Danışıqların aparılmasında beynəlxalq normalar

 

Yaxud diplomatiya həqiqətənmi danışıqlar elmidir?

 

Diplomatiyanın danışıqlar elmi kimi dəyərləndirilməsi beynəlxalq münasibətlər diplomatiya sahəsindəki araşdırıcıların yekdil qəbul etdiyi faktdır. Fransua de-Kalyerin, Jül Kambonun digərlərinin ortaya qoyduğu bu fikir yüzilliklərin təcrübəsində öz təsdiqini tapmışdır. Ancaq dövlətlərarası münasibətlərin qurulması, inkişafı dayanıqlı olması eyni zamanda, mövcud problemlərin münaqişələrin həllində danışıqlar prosesi sövdələşmələr, tarixən öz forma metodları ilə xeyli dərəcədə çeşidli olmuşdur.

Bununla yanaşı, danışıqlar prosesinin elmi-nəzəri aspektləri indinin özündə belə axıracan yekdil həllini tapmamışdır.Bu məqamla adı siyasət elmində yüzillər öncə (1638-ci il) təsdiqini tapan Arman Rişelyenin danışıqlarla bağlı aşağıdakı fikri yada düşür. "İstənilən nəticə əldə olunmursa, hətta yaxın gələcəkdə buna ümid yoxdursa, danışıqları dayandırmaq doğru deyildir. Danışıqlar ardıcıl, açıq hərtərəfli aparılmalıdır". Diplomatiya birmənalı şəkildə danışıqlar elmidir bunu təsdiqləməyə ehtiyac yoxdur.

Müasir danışıqlar prosesinin bir qədər fərqli şəraitdə, yeni texnologiyaların yüksək inkişaf etdiyi, daşınma və rabitənin daha sürətli olduğu mühitdə yetərli dərəcədə asanlaşdığı güman olunur. Əslində, bu qənaət beynəlxalq hüquq norma və prinsiplərinin beynəlxalq hüquq subyektləri tərəfindən hamılıqla qəbul olunması faktına söykənir.

Danışıqların dövlətlərarası münasibətlərdə münaqişələrin dinc həllində daha çevikeffektiv vasitə olduğunu və beynəlxalq davranış normalarının formalaşmasında əvəzsiz imkanlarını nəzərə almaqla, BMT "Beynəlxalq hüquq onilliyi" çərçivəsində Baş Assambleyanın "Beynəlxalq danışıqların aparılması prinsipləri və şərtləri" barədə 8 dekabr 1998-ci il tarixində 53/101 saylı qətnamə qəbul etmişdir. Bu mötəbər təşkilatın gecolsa atdığı addım XX əsrin sonuna doğru dünya səhnəsində baş verənlərə biganə qalmadığını əks etdirir.

 

Münaqişələrsiz ötüşmək olarmı?

 

Həqiqətən, bəşər övladı tarixin bütün dövrlərində çox müxtəlif səpkili münaqişələrin və müharibələrin ağrı-acılarını yaşamış və daim dinc münasibətlər axtarışında olmuşdur. Ötən əsrin 90-cı illərində beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması nəticəsində yaranan ərazi münaqişələri yaşadığımız əsrin tarixləşən ilk illərində və indiki günümüzdə də danışıqlar yolu ilə həllini tapmamışdır. Məhz bu dövrə təsadüf edən münaqişələrin bolluğu bir daha təsdiqləyir ki, dövlətlərarası münasibətlərin çağdaş mənzərəsi sırf nəzəri imperativlərdən uzaq yaşam tərzinə malikdir. Bu kimi fikirlərin əsasında konfliktlərin dinamik inkişaf statistikası durur. Əgər ötən əsrin əvvəllərində hər il iki-üç konflikt qeydə alınırdısa, 1990-97-ci illərdə bu rəqəm 33-37 arasında olmuşdur.

Yalnız XX əsrin 90-cı illərində 100-dən çox kiçikböyük müharibə baş vermiş, bu müharibələrdə 90-dan çox dövlət (İkinci dünya müharibəsində iştirak edən dövlətlərdən xeyli çox) iştirak etmiş və 9 milyondan artıq adam ölmüşdür.

Bu sırada ötən əsrdən miras qalanbu günöz həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha uzunmüddətli problem kimi özünəməxsusluğu ilə diqqəti çəkir. Birtərəfli qaydada suveren Azərbaycan dövlətinin ərazisinin 20 faizdən çoxu qəsbkarlıq niyyəti ilə qonşu Ermənistan dövləti tərəfindən təcavüzə məruz qalmış və 1 milyondan artıq dinc əhali öz yurd-yuvasından silah gücünə qovulmuşdur. Beləliklə, sivil dünya tarixin yaddaşında analoqu olmayan bir münaqişənin şahidinə çevrilmişonun həlli yolunda hələ ki, acizlik nümayiş etdirir.

"Beynəlxalq danışıqların aparılması prinsipləri və şərtləri" barədə qətnamənin qəbul olunmasından xeyli əvvəl BMT-nin müstəqil Azərbaycan dövlətinin ərazilərinin təcavüzkar Ermənistan tərəfindən işğal olunduğunu ortaya qoyan qətnamələrinin (822,853, 874,884) yerinə yetirilmədiyi dünya ictimaiyyətinə yaxşı bəllidir. Bizim dövlətimiz və xalqımız üçün taleyüklü olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldilən cəhdlərin effektsizliyi, heç şübhəsiz ki, danışıqların diplomatiyanın əsas aləti olması qənaətinə bir qədər kölgə salır. Öz davranışı və ilə BMT BA mövcud qətnamələrinə və "Beynəlxalq danışıqların aparılması prinsipləri və şərtləri" barədə qətnamənin tələblərinə zidd əməllər ortaya qoyan Ermənistan tərəfi, əslində, üzv olduğu bu nüfuzlu beynəlxalq təşkilatın fəaliyyətinə də kölgə salır.

BMT Nizamnaməsinin 33-cü maddəsində göstərilənlərə diqqət yetirək: "Davam etməsi beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına təhlükə yaradan istənilən mübahisədə iştirak edən tərəflər, hər şeydən əvvəl, mübahisələri öz seçimlərinə uyğun danışıqlar, araşdırmalar, vasitəçilik, razılaşma, arbitraj, məhkəmə təhqiqatı, regional orqanlara müraciət və ya digər sülh vasitələrindən istifadə yolu ilə həll etməyə çalışmalıdırlar"..

BMT Baş Assambleyasının "Beynəlxalq danışıqların aparılması prinsipləri və şərtləri"ində buna yaxın olan "Dövlətlər öz aralarındakı münaqişələri dinc vasitələrlə aradan qaldırmalı, beynəlxalq sülhə, təhlükəsizliyə və ədalətə təhlükə yaratmamalıdır"fikri özünə yer alıb.

 

Maraqsız tərəf varmı?

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistan tərəfinin və bu problemlə birbaşa məşğul olan "Minsk qrupu"nun fəaliyyətinin nə dərəcədə effektiv və BMT prinsiplərinə nə dərəcədə həmahəng olduğuna diqqət ayırmağımız səbəbsiz deyildir. 1992-ci ildə ATƏT-in münaqişənin həllini öz üzərinə götürməsi və "Minsk qrupu" adlı həmsədrlik institutunun fəaliyyətə cəlb olunması proqressiv yanaşma kimi qiymətləndirilməlidir. Bəs çətinliklər və münaqişənin həllinə yönəldilən cəhdlərin nəticəsizliyi hansı kriteriyalarla izahlanmalıdır?

Xatırladaq ki, "Xeyrixah xidmətlər" və vasitəçilik institutu hələ 1899-cu il və 1907-ci il Haaqa Konvensiyalarında öz əksini tapmış, ancaq açıqlaması axıra qədər aydınlaşmamışdır. Nisbi mənada belə qəbul etməliyik ki, vasitəçilər münaqişənin həllində maraqlı olan, tərəfkeşlikdən uzaq üçüncü tərəfdir və yaxud tərəflərdir. İndiki dünya düzənində baş verən proseslər dövlətlərarası bağlantıların qloballaşması ilə müşayiət olunurbu kontekstdə vasitəçi tərəflərin, konkret mənada Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf və maraqsız olduğunu qəbul etmək sadəlövhlükdür. Tədqiqatçıların son qənaətinə görə yalnız İsrail-Fələstin münaqişəsinin həllinə müxtəlif formalarda 30-dan artıq dövlət və beynəlxalq təşkilat qatılmışdır.

Güman ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də görünməyən və maraqlı tərəflər az deyildir. Məhz gizli maraqlar vasitəçilərin bir araya gəlməsində ən böyük maneədir.

Nəzərimizcə, maraqsız olmadıqlarından vasitəçilər uzun müddət öz səylərini münaqişəni "Necə həll etmək?" deyil, "Nə üçün həll etmək?" sualına cavab axtarmağa yönəltdilər. Dolayısı yolla, öz maraqlarının kəsişmə koordinatlarını müəyyənləşdirməyə meylləndilər. Bu mərhələni "təşkilatlanma" və yaxud "maraqların uzlaşdırılması" mərhələsi də adlandırmaq olar. Çox uzun çəkən bu mərhələdə vasitəçilər tərəfləri bir müddət "dalana" qısmaqla gələcək fəaliyyətlərinin münaqişə tərəfləri üçün sonsuz dərəcədə faydalı olması stereotipini formalaşdırmağa çalışırdılar. Biz buna inandıq və nəticəsi isə "Minsk qrupunu"nun Ermənistanın regional layihələrdən kənarda qalmaması üçün dəridən-qabıqdan çıxması, təklif olunan nizamlama variantları sırasında dolayısı yolla "dövlət içində dövlət" yaradılmasına rəvac vermək cəhdləri oldu.

Bütün bunlar Azərbaycan dövlətinin xarici siyasətində birmənalı şəkildə çox ustalıqla qabaqlandı. Dolayısı yolla bu qurum BMT Baş Assambleyasının "Beynəlxalq danışıqların aparılması prinsipləri və şərtləri" haqqındakı qətnamədə təsbit olunan "...Dövlətlər danışıqların aparılması və onların başa çatdırılmasına səy göstərməli, bütün mərhələlərdə diqqəti danışıqların əsas məqsədlərindən yayındırmamalıdır" tələbinə də göz yumdular. Heç bir tərəddüd etmədən indiki formatda davam etdirilən çoxtərəfli danışıqları cəsarətlə "çoxtərəfli bürokratiyadan uzaq olmayan" proses adlandırmaq olar.

Artıq neçənci dəfədir ki, sərt məqamlarda vasitəçilər münaqişənin həllinin tərəflərin iradəsindən asılı olduğu ideyasını ortaya atmaqla özlərini kənara çəkirlər. Analitiklərin bir qədər əvvəl təsisatlanmış kimi yozduğu danışıqlar indi yalnız ümidvericilik xülyası yaratmaq məqsədi daşıyır. Bunu ATƏT-in Astana sammitindən sonra qəbul etməmək ən azı sağlam düşüncədən kənardır. Hələlik vasitəçilərin uzun müddətli ("Minsk qrupu" 1992-cı ildə yaradılıb) kəşfi yalnız ondan ibarətdir ki, gələcəkdə münaqişənin bütöv həlli yalnız xırdalıqlar öz həllini tapandan sonra mümkündür. Bu isə yalnız tərəfləri əsas məqsəddən uzaqlaşdırmaq niyyətindən soraq verir. Çünki bu yolu məhz onların özləri seçmişlər və bu səbəbdən münaqişəni tərkib hissələrinə ayırmaqla həll etmək istəyindən arxada qalan nəticəsiz illərin sırası artdıqca-artmışdır.

Bu günlərdə yenidən Bakıya gələcək "Minsk qrupu"nun rəsmilərinin hansı təklifləri ortaya qoyacağını proqnozlaşdırmaq bir qədər çətindir. Vasitəçilik cəhdlərinə balta çalınan Rusiya Prezidentinin, xeyli dərəcədə məyus olan " ev" alisininnikbinliyini itirməyən Fransa tərəfinin bu tezlikdə öz elçilərinə hansısa tutarlı bir istiqamət verdiklərinə necə şübhə etməyəsən? Bu yəqin ki, Azərbaycan tərəfinin könlünü almağa hesablanan növbəti bir gəlişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bütün beynəlxalq səviyyəli görüşlərində və apardığı danışıqlarda "Azərbaycanın ərazi bütövlüyü heç bir vaxt danışıqların predmeti olmayacaq" qətiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn siyasi kursun heç vaxt dəyişməyəcəyini təsdiqləyir.

Bu isə "Minsk qrupu"nu yeni axtarışlara səmtləyir . Aydındır ki, xüsusi tədqiqatlar obyektinə çevrilən beynəlxalq münaqişələrin nizamlanması çətindir və nə vaxt son qərarın veriləcəyini, yəqin ki, vasitəçilərin özühesablaya bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, maraqsız olmadıqlarından, bir müddət sonra yeni görüntüdə danışıqların davamı, görüşlərin və səfərlərin yeni "serialları" başlanır. Bu gün münaqişənin həllinə yönəldilən "kəsilməyən danışıqlar" mahiyyət etibarilə "müddətsiz danışıqlar" anlamına gətirir.

BMT Baş Assambleyasının qəbul etdiyi 503/101 saylı qətnamədə dövlətlərarası münaqişələrin dinc vasitələrlə nizamlanması zəruri sayılır. Çünki beynəlxalq sülhə, təhlükəsizliyə, ədalətə zərbə vurulması yolverilməzdir. Bu mötəbər sənəddəki "Danışıqlar vicdanlı aparılmalıdır" müddəasını görməzliyə vuran vasitəçilər üçün "ədalət", "vicdan" anlamlarının sirli diplomatiya oyununda xeyli dəyərsizləşdiyi şübhə doğurmur. Buna da yalnız təəssüf etmək lazımdır.

 

Haqqın zəfər çalacağına çoxmu qalıb?

 

Zənnimizcə, ABŞ-ın , Rusiyanın və yaxud üçüncü tərəf olan Fransanın Cənubi Qafqazdakı proseslərə yanaşma tərzinə xüsusi önəm vermək əhəmiyyətli görünmür. Təcavüzkar tərəfin "özxoşuna" müqavilə zonasına daxil olması da inandırıcı deyildir. Hər cür yardımlar göstərməklə buna məhz həmsədrlikləri ilə meydanda olan dövlətlər imkan vermirlər. Hətta Avropa İttifaqı da bu marafona Ermənistana yaxın vaxtlarda 100 milyon avro yardım ayırması ilə qoşuldu. Qeyd edək ki, bu əliaçıqlıq bizim Avropa Komissiyasının alisi Joze Manuel Barrozonun fikirlərinə aydınlıq gətirmək əzmini nümayiş etdirdiyimiz günlərdə - vur-tut iki ay əvvəl baş verdi. Hələ üstəlik də NATO rəsmisi bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmayacağını bəyan etdi. Deməli, düşünməyə dəyər. Hadisələrin sonrakı dinamikası münasibətlərin müsbət məcraya yönəldiyinə əminlik yaratdı. Bunu biz Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı daha aydın görürdük. Lakin...

Dünya dövlətlərinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını səmimiyyətlə dilə gətirirlər. İqtisadi cəhətdən yüksək inkişaf edən, zəngin təbii ehtiyatları olan, demokratik institutların formalaşdığı bir dövlətlə münasibətləri qarşılıqlı faydalı zəmində davam etdirmək, bu münasibətlərini dayanıqlı olmasını qorumaq bu dövlətlərin geostrateji maraqlarından irəli gəlir. Əslində, bir çox beynəlxalq təşkilatlar da Cənubi Qafqazdakı münaqişələrin bütövlükdə beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa maneələr yaratdığını inkar etmir və Azərbaycanın haqq işini dəstəkləyirlər. Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıqda artıq sınanmış tərəf kimi öz müstəqil addımlarını atır. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasına tərəfdar olduğunu öz fəaliyyətinin leytmotivi sayır və torpaqlarımızın bir qarışının da güzəştə getməyəcəyini öz əməli fəaliyyəti ilə təsdiqləyir.

Mütəxəssislər təsdiqləyir ki, təhlükəsizliyin təmin olunması üçün 200-dən artıq qeyri-hərbi vasitə mövcuddur. Azərbaycan dövləti də münaqişənin dinc həllinin tərəfdarıdır. Sonuncu Kazan (24 iyun 2011-ci il) üçtərəfli görüşünə qatılmaqla Azərbaycan dövləti bir daha güclü iradə sahibi olduğunu nümayiş etdirdi. Biz bir daha dünya birliyinə hərtərəfli şəkildə tolerant dövlət olduğumuzu nümayiş etdirdik. ABŞ, FransaRusiya prezidentlərinin "bostanına daş atmaqla" işğalçı dövlət bu məqamlardan düzgün nəticə çıxarmamaqla, əslində, çox şeyi itirdi.

Bu gün Azərbaycan öz iqtisadi imkanlarına və hərbi gücünə görə regionun lider dövlətidir. İşğalçı dövləti "yerinə oturtmaq", münaqişənin ədalətli həllini tamamlamaq, bütövlükdə, Cənubi Qafqazı əməkdaşlıq regionuna çevirmək üçün illər öncəsi Şarl de- Qollun "Güclünün danışıqlara ehtiyacı yoxdur, gücsüzə isə bu çox başa gəlir" deyimindən məntiqi bir nəticə çıxarmağın vaxtıdır. Həm təcavüzkar Ermənistan, həm də vasitəçilər unutmamalıdır ki, "Danışıqlar vicdanlı aparılmalıdır". Əks halda suveren Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün təmin etmək haqqı təsdiqini tapmalıdır.

 

 

Vəliyulla CƏFƏROV,

 BDU-nun diplomatiya və müasir

inteqrasiya prosesləri kafedrasının

dosenti

 

Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 3.