Azərbaycanın
görkəmli şərqşünas alimi, professor Aida
İmanquliyevanın "Seçilmiş məqalələr"i
Ukrayna dilində işıq üzü görmüşdür
Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın kitabı Ukrayna dilində nəşr olunmuşdur. Məcmuədə Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin banisi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məqalələri, habelə onun həyat və yaradıcılığına həsr olunmuş yazılar yer almışdır.
Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətlinin
redaktəsi ilə çapdan çıxan kitabın tərtibçisi
səfirliyin müşaviri Yeganə Qafqazlı, tərcüməçisi
Gültən Hüseynzadə-Qafqazlıdır. Kitaba Taras Şevçenko adına
Kiyev Milli Universitetinin professoru Qriqori Xalimonenko rəy
yazmışdır.
Məcmuənin
naşirləri təqdim olunmuş materiallara və dəstəyə
görə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyevaya minnətdarlıqlarını
bildirmişlər.
Professor
Aida İmanquliyevanın məqalələr toplusu heç
şübhəsiz Ukrayna şərqşünaslarının
böyük marağına səbəb olacaqdır.
Məcmuə
Kiyevdə, Dmitri Buraqo nəşriyyat evində 500 nüsxə
tirajla çap olunmuşdur.
Zeynal AĞAZADƏ
Xalq qəzeti.- 2011.- 15 iyul.- S. 4.