Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş "Yaddaşın yolları" adlı tədbir-sərgi keçirilmişdir

 

Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq "Yaddaşın yolları" adlı tədbir-sərgi təşkil olunmuşdur.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Qərb Universitetinin tələbələrinin 40-dan çox rəsm, heykəltaraşlıq və qrafika əsərləri nümayiş olunur.

Həmin tədbirdə Bakı Humanitar Kollecinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş bədii-ədəbi kompozisiya ilə çıxış etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələri, Azərbaycan İstiqlal Muzeyinin direktoru F.Şəmsi, Qərb Universitetinin rektoru Z.Məmmədova, rəssam R.İsmayılov, Milli Qəhrəman F.Rüstəmovun bacısı F.Rüstəmova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakültəsinin dekanı S.Suleymanova, Xocalı faciəsinin şahidləri, Qərb Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının müdavimləri və digər qonaqlar iştirak etmişlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 5.