"Vətəni
tanı" ümumrespublika kampaniyasının növbəti
turu Ucarda keçirilib
"Vətəni tanı" ümumrespublika kampaniyasının seçim turları bu dəfə Ucarda keçirilib.
Ucar şəhəri 1 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli, rayon təhsil şöbəsinin üzvləri iştirak ediblər. Açılış mərasimində çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, "Vətəni tanı" kampaniyası ölkəmizin tanıdılması, ərazi bütövlüyü məsələsi, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində çox önəmli rola malikdir. O da qeyd edilib ki, bütün regionları əhatə edəcək layihə həmçinin gənclərin coğrafi biliklərinin artırılmasında mühüm əhəmiyyət daşıyır.
Ucarlı gənclərin yüksək aktivliyi ilə keçən layihədə iki nəfər respublika turuna vəsiqə qazanıb.
Xatırladaq ki, rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 3 iyul.- S. 7.