Dünya erməni terrorunu lənətləməlidir!

 

Tovuz rayonunda 13 yaşlı qız erməni terrorunun qurbanı oldu

 

Tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki qəddarlıqdan tutulmuşdur. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktları faşizmi də kölgədə qoymuşdur.

Zaman-zaman Azərbaycana qarşı torpaq iddiasında olan erməni separatçıları Moskvadakı himayədarlarının hesabına öz ərazilərini genişləndirmiş və Ermənistan dövləti yaratmışlar. "Böyük Ermənistan" xülyası ilə yaşayan şovinist ermənilər vandal hərəkətlərini daha faciəli şəkildə davam etdirmişlər. Onlar azərbaycanlıların ciddi müqavimətləri ilə rastlaşdıqdan sonra öz çirkin xislətlərini terror aktları törətməklə davam etdirmişlər.

SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun ermənilərə xüsusi qayğısı bu milləti daha da azğınlaşdırmışdır. Cəzasız qaldıqlarını hiss etdikcə terror aktlarını törətməkdə davam etmişlər. Ermənistanda yaşayan azərbaycanlıları (bu ərazilər tarixən soydaşlarımızın ata-baba yurdu olub) isti ocaqlarından, ev-eşiklərindən didərgin salarkən ermənilərin vəhşiliyi, amansızlığı, qəddarlığı nəticəsində bu gün 1 milyondan çox azərbaycanlı öz doğma ata-baba torpaqlarından didərgin salınıb. Onlara məxsus əmlak isə ya talan edilib, ya da ermənilər tərəfindən mənimsənilib.

1989-cu ildən başlayaraq ermənilər azərbaycanlılara qarşı bir-birinin ardınca dəhşətli terror aktları törətmişlər. Bu vandal aktları nəticəsində minlərlə günahsız insan qətlə yetirilmiş, ağır bədən xəsarətləri almış və ömürlük şikəst olmuşlar.

1989-cu il sentyabrın 16-da Tbilisi - Bakı sərnişin avtobusunu partladan erməni terrorçuları 5 nəfərin ölümünə, 25 nəfərin isə yaralanmasına bais olmuşlar. Beş ay sonra - 1990-cı ilin fevralında Şuşa - Bakı, avqustun 10-da isə Tbilisi - Ağdam sərnişin avtobusu partladılmışdır. Bu terror aktı nəticəsində 20 nəfər dünyasını dəyişmiş, 43 nəfər isə yaralanmışdır. Sonradan məlum olmuşdur ki, bu faciəni törədənlər A.AvanesyanM.Tatevosyan olmuşlar. Hər iki terrorçu cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Erməni terrorçuları o qədər qəddar və amansız olublar ki, onlar hətta sərhəd bölgələrinə gedən jurnalistlərə də atəş açmışlar. 1991-ci il yanvar ayının 9-da "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri Salatın Əsgərovanı və 3 rus hərbi qulluqçusunu da qətlə yetirmişlər. Cinayəti törədən A.Mkrtıçyan, Q.Petrosyan, A.ManqasaryanQ.Arustumyan həbs olunaraq hər şeyi etiraf etmişlər.

Həmin il mayın 30-da Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva - Bakı sərnişin qatarını partladan ermənilər 11 nəfərin qətlə yetirilməsinə, 22 nəfərin isə yaralanmasına bais olmuşlar.

Erməni terrorçuları törətdikləri vəhşiliklərin izini itirmək üçün vandal hərəkətlərini müxtəlif yerlərdə davam etdirirdilər. Avtobusqatarlarda partlayışlar törədən ermənilər bu dəfə, dəniz bərəsinə üz tutmuşlar. 1992-ci il yanvarın 8-də Türkmənistandan Krasnovodsk - Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törədərək 25 nəfəri qətlə yetirmiş, 88 nəfəri isə ağır yaralamışlar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda tarixdə analoqu olmayan soyqırımı törətmişlər. Bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, çoxlu sayda insan itkin düşmüşdür. Xocalı şəhəri bir gecənin içərisində yerlə-yeksan edilərək tamamilə məhv edilmişdir. Tarixçilər, xarici jurnalistlər, hətta, bəzi erməni ziyalıları bu hərəkəti insanlığa sığmayan vəhşilik adlandırmış, faşistlərin də belə bir amansız hadisə törətmədiklərini etiraf edirlər.

1994-cü ildə Bakı dəmir yolu vağzalında Kislovodsk - Bakı sərnişin qatarının partladılması nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Bir ay sonra xalqımız özünün milli, əziz bayramı olan Novruz bayramında daha bir dəhşətli erməni terrorunun şahidi olmuşdur. Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında törədilən partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər isə yaralanmışdır.

Araşdırmalar zamanı Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi partlayışın "Sadval" terrorçu təşkilatı tərəfindən həyata keçirildiyi təkzibolunmaz faktlarla sübuta yetirilmişdir.

Həmin ilin may ayında metroda daha bir dəhşətli terror aktı törədilmişdir. Metronun "28 May" "Gənclik" stansiyaları arasında elektrik qatarı partladılmış, bu faciəli hadisə nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər isə yaralanmışdır. Partlayışın törədilməsində əsas təşkilatçılar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan kapitan Seyran Sarkisyan olduğu sübuta yetirilmişdir.

Ermənilər günahsız uşaqlara qarşı ağlasığmaz işgəncələr vermiş, onları əzab-əziyyətlə öldürməkdən sanki zövq almışlar. Bunu bir neçə faktla əsaslandırmaq istəyirik. 1993-cü il iyulun 24-də Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndində erməni "həkimləri" tərəfindən çıxarılmışdır. Nəticədə Şövqi ömürlük şikəst olmuşdur. Ümumiyyətlə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 5000-dən artıq Azərbaycan vətəndaşı, o cümlədən 55 uşaq, 326 qadın, 409 qoca itkin düşmüşdür. Erməni əsirliyində olmuş 1500-ə yaxın vətəndaşımıza, o cümlədən uşaq, qadın qocalara qarşı işgəncələr verilmiş, onlar ömürlük şikəst edilmişlər.

Belə dəhşət doğuran faktlardan istənilən qədər saymaq olar. Bütün bunlar ermənilərin yer üzərində tayı-bərabəri olmayan amansız, qaniçən, qəddar olmalarından xəbər verir. Tarixdə körpəyə, azyaşlı uşaqlara qarşı bu dərəcədə vəhşilik törədən ermənilər kimi ikinci bir millətin olmasına rast gəlinməmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş uşaqlar barəsində indi məlumat verilmir.

Erməni terrorçuları azyaşlı uşaqları müxtəlif yollarla xüsusi amansızlıqla qətlə yetirmişlər. Onlar müxtəlif hiylələrlə öz məkrli xislətlərini hələ davam etdirirlər. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər iki uşağın ölümünə bais olmuşlar. İki azyaşlı uşaq oyuncağı götürərkən partlayış baş vermişdir. Bu ilin martın 8-də Ermənistan silahlı qüvvələrinin əsgəri snayperdən atəş açaraq Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu başından vuraraq qətlə yetirmişdir. Ermənilər uşaqlara qarşı qəddarlıqlarını davam etdirərək bu günlərdə daha bir azyaşlının ölümünə bais olmuşlar. Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş vermiş dəhşətli hadisə bir daha erməni vəhşiliyini təsdiqləmişdir. Ermənilərin uşaq oyuncağı içərisində yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır bədən xəsarəti almışdır.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmışdır. Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən oğlu Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı çaydan götürərək Həsən Cəfərovun evinə gətirmişlər. Evdə oynayan zaman oyuncaq partlamış, nəticədə faciəli hadisə baş vermişdir. Beləliklə, Rusiyanınn Sankt-Peterburq şəhərində yaşayan ailə üzvləri ilə Əlibəyli kəndinə qohumlarıgilə qonaq gələn azyaşlı uşaq erməni terrorunun qurbanı oldu.

Ermənilərin amansız, qaniçən terrorçu olmaları artıq bütün dünyaya bəllidir. Dünya ölkələri beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyırlar. Lakin bir sıra beynəlxalq təşkilatların ikili standartlardan çıxış etmələri, ikiüzlü siyasət yeritmələri işğalçı dövlətin qəddarlığının qarşısını almaqda hələ acizdir. Buna baxmayaraq, ermənilər vaxtsa güclü, qüdrətli Milli Ordumuz tərəfindən layiq olduqları cəzanı alacaqlar. Günahsız insanların, xüsusilə azyaşlı uşaqların qanı yerdə qalmayacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 15 iyul.- S. 6.