Milli
Kitabxanada "Xocalı - şəhid şəhər"
kitab sərgisi
Milli
Kilabxanada Xocalı faciəsinin 19-cu ildönümünə həsr
olunmuş "Xocalı -şəhid şəhər "
adlı kitab sərgisinin açılısı, Milli
Kitabxananın əməkdaşları tərəfindən
hazırlamış "Xocalı" adlı elektron məlumat
bazasının, habelə hüquqi sənədlərdən
ibarət "Soyqırım cinayəti" və S.Məmmədovun
"Xocalı soyqırımı" kitablarının təqdimat
mərasimi keçirilmişdir.
Tədbiri
Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Xocalı
soyqırımının bəşər tarixində misli
görünməmiş qanlı aksiya və erməni vəhşiliyini
sübut edən bir cinayət hadisəsi olduğunu bildirdi. O,
qeyd etdi ki, artıq neçə vaxtdır həm
respubiikamızda, həm də dünyanın əksər
ölkələrində Xocalı faciəsinin
ildönümü ilə əlaqədar anım mərasimləri
keçirilir. Bu mərasimlərdə Azərbaycanın
görkəmli ziyalılarının, alimlərinin, millət
vəkillərinin, Xocalı hadisələrinin şahidlərinin
iştirak etdiklərini də diqqətə
çatdırdı. K.Tahirov bu tədbirin Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
birlikdə keçirildiyini də bildirdi.
Mədəniyyət
və Turizm nazirinin birinci müavini Vaqif Əliyev
çıxış edərək Xocalı müsi-bətlərini,
o ağır günləri bir daha yada saldı və bu
soyqırımın heç vaxt Azərbaycan xalqının
yaddaşından silinməyəcəyini vurğuladı. Bu
soyqırım hadisəsindən əvvəl o zamankı Azərbaycan
rəhbərliyi tərəfındən xalqdan gizlədildiyini,
hətta, belə bir vəhşiliyin törədilmədiyini
car çəkdiklərini diqqətə çatdırdı.
Yalnız xalqımız ümummilli lideri Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra Xocalı hadisələri
araşdırılmağa başlandı və bu hadisələrə
hüquqi və siyasi qiymət verilməsi istiqamətində tədbirlər
həyata keçirildi. Nəhayət, 1994-ci ildə Azərbaycan
Prezidentinin bu barədə ilk fərmanı oldu, sonra isə
ulu öndər Xocalı soyqırımı ilə əlaqədar
bir dəqiqəlik sükut elan olunması barədə 1997-ci
ildə sərəncam verdi, V.Əliyev qeyd etdi ki, bu gün
ölkəmizin Prezidenti cənab İlham Əliyev də bu
siyasəti davam etdirir, Xocalı soyqırımının
ildönümlərində xalqa müraciət edərək,
bu hadisə qurbanlarının qanının yerdə
qalmayacağını və tezliklə Xocalının azad
ediləcəyini bildirir. Heydər Əliyev Fondunun vitse
prezidenti Leyla Əli-yevanın iki ildən bəri bütün
dünyada həyata keçirdiyi "Xocalıya ədalət"
kampaniyası se-riyasından tədbirlər nəticəsində
artıq dünyanın əksər ölkələrində Xocalı
hadisələrinin bir soyqırım cinayəti olduğu diqqətə
çatdırılır. Sonra Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış "Xocalı"
adlı elektron məlumat bazasının təqdimatı
keçirildi. Təqdimatı keçirən kitabxananın
direktoru tədbir iştirakçılarına bildirdi ki,
artıq 6 ildir ki, hər ilin bu günü Milli Kitabxana öz
saytında "Xocalı soyqırımı" mövzusunda
şəkillər və materiallar yerləşdirərək
bütün dünyaya yayımlayır. Bu il isə
bütöv bir elektron məlumat bazası yaradaraq bütün
dünya oxucularına çatdırmağı qərara
aldıq və iştirakçılara təqdim olunan məlumat
bazasına "Soyqırım", "Xocalı rayonu",
"Ermənilər tərəfındən
dağıdılmış abidələr", "Hadisələrin
şahidlərinin söylədikləri", "Kitablar",
"Məqalələr", "Ermənilərdən
etiraflar", "Xocalı qətliamı" bölmələri
yerləşdirilmişdir ki, artıq neçə
gündür ki, dünya oxucuları bu bazadan istifadə edirlər.
Sonra
söz Xocalı Şəhər İcra Hakimiyyətinin
nümayəndəsi Xəlil Vəliyevə verildi. O, öz
çı-xışında son zamanlar Xocalı
soyqırımının beynəlxalq səviyyədə
tanınması istiqamətində məqsədyönlü və
ardıcıl iş apardıqlarına görə Azərbaycan
Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev
Fondunun vitse prezidenti Leyla xanım Əliyevaya, tez-tez belə tədbirləri
ke-çirdiklərinə görə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə
və nazir Əbülfəs Qarayevə, Milli Kitabxananın rəhbərliyinə
bütün Xocalı ictimaiyyəti adından öz təşəkkürünü
bildirdi. Xocalı faciəsinə dair Azərbaycan, rus və
ingilis dillərində kitablar dünya milli kitabxanalarına
göndərən Milli Kitabxananın bu fəaliyyətini təqdirəlayiq
hal kimi qiy-mətləndirdi.
Daha
sonra çıxış edən Bakı Slavyan Universitetinin
müəllimi, tarix elmləri namizədi Əsgər Əhməd,
Şuşa rayon Mədəniyyət və Turizm şobəsinin
müdiri Zahid Abbasov, AMEA-nm Tarix İnstitutunun əməkdaşı,
tarix elmləri namizədi Habil Həmidov, Milli qəhrəman
Ehtiram Əliyev 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan təcavüzkar
ordusu tərəfindən Xocalı şəhərinin dinc
sakinlərinə qarşı hərbi təcavüz edilməsi,
yüzlərlə günahsız insanın qətlə
yetirilməsindən ürək ağrısı ilə
danışaraq Xocalı faciəsinin xalqımızın
yaddaşında silinməz izlər buraxdığını
vurğuladılar.
Tədbirdə
təqdimatı keçirilən "Xocalı
soyqırımı" kitabının müəllifi,
Bakı Slavyan Univer-sitetinin müəllimi, istefada olan polis
polkovniki Sadir Məmmədov və "Soyqırım cinayəti"
(Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər
və şərhlər toplusu) kitabının tərtibçisi
Natiq Abdullayev də çıxış etdilər.
Sonda
bütün iştirakçılar Milli Kitabxananın
hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet
materiallarını əks etdirən "Xocalı-şəhid
şəhər" mövzusunda geniş kitab sərgisi ilə
tanış oldular. Sərgidə nümayiş olunan yeni
kitablar tədbir iştirakçılarının
böyük marağına səbəb oldu.
M. Mükərrəmoğlu
Xalq qəzeti.- 2011.- 27 fevral.- S. 6.