Dövlət Dəniz Administrasiyası ötən ili uğurla başa çatdırmışdır

 

Dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikası dövlətinin nisbətən yeni strukturlarındandır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında əsasnamə"yə əsasən fəaliyyət göstərən Dövlət Dəniz Administrasiyasının kollektivi ötən ili uğurla yola salmışdır.

 

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə Dövlət Dəniz Administrasiyasında çalışan dövlət qulluqçularının vəzifə təlimatlarının razılaşdırılmış yeni variantı hazırlanmış və şəxsi işlərin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunununbu sahədə digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq aparılması təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün fəaliyyət planı"nın 19-cu bəndinə 2010-cu il mayın 5-də Dövlət Dəniz Administrasiyasında çalışan dövlət qulluqçuları üçün "Peşəkarlıq və fərdi məsuliyyətin artırılması" mövzusunda və 2010-cu il dekabrın 9-da "Korrupsiya ilə əlaqədar hüquqpozmalarbu hüquqpozmalara görə məsuliyyət" mövzusunda treninqlər keçirilmişdir.

Fəaliyyət planına uyğun olaraq, Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, korrupsiyaya şərait yaradan halların aşkar edilməsi və onların aradan qaldırılması, habelə dəniz nəqliyyatı sahəsində baş verə biləcək və baş vermiş fövqəladə halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün dəniz nəqliyyatı müəssisələri, digər təşkilatlar və vətəndaşlarla operativ əlaqənin yaradılması məqsədilə administrasiyada "Qaynar xətt" rabitə əlaqəsi fəaliyyət göstərir.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyasına etik davranış qaydalarının pozulması ilə əlaqədar şikayət daxil olmamış və burada çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması hallarına rast gəlinməmişdir.

Administrasiyanın aparatında çalışan dövlət qulluqçularının təlim-tədrisi ilə bağlı məsələlərə xüsusi diqqət ayrılmışdır. 2010-cu il ərzində administrasiyanın əməkdaşları 11 beynəlxalq təlimdə və 20-dən çox beynəlxalq tədbirdə iştirak etmişlər ki, bütün bunlar qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına xidmət etməkdədir. Əməkdaşlar ezamiyyələrə göndərilərkən onların qulluq funksiyalarına və xarici dilləri bilmələrinə əhəmiyyət verilmişdir. Əməkdaşların xarici dil öyrənmələrinə daxili imkanlar hesabına şərait yaradılmışdır.

Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübənin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırmışdır. Administrasiya ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olmuş, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi beynəlxalq qurumlarla əlaqələrini genişləndirmişdir.

Bununla yanaşı, Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüş, Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilməsi üzrə layihə hazırlanmışdır.

Eyni zamanda, Dövlət Dəniz Administrasiyasının təşəbbüsü ilə 5 mart 2010-cu il tarixdə "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında" beynəlxalq konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə qanun qəbul olunmuşdur.

Dövlət Dəniz Administrasiyası həmçinin beynəlxalq layihələrdə də fəal iştirak etmişdir. Avropa qonşuluq və tərəfdaşlıq layihəsinin Azərbaycan üzrə fəaliyyət proqramı çərçivəsində "Dəniz təhlükəsizliyi sahəsində beynəlxalq normaların Azərbaycan Respublikasının qanunvericiliyinə tətbiqi" layihəsi Dövlət Dəniz Administrasiyası tərəfindən tvinninq layihəsi olaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir. Qeyd edilən layihə, adıçəkilən nazirlikdə fəaliyyət göstərən tvinninq əməliyyatlarının proqram əlaqələndirmə qurumu tərəfindən avropalı ekspertlərlə birlikdə təhlil edilmiş və həmin layihənin tvinninq alətinin tətbiqi imkanları baxımından mümkün sayılaraq Avropa Komissiyası tərəfindən maliyyələşdirilməsi üçün təqdim olunması məqsədəmüvafiq hesab edilmişdir.

Administrasiya öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi yer ayırmışdır. Belə ki, yaxın dövr ərzində, "Suriya Gəmiçilik Palatası və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmış, "Azərbaycan Respublikası hökuməti ilə İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət gəmiçiliyi haqqında saziş", "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında saziş" və "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında saziş" layihələrinin aidiyyəti dövlət orqanları tərəfindən təqdim olunmuş rəy və təklifləri nəzərə alınmaqla ümumiləşdirilmiş son variantları hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin, "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair saziş" layihəsinin aidiyyəti dövlət orqanları tərəfindən təqdim olunmuş rəy və təkliflər nəzərə alınmaqla ümumiləşdirilmiş son variantı hazırlanaraq qarşı tərəfə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur. Hazırda yekun variantın hazırlanması işləri başa çatdırılmışdır.

Eyni zamanda, "Azərbaycan Respublikası nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında əsasnamə" hazırlanmış, Dövlət Dəniz Administrasiyasının 26 avqust 2010-cu il tarixli əmri ilə təsdiq edilmiş və 8 sentyabr 2010-cu il tarixdə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

Bununla yanaşı, "Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması qaydaları" hazırlanaraq təqdim edilmiş və Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq olunmuşdur.

Hesabat ili ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması və gəmi sənədlərinin verilməsi işi müvəffəqiyyətlə icra edilmişdir. Belə ki, qeyd olunan dövr ərzində administrasiya tərəfindən 119 gəmiyə Azərbaycan Respublikasının dövlət bayrağı altında üzmək hüququ haqqında, 93 gəmiyə mülkiyyət hüququ haqqında, 45 gəmiyə minimum heyət tərkibi haqqında, 146 gəmiyə neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə, 120 gəmiyə əmniyyətli idarəetmə haqqında şəhadətnamə, 30 gəmiyə bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat verilmiş və 127 gəminin "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi" dəyişdirilmişdir. "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olaraq, 5 gəmiçilik şirkətinə "Uyğunluq haqqında sənəd" verilmişdir. 6 müxtəlif təyinatlı gəmi, səyyar üzən qazma qurğuları Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış və onlara müvafiq şəhadətnamələr verilmişdir. Bundan əlavə, "Caspian Protector", "Caspian Power" "Caspian Supporter" gəmiləri Berbout-çarter reyestrində qeydiyyata alınmışdır.

2010-cu il ərzində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Ordubad", "Vaqif", "Qəhrəman Hüseynov", "Mühəndis Mustafa Əli", "General Mehmandarov", "Qəhrəman Həsənov" "Koroğlu" gəmilərinin dok üzmə müddətinin "Qarabağ", "Zəngilan" gəmilərinin isə klass üzmə müddətinin artırılmasına icazə verilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-1", "Dağıstan", "Akademik Həsən Əliyev", "Naxçıvan", "Professor Gül" "Azərbaycan" gəmi bərələrində "Dənizdə İnsan Həyatının Mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın (SOLAS-74) II-2-ci fəslinin təhlükəli yüklərin daşınması haqqında tələbləri nəzərə alınmaqla, "Dəniz Yolları ilə təhlükəli zərərli yüklərin daşınması haqqında Beynəlxalq Məcəllə"nin (IMDG Code) tələblərinə uyğun olaraq 2.1-ci, 2.2-ci, 3-cü təsnifata daxil olan təhlükəli yüklərin (alışma temperaturu 23 dərəcədən az olmayan 61 dərəcədən çox olmayan həddə propan, butan, xam neft) vaqonlar vasitəsilə daşınmasına icazə verilmişdir.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin "Şirvan" gəmisinin "qara qutu" adlanan S-VDR avadanlığının "Hard disk" hissəsi zədələndiyindən adıçəkilən gəminin yeni S-VDR avadanlığı ilə təchiz edilənədək, yəni 2010-cu il iyunun 30-dək istismarına icazə verilmişdir.

Eyni zamanda, donanmaya məxsus Azərbaycan Respublikasının ərazi sularından kənara çıxan gəmilər istisna olmaqla, Xəzər Dəniz Neft Donanmasının digər gəmilərində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) nəşrlərinin əvəzinə Xəzəryanı dövlətlərin ərazilərində yerləşən rabitə məntəqələrinin siyahısını əhatə edən çıxarış-kitablarının istifadə edilməsinə icazə verilmişdir.

Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilərdə GPS, ikitərəfli ultra qısa dalğalı (UQD) radiostansiyalar, radiobuylar, radar cavabvericisi, Avtomatik İdentifikasiya Sistemi, Qlobal Dəniz Fəlakəti Əmniyyətli Rabitə Sistemi, Gəmi Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllə üzrə "Gəmi Təhlükəsizlik Xəbərdarlığı Sistemi" avadanlıqları ilə təchiz edilməsi müddətinin 31 dekabr 2010-cu il tarixədək artırılmasına icazə verilməsi barədə qərar qəbul edilmişdir.

Azərbaycan Respublikasının bayrağı altında üzən 9 gəmiyə xüsusi heyətin ya sərnişinlərin daşınmasına icazə verilmişdir.

Müqaviləyə əsasən "Bue Caspian Limited" tərəfindən istismar olunan "Yarenga" gəmisində xilasedici qayıq göyərtəsində yerləşən kiçik anbarlarla tibb otağının arakəsməsi götürülərək həkimlər üçün otağın böyüdülməsinə, elektrik mexanikinin bosmanın yuyunma otaqlarının arakəsməsi götürülərək daha geniş gigiyenik otağın yaradılmasına icazə verilmişdir.

"Dənizdə İnsan Həyatının Mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya (SOLAS-74) eyni zamanda "Dənizin gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya"ya (MARPOL73/78) əməl edilmiş, 2010-cu ildə qüvvəyə minmiş 2011-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan əlavə düzəlişlər haqqında Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərə, idarələrə, təsnifat cəmiyyətlərinə müvafiq məlumatlar göndərilmişdir.

Dövlət Dəniz Administrasiyasının əməkdaşları tərəfindən 2010-cu il ərzində 104 gəmidə (bunlardan 42-si xarici dövlətlərin bayraqları altında üzən gəmilərdir) yoxlamalar aparılmışdır. Bu göstərici 2009-cu ildə 76 gəmi olmuşdur. Qeyd olunan yoxlamalar zamanı uyğunsuzluq aşkar edilmiş gəmilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxluq təşkil etmişdir.

Hesabat ili ərzində Azərbaycan limanlarında yoxlanılan Azərbaycan bayrağı altında üzən gəmilərin orta yaşı - 16 il təşkil etmişdir (2009-cu ildə - 18,86 il). Azərbaycan Respublikasının bayrağı altında üzən 62, Qazaxıstan Respublikasının bayrağı altında üzən 3, Türkmənistan Respublikasının bayrağı altında üzən 2, Rusiya Federasiyasının bayrağı altında üzən 26 İran İslam Respublikasının bayrağı altında üzən 11 gəmi yoxlanılmışdır. Yoxlamalar nəticəsində aşkarlanan uyğunsuzluqlar səbəbindən saxlanılan gəmilərdən 2-si Rusiya Federasiyasının bayrağı altında, 2-si İran İslam Respublikasının bayrağı altında, 20-si isə Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdir.

Azərbaycan Respublikasının bayrağı altında üzən 62 gəmidə aparılmış yoxlamalar nəticəsində 388 uyğunsuzluq aşkar edilmişdir. Bu uyğunsuzluqların çox hissəsi "Dənizdə insan həyatının mühafizəsi üzrə Beynəlxalq Konvensiya" (SOLAS-74) üzrə aşkarlanmışdır.

Hesabat dövrü ərzində 45 gəmidə ətraflı yoxlamalar həyata keçirilmişdir ki, bu da əvvəlki illə müqayisədə 87 faiz çoxdur.

2010-cu il ərzində Azərbaycan Respublikasının ərazi sularında dörd (4) qəza hadisəsi baş vermişdir: Bunlar "Tuğcemre" yaxtasının batması, "Svetlomor-2" gəmisində yanğın hadisəsi, "İran Moyen" gəmisinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının körpüsünə çırpılması Rusiya Federasiyasının bayrağı altında üzən "Orien-5" gəmisində matrosun ölümü hadisələridir. Qeyd edilən qəza hadisələrinin hər biri qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılmış müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövrü ərzində administrasiya Uzaq Məsafədən İzləmə Tanınma (LRİT) Milli Mərkəzinin yaradılması üzrə fəal addımlar atılmışdır. Belə ki, LRİT sisteminin layihələşdirilməsi üzrə işlər tamamlanmış, adıçəkilən mərkəzin fəaliyyətinin təmin olunması üçün avadanlıqlar alınaraq respublikamıza gətirilmiş, avadanlıqların quraşdırılması onlara texniki xidmət göstərilməsi üzrə müvafiq təcrübəyə yiyələnmək, habelə göstərilən avadanlıqları sınaqdan keçirmək məqsədilə administrasiyanın əməkdaşlarının istehsalçı şirkətlərin ərazisində yerləşdiyi dövlətlərə səfərləri təşkil edilmişdir.

 

 

Q.PİRİYEV

 

Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 3