Fuad Nazim oğlu İsmayılov
Azərbaycan
Respublikasının diplomatik xidmətinə ağır itki
üz vermişdir.
Ölkəmizin
Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri, BMT-nin Vyanadakı bölməsində, ATƏT,
BMSİT, AEBA və NSTQOMT yanında Azərbaycan Respublikasının
daimi nümayəndəsi, eyni zamanda, Sloveniya və Slovakiya
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Fuad Nazim oğlu İsmayılov ömrünün
43-cü ilində vəfat etmişdir.
Fuad
İsmayılov 1968-ci ildə Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur. O, Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur.
"Assa-İradə"
Azərbaycan Müstəqil İnformasiya Agentliyində əmək
fəaliyyətinə başlamışdır.
1992-1995-ci
illərdə Azərbaycan Respublikası Prezidenti İcra
Aparatının xarici əlaqələr şöbəsində,
1998-2005-ci illərdə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyində müxtəlif vəzifələrdə
çalışmışdır.
2005-ci
il martın 7-də Azərbaycan Respublikasının Avstriya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
təyin edilmişdir.
Səmərəli
fəaliyyətinə görə 2009-cu ildə "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan
Respublikası ilə Avstriya Respublikası arasında ikitərəfli
əlaqələrin inkişaf etdirilməsində
F.İsmayılovun böyük rolu olmuşdur.
Allah
rəhmət eləsin!
Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin kollektivi
Xalq qəzeti.- 2011.- 24 fevral.- S. 5.