odontoloqya SSSR, M., 1979,səh. 135). Bundan əlavə Ermənistan qəbiristanlıqlarında tapılan kəllələrin baş göstəriciləri müasir erməni kəllələrinin quruluşundan tamamilə fərqlidir (Ə.Ə.Poçtinskiy, M.Q.Levin. Antropoloqiya, M., 1963, səh.390).Ümumiyyətlə,ermənilərin 16 antropoloji tipə məxsusluğu,başqa sözlə, erməni xalqının neçə xalqın törəməsi olması alimləri daim düşündürüb.1897-ci ildə "Murc" jurnalında "Armyane iz sıqan" məqaləsində yazılıb ki, ermənilər həm də qaraçılardan törəyiblər.Məsələn, professor Q.Patkanyan, şair Ələmdaryan, şair Hanesoqlu qaraçı köklü ermənilərdir...

Ermənistanın dövlət başçısı S.Sarkisyan "kəşf" edib ki,Qarabağ əhalisi min illər boyu yalnız ermənilərdən ibarət olmuş, türk-müsəlman tayfaları isə XVIII əsrin ikinci yarısından buraya köçməyə başlayıblar. Onların sayı ötən əsrin əvvəllərində yalnız əhalinin 5 faizini təşkil edirdi.Sarkisyan fikrinin sübutu kimi guya XVIII əsr türk mənbələrindən yararlandığını bildirmişdir. Halbuki türk arxivlərində ermənilərin Türkiyədən Qarabağa köçürülməsinə dair çoxlu faktlar mövcuddur.Xatırladaq ki, 1832-ci ildə İrandan və Türkiyədən 57 min erməninin Qərbi Azərbaycana, Qarabağa gətirilməsi və bu yerlərdən müsəlmanların köçürülməsi nəticəsində erməni ilə müsəlmanların sayı həmin ərazilərdə təqribən bərabərləşmişdir. Hətta bu köçmələrə baxmayaraq, XX əsrin əvvəlində də İrəvan müsəlman şəhəri olaraq qalırdı (Transcaucasia, Nationalizm and social change. Essays in the history of Armenia, Azerbaijan and Georgia 1996, P.77-80).

İsveç mütəxəssisi Svante Kornelə görə, Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 faizini (qalan 91faizini müsəlmanlar təşkil edirdi), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə 53 faizini təşkil edirdilər.

Sarkisyan isə həyasızcasına deyir ki, Qarabağa müsəlmanlar təqribən 100 il bundan qabaq gəliblər.Bəs belə idisə,onda 205 il bundan qabaq (1805-ci ildə) Qarabağın Rusiyaya birləşməsi müqaviləsinə İbrahim Xəlil xan (Qarabağ xanı) və Rusiya tərəfdən general Pavel Sisianov niyə qol çəkdilər (əgər Sarkisyanın dediyi kimi erməni var idisə, niyə onlar qol çəkmirdilər?).

Haylar (ermənilər) əhalisi türk olan Cənubi Qafqaza köçənədək Van gölü ətrafında yaşayıblar. Bura ermənilər Balkanlardan (Frigiyadan) köçüb gəlmişlər. Qədim yunan tarixçisi Herodot yazdı ki, ermənilərin əcdadları Frigiya torpaqlarından köçürülmüşlər (Qerodot İstoriya v devyati kniqax, L., 1972,səh. 334). "Erməni xalqının tarixi" kitabının redaktoru

M.G.Nersesyan yazır: "Dəniz xalqlarının böyük köçürmə dövründə (eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara qohum olan frakiya-frikiya tayfaları ilə birlikdə Kiçik Asiyaya gəlmişlər" (İstoriya armyanskoqo naroda s drevneyşix vremen do naşix dney. İrəvan, 1980,səh. 27). A.Pastermaçyan da bu faktı təsdiq edir. O hesab edir ki, Hind-Avropa mənşəli frikiya tayfalarından biri kimi ermənilərin Balkanlardan Kiçik Asiyaya köçməsi elm aləmində sübut olunmuş faktdır. (A.Pastermadjian Historic de l.Armenia. Paris, 1949, p.23). Onun fikrincə, köçmə hadisəsi bizim eradan əvvəl XII əsrdə yox, VII-VI əsrdə baş vermişdir. Bu fakt əksər tarixçi alimlər tərəfindən təsdiqlənmişdir.

1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan Şah erməni katalikosunun mərkəzini Kilikiyanın Sis şəhərindən Üçmədzinə (Eçmədzinə) köçürməyi əmr etdi. 1519-cu ildə İrəvan xanlığının bəylərbəyi Rəvanqulu xan Şah İsmayıl Xətaiyə yazırdı: "Əziz şahım, əmrlərinizə tabeyəm, qərarlarınız ədalətlidir. Xatırladım ki, erməni kilsəsi buralara çoxlu erməni köçürüb yerləşdirir. Bu xalq xətakardır, gələcəkdə xalqımıza zərər dəyə bilər". Şah İsmayıl bu xalqın azsaylı və qorxaq olduğunu nəzərə alaraq məktuba cavab verməmişdir.

1918-ci ildə ermənilər paytaxt olmadan Rusiyanın köməyi ilə dövlət yaratdılar. Böyük dövlətlərin (Rusiya, Fransa, İngiltərə) təzyiqi və ermənilərin Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmayacağı nəzərə alınaraq 1918-ci ilin mayın 29-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski məsləhət bildi ki, İrəvan xanlığı ermənilərə verilsin.Sonralar Göyçə mahalı, Zəngəzur, Mehri və başqa ərazilər də addım-addım ermənilərə verildi. İndi isə bizdən Qarabağı qoparmaq istəyirlər...

S.Sarkisyan yalandan deyir ki,Stalin Dağlıq Qarabağı ermənilərə vermədi.Halbuki əsl həqiqət belədir- 1921-ci il iyun ayının 4-də o, Qafqaz bürosunun Dağlıq Qarabağla əlaqədar plenumunu (iclasını) keçirdi. İclasda Stalin, Kirov, Fiqatner, Orconikidze, Myasnikyan Dağlıq Qarabağın Ermənistana verilməsi lehinə,Nərimanov, Nazaretyan və Maxaradze isə əleyhinə səs verdilər. Nərimanov və Maxaradze çıxış edərək göstərdilər ki, ermənilər Qafqaza 90 ildir köçüb gəliblər, bu qərar xalqa elan edilsə, güclü qırğın ola bilər.Bundan sonra ikinci dəfə səsvermədə Kirov, Orconikidze, Myasnikyan və Fiqatner Dağlıq Qarabağın Ermənistana verilməsinə razılıqlarını bildirdilər.Təkcə Stalin neytral qaldı. Nərimanov, Nazaretyan və Maxaradze Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verdilər. Nəhayət, axşam Nərimanov V.Leninlə əsaslı danışıq apardıqdan sonra, ertəsi gün (5 iyun) yenidən plenum (iclas) çağırıldı və haqlı olaraq ermənilərin və müsəlmanların razılığı ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində qaldı...

 

 

Həsən HƏSƏNOV,

Sumqayıt Dövlət Universitetinin dosenti

 

Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 4.