Tarix unutmasın
qaniçənləri...
200 illik bir
dövrdə Azərbaycan xalqı
davamlı olaraq erməni
separatçılarının etnik təmizləmə və soyqırım siyasətinə məruz
qalmış, tarixi yurd
yerlərindən qovulmuş,
qaçqın və
məcburi köçkünə çevrilmişdir.
Bir çox dövlətlərin dəstəyinə
arxalanan erməni millətçilərinin xalqımıza
qarşı düşmənçilik siyasətinin yeni dalğası 1988-ci
ildə başlandı. Şahidi olduğumuz bu yaxın tarixin qanlı olayları ermənilərin qaniçən və
yırtıcı simasını bütün
cizgiləri ilə
üzə çıxardı...
Bu
sözləri Xocalı faciəsi qurbanlarının
acısını dadmış insanlarla görüşdə
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Razim Məmmədov söylədi. Natiq qeyd etdi ki,
Dağlıq Qarabağ münaqişəsi və Ermənistan
silahlı birləşmələrinin təcavüzü nəticəsində
torpaqlarının 20 faizini itirən Azərbaycanın 30 mindən
artıq vətəndaşı ermənilərin qanlı qəsdinin
qurbanına çevrilmişdir. Bu qəsbkarlığın və
işğalın ən dəhşətli və qanlı
olayı isə 19 il əvvəl - 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Xocalıda baş vermişdir. Həmin
gün qabaqcadan planlaşdırılmış təcavüz
aktı zamanı birləşmiş erməni silahlı dəstələri
SSRİ-yə məxsus olan 366-cı motoatıcı
alayının zirehli texnikası və canlı qüvvəsinin
dəstəyi ilə Azərbaycanın bu şəhərdəki
dinc sakinlərinə qarşı bəşər tarixində
analoqu olmayan əsl qətliam törətmişlər. Erməni
xislətinin, vandalizminin həqiqi yırtıcı
simasını göstərən bu qətliamda 7 minlik dinc
sakinin 613 nəfəri qəddarcasına
öldürülmüş, 487 nəfər şikəst
olmuş, 1275 dinc azərbaycanlı - qoca, uşaq, qadın əsir
götürülərək ağlasığmaz erməni
işgəncələrinə, təhqir və həqarətə
məruz qalmışdır. 155 nəfər
soydaşımızın taleyi hələ də bəlli
deyil.
Dəhşətlisi
odur ki, vəhşicəsinə öldürülənlərin
106-sı qadın, 63-ü uşaq, 70 nəfəri qoca insanlar
olmuşdur.
Faciə
haqqında ətraflı danışan R.Məmmədov onu da əlavə
etdi ki, Xocalıda baş vermiş soyqırımın
bütün bəşəriyyətə
çatdırılması və erməni vandallarının
öz layiqli cəzalarını almaları üçün
ulu öndər Heydər Əliyev, daha sonra Prezident cənab
İlham Əliyev istər ölkə daxilində, istərsə
də beynəlxalq müstəvidə çox böyük səy
göstərmişlər. Bu iş bu gün də davam edir.
Sonra
görüşdə iştirak edən millət vəkili, YAP
Xətai rayon təşkilatının sədri,
yazıçı-dramaturq Hüseynbala Mirələmov
çıxış edərək bildirdi ki, həqiqətən
də Azərbaycanın dövlət başçısı,
hökuməti və ictimaiyyəti erməni faşizminin bu
qanlı cinayətinin bütün dünyada etiraf olunması və
pislənməsi, canilərin cəzalanması istiqamətində
son dərəcə böyük işlər görür. Heydər
Əliyev Fondunun və onun prezidenti, millət vəkili Mehriban
xanımın səyləri xüsusilə böyük miqyas
alıb. İrəliləyişlər var və bu günlər
biz görürük ki, dünyanın əksər ölkələrində
rəsmi şəkildə olmasa da, bu fakta insani münasibət
bildirilir. Bu da faciənin bəşəri cinayət
olduğunu təsdiqləyən fakta çevrilir. Lakin unutmaq
olmaz ki, dünya dövlətləri, xüsusilə söz
sahibi olan ölkələrin hökumətləri hələ
də ikili standartdan çıxış edir və bu
yanaşmadan qurtara bilmirlər. Münaqişənin
uzanmasının, torpaqlarımızın işğal
altında qalmasının da əsas səbəblərindən
biri məhz budur.
Bütün
bunlara baxmayaraq, Azərbaycan Prezidentinin yürütdüyü
siyasət öz nəticəsini verməkdədir. Biz əminik
ki, Xocalı faciəsinin və onun kimi digər faciələrimizin
hesabı soruşulacaq və haqq qalib gələcək. Başlıcası
odur ki, xalqımız, tarix qaniçənləri unutmasın.
Tədbirdə
Xocalı faciəsi qurbanlarının ailələri onlara
göstərilən diqqət və qayğıdan
razılıq etdilər. Sonda icra hakimiyyəti tərəfindən
anım gününü keçirmək üçün faciə
qurbanlarının ailələrinə maddi yardım göstərildi
və ərzaq paylandı.
Tədbir
Xocalı faciəsi qurbanlarının abidəsinin ziyarəti
ilə başa çatdı.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 25 fevral.- S. 4.