Modern Hospital müasir
və geniş profilli klinikadır
Bu gün Azərbaycan
öz inkişaf tempinə görə lider dövlətə çevrilmişdir. Ulu öndər Heydər
Əliyevin ölkəmizdə
başladığı çoxsahəli
islahatlar uğurla həyata keçirilir, iqtisadiyyatımız ildən-ilə
güclənir, əhalinin
sosial vəziyyəti yaxşılaşır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ulu öndərin ideyalarının gerçəkləşdirilməsi
istiqamətində davamlı
tədbirlərin həyata
keçirilməsini təmin
edir. Son illər ölkədə sahibkarlığın inkişafına
göstərilən qayğı
bu sahədə çox uğurlu nailiyyətlər qazanılmasını
təmin etmişdir.
Sahibkarlığın inkişafı ilə
bağlı qəbul olunan dövlət proqramları, cənab Prezidentin imzaladığı
sərəncamlar bu sahənin davamlı inkişafı üçün
stimul yaratmışdır.
Ölkədə yaranan əlverişli
biznes mühiti əhaliyə özəl tibbi xidmətin təşkilinə də əsaslı təsir göstərmişdir.
Hazırda ölkəmizdə 200-ə yaxın
klinika fəaliyyət
göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək
tibbi xidmətin müasir səviyyədə
təşkilinə öz
töhfələrini verir. Belə klinikalardan
biri də Bakıda fəaliyyət göstərən, müasir
avadanlıqlarla təchiz
olunmuş, yüksək
ixtisaslı həkimlərin
çalışdığı Modern Hospitaldır. 2008-ci ilin noyabr ayından
fəaliyyətə başlayan
klinikaya Telman Novruzov rəhbərlik edir.
Telman həkim 1986-cı ildə
Azərbaycan Tibb İnstitutunu bitirərək,
anestezioloq-reanimotoloq ixtisasına
yiyələnmiş, təyinatla
Dəvəçi (indiki
Şabran) rayon xəstəxanasında
anestezioloq kimi fəaliyyət göstərmiş,
1991-ci ildən 2003-cü ilə
kimi Bakı şəhərindəki 3 nömrəli
xəstəxanada həkim,
şöbə müdiri
kimi çalışmışdır.
2003-cü ildən 2005-ci ilə kimi Səudiyyə
Ərəbistanının Kral
Fəqt xəstəxanasında
işləmiş, 2005-ci ildən
isə Azərbaycana qayıdaraq özəl tibb sektorunda fəaliyyətini davam etdirmişdir. 2009-cu ilin
may ayından bu klinikada çalışır.
Əvvəl baş həkim,
sonra isə klinikanın direktoru kimi.
Beləliklə, biz Modern Hospitalın direktoru Telman Novruzovla elə klinikanın özündə görüşürük. Əvvəlcə onu deyim ki,
bu klinikanı başqalarından fərqləndirən
cəhətlərdən biri
budur ki, o ayrıca, tibbi xidmət məqsədi üçün inşa olunmuş çox gözəl altı mərtəbəli bir binada yerləşir.
Binaya daxil olanı ulu öndər və hörmətli Prezidentimizə həsr olunmuş guşə qarşılayır. Sonra
isə binanın ikinci mərtəbəsində
direktorun səliqə-sahmanı
ilə seçilən
iş otağı. Direktorun otağında söhbətimiz
davam edir.
Telman həkim
ölkəmizdə sahibkarlığın
inkişafına göstərilən
qayğıdan, əhaliyə
göstərilən tibbi
xidmətin səviyyəsindən,
yeni yaradılan tibb müəssisələrindən
danışır. Deyir ki,
bu gün Azərbaycanda çox əlverişli biznes mühiti formalaşmışdır.
Cənab
Prezidentimizin həyata
keçirdiyi davamlı
inkişaf proqramları
tibb sahəsi üçün də münbit şərait yaratmışdır. Ölkəmizdə inşa edilən yüzlərlə yeni tibb müəssisəsi,
regional tibb mərkəzləri
əhalinin sağlamlığının
qorunmasında mühüm
əhəmiyyətə malikdir.
Ölkəyə çox qiymətli
tibbi cihazlar alınıb gətirilir.
Bu isə hər
cür xəstəliyin
müayinə və müalicəsinə geniş
imkanlar yaradır.
Telman həkim
bildirdi ki, klinikamız çoxprofillidir. Bizdə stasionar
xidmət də göstərilir. 30 çarpayımız var ki, onun 10-nu
reanimasiya şöbəsində,
2-si uşaq şöbəsində,
18-i isə ümumi stasionar palatadadır.
Burada çoxprofilli xəstəliklər
müalicə edilir.
Biz geniş profilli
istiqamətdə fəaliyyət
göstəririk. Klinikamızda ürək cərrahiyyəsindən
başqa bütün sahələr üzrə cərrahi əməliyyatlar
aparılır. Yeni korpus
tikilib istifadəyə
veriləndən sonra ürək cərrahiyyəsi
ilə də məşğul olmağı
nəzərdə tutmuşuq.
Doğum
şöbəsi hələlik
yoxdur, ancaq yaxın vaxtlarda doğum evi də açmaq fikrindəyik. Klinikamızda çox mürəkkəb
cərrahi əməliyyatlar
aparılır. Laporaskopik üsulla
endoskopik cihazlar vasitəsi ilə ilk dəfə insan böyrəyi çıxarmışıq.
Ötən həftə türk
həkimlərinin köməyi
ilə Azərbaycanda yenə ilk dəfə mikroskop vasitəsilə qulaqda əməliyyat apardıq. Klinikamızda uroloji xidmətlər
- müayinələr, endo-uroloji
cərrahi müdaxilələr
Karl Storz Endoskop aparatının köməyi
ilə ağrısız
və qansız aparılır.
Kadr problemimiz
də yoxdur. Biz, klinikaya
əsasən xaricdə
təhsil alan
həkimləri dəvət
etməyə xüsusi
önəm veririk. Bilirsiniz ki, cənab Prezidentin sərəncamı
ilə Azərbaycan gənclərinin xaricdə
təhsil almaları üçün xüsusi
Dövlət Proqramı
qəbul olunmuşdur.
Bu gün dünyanın
nüfuzlu tibb universitetlərində azərbaycanlı
gənclər təhsil
alırlar. Onların klinikamıza
cəlb olunması üçün çalışırıq.
Bizim Tibb Universitetini bitirib xaricdə təcrübə keçən
həkimləri də
məmnuniyyətlə işə
qəbul edirik. Söz yox ki, belə
mütəxəssislərin xəstələrə yanaşması,
bilik səviyyəsi də fərqli olur. Mən özüm Səudiyyə
Ərəbistanında işləyərkən
gördüm ki, onların xəstəxanaları
Böyük Britaniyanın
protokolları ilə işləyir. Bu da xüsusi yanaşma tələb edirdi. Bizim Səhiyyə Nazirliyi
də xüsusi protokollar çap edib ki, tibb
müəssisələri həmin
protokollarla işləyəcək.
Biz isə klinikamızda
həmin protokolları
çoxdan tətbiq edirik.
Deyim ki, ölkəmizdə sahibkarlığın inkişafına
dövlətimiz tərəfindən
böyük dəstək
var. Eyni zamanda, biz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyini həmişə
hiss edirik.
Həmişə çalışırıq ki, öz fəaliyyətimizlə
başqa klinikalardan fərqlənək . Protokolu biz ona görə
tətbiq etmişik ki, xəstələrə
artıq dərmanlar yazılmasın. Məsələn, protokolda xəstənin müalicəsi üçün
nəzərdə tutulan
müayinələri etdikdən
sonra xəstələrə
protokolda nəzərdə
tutulan dərmanlar verilir. Bundan kənara çıxmaq
yolverilməzdir.
"Xarici ölkələrdən
xəstələrin müalicəsi
üçün həkimlər
dəvət edirsinizmi"-
sualımızı cavablandıran
Telman həkim bildirdi ki, klinikaya
əsasən Türkiyədən
həkimlər dəvət
olunur. Bu ölkənin
bir çox qabaqcıl klinikaları ilə işləyirik.
Bundan başqa Almaniya klinikaları ilə də əməkdaşlıq
edirik.
Maddi-texniki təchizat məsələsi
ilə bağlı Telman həkim bildirdi ki, biz tibbi cihazları İran, Rusiya və Şimali Koreyadan başqa əksər ölkələrdən
alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ və Avropanın inkişaf etmiş ölkələrinə
veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar vardır. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin
endoskopiya üsulu var.
Biz indi videoendoskopiya vasitəsilə xəstəyə
heç bir əziyyət vermədən
bu müayinəni aparırıq. Kamera endoskopun
ucunda olduğundan daha geniş informasiya götürmək
imkanı yaradır.
Ekrana xəstə də, həkim də baxır, lazım gələndə onu diskə də yaza bilirik.
Telman həkim
problemlərdən də
danışdı. Dedi ki, özəl klinika olduğundan burada xidmətlər pulludur. Bizim klinikaya müraciət etməyə çox adamın imkanı olmur . Amma bizim müəyyən kateqoriya insanlara güzəştlərimiz var. Müharibə
əlilləri, şəhid
ailələri, məcburi
köçkünlərə müəyyən güzəştlər
edirik. "SOS" Kəndlər Birliyi şirkəti var. Onlar kimsəsiz uşaqlarla işləyirlər. Bu şirkət uşaqları
bizim klinikada tamamilə pulsuz müayinə və müalicə etdirir.
Bundan başqa, rayonumuzda uşaq evləri var. Onlar da pulsuz
müayinə və müalicə olunurlar.
Söz yox ki, gələcəkdə
biz öz güzəşt
kateqoriyalarımızı daha
da genişləndirəcəyik.
Söhbətimiz zamanı məndə belə təəssürat
yarandı ki, bu klinikada, doğrudan
da, çox dəyərli mütəxəssislər
çalışır və
klinikanın müasir
tibbi cihazları, müxtəlif ölkələrdən
baha qiymətlərə
əldə olunmuş
aparatları bir çox xəstəliklərin
müayinəsi və
müalicəsi üçün
imkan yaradır. Elə klinikanın
qəbul şöbəsində
sıralanmış xəstələrin
çoxluğu da sübut edir ki, insanlar öz
xəstəliklərinin müalicəsini
bu klinikanın təcrübəli həkimlərinə
etibar edirlər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 18 fevral.- S. 7.