Əfqanıstan
müharibəsi veteranı yubiley
medalı ilə təltif edilmişdir
Azərbaycan
Əfqanıstan Veteranları İctimai Birliyi 1999-cu ildə
Əfqanıstan müharibəsi veteranları,əlilləri və
həlak olanların ailələrinin problemlərinin həlli
məqsədilə yaradılmışdır.Birliyin üzvləri
ölkəmizin bütövlüyü uğrunda
döyüşlərdə fəal iştirak etmişlər.
Bunu
belə bir fakt da təsdiqləyir: Qarabağ uğrunda gedən
döyüşlərdə Əfqanıstan müharibəsi
veteranları cəbhədə göstərdikləri igidliklərə
görə xüsusi fərqlənmiş, onların 7 nəfəri
Azərbaycanın Milli Qəhrəmanı adına, 27 nəfəri
isə "Azərbaycan bayrağı" ordeninə layiq
görülmüşdür.Qarabağ müharibəsində
4200 nəfər Əfqanıstan müharibəsi veteranı
iştirak etmiş, onlardan 76 nəfəri həlak olmuş, 6
nəfəri itkin düşmüş,400 nəfəri əlil
olmuşdur.
Bütün bunlar barədə Binəqədi Rayon İcra Hakimiyyəti aparatında keçirilən tədbirdə ətraflı danışılmışdır.Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev qeyd etmişdir ki, sözügedən ictimai birlik MDB məkanında fəaliyyət göstərən veteran təşkilatları arasında sıx əlaqələrə malikdir.Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyi həmin ölkələrin eyni adlı təşkilatları ilə sıx əlaqə saxlayır, keçirilən tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərdə Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunması, dövlət başçımızın sülh səyləri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf vəveteranlara dövlət qayğısı barədə geniş məlumatlar verilir.
Başçı diqqətə çatdırmışdır ki, sözügedən ictimai birlik veteran təşkilatları arasında əlaqələrin inkişaf etdirilib möhkəmləndirilməsində, gənclərin hərbi- vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Azərbaycanın digər ölkələrlə dostluq münasibətlərinin qorunub saxlanılmasında fəal ictimai iş aparır. Məhz elə bunun nəticəsidir ki, bu günlərdə MDB Ölkələri Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev tərəfindən ictimai birliyin Binəqədi filialının sədri Məhəddin Rüstəmov "Ağır döyüşləpdə iştirakına görə" medalı ilə təltif edilmişdir.
Xatırladaq ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən Məhəddin Rüstəmova, eyni zamanda, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH-in fəxri fərmanı təqdim olunmuşdur.
Sonda M.Rüstəmov başçıya Əfqanıstan veteranlarına göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirmiş, demişdir ki, bundan sonra da ölkəmizin, eləcə də rayonun ictimai-siyasi, sosial-iqtisadi sahələrində fəal iştirak edəcək, respublikamızın iqtisadi qüdrətinin möhkəmlənməsində səylərini əsirgəməyəcəklər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 15 fevral.- S. 5.