Binəqədi rayonunda ötən il mühüm sosial-iqtisadi uğurlar əldə edilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilmişdir.Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto-stendlə tanış olmuşlar.

 

Rayon icra hakimiyyəti başçısı Alı Qocayev qeyd etmişdir ki, ölkə miqyasında həyata keçirilən abadlıq-quruculuq tədbirləri Binəqədi rayonunun da həyatına dinamiklik gətirmiş, bir sıra sosial problemlərin həllini reallaşdırmışdır.

Natiq vurğulamışdır ki, rayon icra hakimiyyəti ötən illərdə olduğu kimi, 2010-cu ildə də rayon ictimaiyyəti, burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji xəttə uyğun qarşıya qoyulan vəzifələri həyata keçirməyə çalışmışdır. Nəticə uğurlu olmuşdur: sözügedən dövrdə rayon üzrə 1 milyard 476,7 mln manatlıq məhsul buraxılmışdır ki, bu da əvvəlki illə müqayisədə 10,6 faiz çoxdur. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi 12 faiz təşkil etmişdir. Sənaye məhsulunun həcmi 2009-cu illə müqayisədə 8,2 faiz artaraq 149,1 milyon manata çatmışdır. Sənaye məhsulun həcmində dövlət sektorunun payı 30,2 faiz, qeyri-dövlət sektorun payı isə 69,8 faiz olmuşdur.

İclasda göstərilmişdir ki, il ərzində 138,8 min ton neft, 5,7 milyon kubmetr qaz istehsal edilmiş, emal sənayesində isə istehsalın həcmi 2009-cu illə müqayisədə 13,1 faiz artmışdır.2010-cu ilin yekunu üzrə bütün maliyyə mənbələri hesabına 7330,7 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Hesabat ilində 56490 min kvadratmetr mənzil sahəsi tikilmişdir.

İl ərzində əsas kapitala 11176,9 min manat investisiya yönəldilmişdir. 2010-cu ilin yanvar - dekabr aylarında 8377,9 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da 2009-cu illə müqayisədə 2,2 dəfə çoxdur.Tikintidə çalışan işçilərin orta siyahı sayı 11,9 faiz artaraq 2405 nəfərə çatmış, orta aylıq əmək haqqı ötən ilə nisbətən 36 faiz artaraq 357,7 manat təşkil etmişdir.

Hesabat ilində rayon üzrə işləyənlərin orta siyahı sayı əvvəlki illə müqayisədə 610 nəfər artaraq 31 573 nəfər olmuş, orta aylıq əmək haqqının səviyyəsi 20,8 faiz artaraq 318,1 manat təşkil etmişdir. İl ərzində rayonda 2300 yeni yeri yaradılmışdır. Ümumiyyətlə, 2009-cu il yanvar ayından bəri 5246 yeni yeri açılmışdır ki, bunun da hamısı daimi yerləridir.

Ötən il rayonda bir sıra mühüm obyektlərin tikintisi tamamlanmışdır. Fevral ayında Avropada ən böyük avtovağzallardan biri olan Bakı beynəlxalq avtovağzal kompleksi, mayda Bakı tennis akademiyası və akademik Zərifə Əliyeva adına Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutu, noyabrda məcburi köçkünlər üçün 369 mənzilli 6 ədəd 9 mərtəbəli yaşayış binası və 260 yerlik 1 məktəb binası, dekabrda Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağı və metronun "Azadlıq prospekti" stansiyası, Mərkəzi Seçki Komissiyasının və Miqrasiya Xidmətinin inzibati binaları, Sulutəpə qəsəbəsində 217 saylı məktəbin 800 şagird yerlik yeni tədris korpusu, Azadlıq prospektində yerüstü piyada keçidi, Azadlıq prospekti ilə Z. Bünyadov prospektinin kəsişməsində yol ötürücüsünün 3-cü növbəsi, 110/35/10 kv-luq Xocasən yarımstansiyası, Bakı dairəvi yolunun Binəqədidən keçən hissəsi, Biləcəri qəsəbəsində Şimal istiqamətinə gedən dəmir yolunun altından keçən 2-ci tunel, Binəqədi qəsəbəsində su - nasos stansiyası tikilib istifadəyə verilmişdir.

Hazırda Dövlət Proqramı çərçivəsində metronun "Dərnəgül", "Avtovağzal" və "Depo" stansiyalarının, Sumqayıt şosesində yerüstü keçidin, Biləcəri qəsəbəsində su tutumu 1000 kubmetr olan su anbarının, Rəsulzadə qəsəbəsində gücü 10 min kubmetr olan kanalizasiya nasos stansiyasının və 7200 metr uzunluğunda kanalizasiya xəttinin, Bakı tennis akademiyasında örtülü tennis kortunun və mehmanxananın tikintisi, Heydər Əliyev İctimai Mərkəzinin inşası və Heydər parkının yenidən qurulması davam etdirilirbu obyektlərin əksəriyyəti 2011-ci ilin buraxılış obyektləridir.

Natiq hesabat ilində aparılan abadlıq - quruculuq işlərindən danışarkən bildirmişdir ki, Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yeni yol ötrücüsünün, "Samsunq" Ticarət Mərkəzinin, Daxili İşlər Nazirliyinin bəzi idarələri üçün yeni binanın tikintisiburada yerləşən binaların fasadlarının təmiri rayonun bu hissəsinin memarlıq görkəmini tamamilə dəyişmişdir.

Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində 46,8 min kvadratmetr sahəyə asfalt döşənmiş, 25,7 min kvadratmetr yumşaq dam örtüyü təmir olunmuş, 212 kvadratmetr pəncərəyə şüşə salınmış, 303 ədəd giriş qapısı, 253 ədəd pəncərə təzələnmiş, 427 metr navalça dəyişdirilmişdir. Binaların zirzəmisində 3000 metr müxtəlif ölçülü kommunikasiya xətləri yeniləşdirilmiş, 233 çoxmənzilli bina istiliklə təmin edilmişdir.

Rayon əhalisinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə Binəqədi Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən məqsədyönlü işlər aparılmışdır. Biləcəri, Sulutəpə və Binəqədi qəsəbələrində 10 ədəd yeni transformator, 17 ədəd yeni KTM, 76 yüksəkgərginlikli yeni dayaq quraşdırılmış, 40 dayaq yenisi ilə əvəz edilmiş, 82 ədəd yağ açarı təmir olunmuşdur.

Hesabat ilində 3600 metr uzunluğunda müxtəlif ölçülü su xətləri çəkilmiş və dəyişdirilmiş, 6 dəst elektrik mühərriki və nasos, 39 ədəd müxtəlif ölçülü siyirtmə quraşdırılmışdır. Rayonun kanalizasiya şəbəkələrinin istismarı sahəsi tərəfindən il ərzində müxtəlif yaşayış məhəllələrində 3000 metr uzunluğunda müxtəlif ölçülü kanalizasiya xətti çəkilmiş, 21 ədəd baxış quyusu təmir edilmiş, 580 ədəd baxış quyusu təmizlənmiş və digər işlər görülmüşdür. İstehlak olunan suyun dəyərinin ödənilməsi ilin yekunu üzrə 58 faiz təşkil etmişdir.

Rayon əhalisinin və digər istehlakçı qruplarının qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 270-dən çox qanunsuz qoşulmanın, 220-dən çox qaz sızmasının qarşısı alınmış, 2 mindən çox abonentə sayğac quraşdırılmışdır. Görülən tədbirlər nəticəsində istehlak olunan qazın dəyərinin ödənilməsi 70 faizə qalxmışdır.

"Azəristiliktəchizat" ASC-nin rayonda fəaliyyət göstərən istismar sahələri tərəfindən də hesabat ilində müəyyən işlər görülmüşdür. Rayon MKTB-nin balansında olan 268 çoxmərtəbəli binanın 233-ü istiliklə təmin olunmuşdur. Rayonun bütün təhsil müəssisələrində istilik sistemləri bərpa olunmuş, 2 səhiyyə müəssisəsi istisna olmaqla qalanlarına istilik verilməsi təmin edilmişdir.

Natiq göstərmişdir ki, ötən il ərzində rayon icra hakimiyyəti başçısının yerlərdə əhali ilə 32 səyyar görüşü - qəbulu keçirilmişdir. Bu qəbullarda ümumilikdə 2151 rayon sakini iştirak etmişdir. Mövcud problemlər və perspektiv planlar müzakirə olunmuş, sakinlərin təklifləri nəzərə alınmışdır. Qaldırılmış məsələlərin həlli məqsədi ilə tədbirlər planı tərtib olunub aidiyyatı qurumlara göndərilmiş və tədbirlərin icrası nəzarətə götürülmüşdür. İri problemlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır.

2009 - 2010-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında Binəqədi rayonu məktəblərinin məzunları yüksək nəticə əldə etmişlər.Belə ki, məzunlar arasında 86 nəfər gənc 600-dən, 29 nəfər isə 650-dən çox bal toplamışdır. Ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 99, 115, 126 və 143 saylı məktəblər müvəffəqiyyət qazandığına görə hər biri 10 000 (on min) manat məbləğində birdəfəlik pul mükafatına, Binəqədi rayonu üzrə 2009 - 2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsində 4 nəfər müəllim isə 5000 (beş min) manat məbləğində pul mükafatına layiq görülmüşdür.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq il ərzində 2444 nəfər ailə üzvünə sosial yardım təyin olunmuşdur. "Sosial müavinətlər haqqında" Qanuna əsasən isə il ərzində 3749 nəfər əlilə müavinət ödənilmişdir.

Rayon ərazisində yaşayan və məskunlaşan aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, QarabağBöyük Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi rayon icra hakimiyyətinin diqqətində olmuşbu kateqoriyadan olan vətəndaşlara milli bayramlar, əlamətdar tarixi günlər ərəfəsində müxtəlif yardımlar göstərilmişdir.Yığıncaqda akademik Vaqif Abbasov, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, rayon prokuroru Mirələkbər Seyidov və "VAQA" şirkətinin icraçı direktoru Elşən Əliyev çıxış etmişlər.

Yığıncaqda həmçinin ayrı-ayrı müəssisə, xidmət və təşkilatların rəhbərləri də çıxış edərək ötən ilin uğurlarından söz açmış, qarşıda duran vəzifələrin yerinə yetirilməsi barədə fikirlərini bildirmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iclasda çıxış etmişdir. Milli Məclisin deputatı Madər Musayev hesabat yığıncağında iştirak etmişdir.

Sonda yığıncaq iştirakçıları adından dövlət başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 18 fevral.- S. 6.